Bozguney - Wikipedia
Bozgüney — Azərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində kənd.[1]
Bozgüney | |
---|---|
39°47′10″ şm. e. 46°30′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəLaçın rayonunun Vaqazin inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin yamacındadır. Kənd Bozgüney adlı sahədə salındığına görə həmin yerin adı ilə adlandırılmışdır. Toponim boz (bitkisiz, quru yer) və güney (cənub, gün tutan yer) komponentlərindən düzəlib, "gün tutan quru yer" mənasındadır. Boz komponentli toponimlər ümumtürk toponimiyasında geniş areala malikdir. Özbəkistanda Boz, Bozatau, Bozsu, Qazaxıstanda Bozşakol, Bozbien, Boz təpəsi, Bozqır təpəsi, Gökboza, Cənubi Azərbaycanda Boz, Krımda Boz, Bozqana, Ermənistanda Bozqala, Bozyoxuş və s. toponimlər bu areala daxildir[2].
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Əhalisi
redaktəErməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Bozgüney // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 149. ISBN 978-9952-34-155-3.
Xarici keçidlər
redaktə- Laçının zəngin təbii ehtiyatları 17 ildir düşmən işğalı altındadır Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |