Boris Urlanis - Wikipedia
Boris Sezareviç Urlanis (ukr. Урланіс Борис Цезарович; 15 (28) avqust 1906 və ya 1906[1], Kiyev[2] – 14 iyul 1981 və ya 1981[1], Moskva) — sovet, Ukrayna, Rusiya demoqrafı, iqtisad elmləri doktoru, professor. O, iqtisadi demoqrafiya, statistikanın ümumi nəzəriyyəsi, əhalinin ümumi problemləri, SSRİ əhalisinin dinamikası və strukturu üzrə əsərlərin müəllifidir.
Boris Urlanis | |
---|---|
Doğum tarixi | 15 (28) avqust 1906 və ya 1906[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 1981 və ya 1981[1] |
Vəfat yeri | |
Elm sahəsi | demoqrafiya |
Elmi dərəcəsi | |
İş yeri |
Həyatı
redaktəBoris Urlanis milliyyətcə yəhudi olan qədim dillər üzrə gimnaziya müəlliminin ailəsində anadan olub. Atası siyasi etibarsızlıq ucbatından bankda sığorta işçisi işləməyə məcbur idi. Boris ailədə onuncu övlad idi. O, anadan olandan 6 ay sonra, 1907-ci ilin yanvarında ailə Moskvaya köçdü və Boris ömrünün sonuna kimi burada yaşadı.
1914-1918-ci illərdə Moskvada özəl Çareviç Aleksey adına Təşviq Cəmiyyətinin Ticarət Məktəbində oxuyub. Ardınca 1918-1922-ci illərdə 91 saylı Moskva məktəbində "II-ci səviyyə" üzrə təhsil alıb.
Boris Urlanis 1923-cü ildə Moskva Dövlət Universitetinin İctimai Elmlər Fakültəsinin Statistika şöbəsinə daxil olub. 1926-cı ildə oranı bitirib. Universiteti bitirdikdən sonra SSRİ Xalq Maliyyə Komissarlığının maliyyə-təsərrüfat bürosunda və Sosialist Kənd Təsərrüfatının Təşkili Elmi-Tədqiqat İnstitutunda iqtisadiyyat və statistika problemləri ilə məşğul olan elmi işçi vəzifəsində çalışır. 1930-cu ildən müəllimlik etməyə başlayır.
O, 1940-cı ildə iqtisad elmləri bölməsində doktorluq dissertasiyasını müdafiə edib. 1941-ci ildə o, ikinci böyük əsəri olan "Avropada əhalinin artımı" monoqrafiyasını nəşr etdirir. Bu əsər onun doktorluq dissertasiyasını özündə əks etdirir. Əsər tənqidçilər tərəfindən Avropanın demoqrafik tarixinin ensiklopediyası adını alır.
Urlanis 1944-1949-cu illərdə Moskva Dövlət Universitetinin professoru olub. Universitetin coğrafi-iqtisadi kafedrasında ümumi statistika nəzəriyyəsindən dərs deyib (1930-1949).
1949-cu ilin martında "kosmopolitizmə" qarşı kampaniya zamanı "Moskva Universiteti" qəzetində belə bir məqalə dərc olundu:[3]
...uzun müddət İqtisadiyyat fakültəsində quduz kosmopolit, apoloq və ingilis-amerikan imperializminin təbliğçisi professor Urlanis çalışmışdır. |
Bir ay sonra Urlanis - “...burjua statistik uçotunun təriflənməsi və sovet statistika elminin fəaliyyətinin aşağılanması ilə ifadə olunan məruzələrin aşağı ideoloji-siyasi məzmununa görə” dərkənarı ilə işdən çıxarıldı. İşdən çıxarılma əmrində qeyd olunurdu ki, “Professor Urlanis siyasətdən kənardır və marksist metodologiyasından tamamilə xəbərsizdir”[4]
Urlanis müxtəlif illər ərzində SSRİ Elmlər Akademiyasının Əhali Problemləri üzrə Elmi Şurası sədrinin müavini və Sovet Sosiologiya Birliyi sədrinin müavini olub. Mərkəzi Statistika İdarəsinin Elmi-Metodiki Şurasının işində fəal iştirak edib. SSRİ, RSFSR Mərkəzi Statistika İdarəsinin Ekspert Şurası, “Statistika” nəşriyyatının redaksiya heyətinin üzvü kimi çalışıb.
1949-1956-cı illərdə Boris Urlanis Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VGİK) İqtisadiyyat fakültəsinin professoru olub.
Urlanis 1956-1959-cu illərdə Ümumittifaq Qiyabi Maliyyə-İqtisad İnstitutunun (VÜQMİİ, hazırda Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti) professoru kimi çalışıb.
1959-cu ildən Boris Urlanis SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda işləyib.
1960-1970-ci illərdə Urlanis SSRİ-də sovet mətbuatında demoqrafik bilikləri populyarlaşdıran çoxsaylı publisistik məqalələr sayəsində tanınıb. Məsələn, “Kişilərin qayğısına qalın!” məqaləsində. (24 iyul 1968-ci ildə "Literaturnaya qazeta"da dərc olunub) o, SSRİ-də kişilər arasında ölüm nisbətinin qadınlara nisbətən nəzərəçarpacaq dərəcədə yüksək olduğunu göstərir. Urlanis bu məsələ ilə bağlı öz təhlillərini verir. Ümumiyyətlə 1960-cı illərin birinci yarısından başlayaraq SSRİ-də demoqrafik tədqiqatlarda müəyyən canlanma müşahidə olunur və bu illərdə demoqrafik elmin simasını müəyyən edənlərdən biri də Boris Urlanis idi.
1939-cu ildən B.Urlanis SSRİ Elmlər Akademiyasının Moskva Alimlər Evinin Statistika bölməsinin büro üzvü olub. 1958-ci ildən isə bölmə sədrinin müavini vəzifəsini icra edib. Urlanisin təşəbbüsü ilə 1964-cü ildə Moskva Alimlər Evinin Demoqrafik bölməsi təşkil edildi. O, ömrünün sonuna kimi bölmənin daimi sədri vəzifəsində çalışıb.[5]
B.S.Urlanis SSRİ-də iqtisadi demoqrafiyanın banilərindən biri sayılır.[6]
O, həmyaşıdları haqqında yazdığı 1906-cı ildə doğulmuş nəslin demoqrafik taleyindən bəhs etdiyi “Bir nəslin tarixi” adlı unikal monoqrafiyanın müəllifidir. Bu əsər dünya demoqrafik ədəbiyyatında təhlilin nadir nümunələrindən biridir.
Boris Sezareviç Urlanis 1981-ci il iyulun 14-də vəfat edib. O, vəfat etdiyi Moskva şəhərində dəfn olunub.
Əsas işləri
redaktə- Amerika kvalifikasiyalarının tarixi. Moskva,1938.
- Avropada əhalinin artımı. Moskva, 1941.
- Avropanın müharibələri və əhalisi. Moskva, 1960.
- SSRİ-də doğum və gözlənilən ömür uzunluğu. Moskva, 1963.
- SSRİ və ABŞ əhalisinin dinamikası və strukturu, Moskva, 1964.
- Bir nəslin tarixi. Moskva, 1968.
- Statistikanın ümumi nəzəriyyəsi. 2-ci nəşr, Moskva, 1973.
- SSRİ-də əhalinin artım dinamikasının problemləri. Moskva, 1974.
- Gözlənilən ömür uzunluğunun təkamülü Moskva, 1978
- Hərbi itkilərin tarixi. Sankt-Peterburq, 1994; Moskva, 1998.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Identifiants et Référentiels (fr.). ABES, 2011.
- ↑ 1 2 Урланис Борис Цезаревич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ «Московский университет», 14 марта 1949. N15-16
- ↑ Ru:А. Г. Вишневский. Трудное возрождение демографии[ölü keçid] — Ru:Социологический журнал, № 1-2, 1996
- ↑ "Берегите мужчин!". 2017-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-19.
- ↑ Урланис Б. Ц. Проблемы экономической демографии // Проблемы демографии. Вопросы теории и практики / Под ред. Д. Л. Бронера, И. Г. Венецкого. М.: «Статистика», 1971.
Xarici keçidlər
redaktə- Б. Ц. Урланис. Неопубликованные воспоминания. О себе — вслух: от шести до двадцати
- Борисов В., Вишневский А. Борис Цезаревич Урланис, демограф