Berlin Muqavilesi 1878 - Wikipedia
Berlin müqaviləsi — Osmanlı İmperiyası, Rusiya İmperiyası, Böyük Britaniya, Alman İmperiyası, Avstriya-Macarıstan İmperiyası, İtaliya krallığı və Fransa arasında 13 iyul 1878-ci ildı Berlində imzalanan sülh müqaviləsidir.[3]
Berlin müqaviləsi | |
---|---|
Berlin sülh müqaviləsi | |
İmzalanma tarixi | 13 iyul 1878[1][2] |
İmzalanma yeri | |
Möhürlənməsi | 13 iyul, 1878 |
Qüvvəyə minməsi | 13 iyul, 1878 |
Tərəflər | Rusiya imperiyası və Osmanlı İmperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Müqavilənin səbəbləri və forması
redaktə1877-1878-ci il müharibəsinin ardından Osmanlı ilə Rusiya arasında, 3 mart 1878-ci ildə San-Stefano sülh müqaviləsi imzalandı. Bu müqavilənin şərtləri Osmanlı baxımından son dərəcə ağır idi və Rusiyanı Balkan yarımadasında tək böyük güc edirdi. Bu vəziyyət başda Böyük Britaniya olmaqla Avropanın digər iri dövlətlərini qane etmirdi.
Avropa dövlətlərindən gələn təzyiqlər nəticəsində onlarla müharibəyə hazır olmayan Rusiya müqavilənin şərtlərinə yenidən baxılmasına razılıq verdi.
1878-ci il, 13 iyunda Almaniya kansleri Otto fon Bismarkın başçılığı altında Berlində, Osmanlı, Rusiya, İngiltərə, Almaniya, Fransa, Avstriya-Macarıstan və İtaliyanın iştirakə ilə bir konqres toplandı. Osmanlı imperiyasının nümayəndəsi olaraq Karatodori Paşa, Müşir Mehmed Əli Paşa və Berlin səfiri Sədullah bəy göndərilmişdir. Digər dövlətləri də baş nazirləri və xarici işləri təmsil edirdi.
Müqavilənin nəticəsi
redaktəMüqavilənin əsas nəticələri belə qruplandırılır:
Osmanlının torpaq itkiləri
redaktəOsmanlı imperiyası özünə tabe olan Serbiya, Bolqarıstan, Ruminiya və Çernoqoriyanın krallıq olmalarını qəbul etdi. Şərqi Rumeli vilayəti qurulmuş və Osmanlı imperiyasına bağlı ancaq müxtəlif imtiyazlara sahib olmuşdur. Torpaq paylaşımı isə aşağıdakı kimi olmuşdur:
- Bosniya və Hersoqovina imtiyazlı vilayət elan edildi
- Şərqi Rumeli imtiyazlı vilayət elan edildi
- Bolqarıstan krallığı yaradıldı
- Kipr sancaqlığı İngiltərəyə icarəyə verildi
- Niş sancaqlığı Serbiyaya verildi
- Tesselya sancaqlığı Yunanıstana (1881) verildi
- Qars, Batumi, Artvin və Ərdahan sancaqlıqları Rusiyaya buraxıldı.
- Dobruca sancaqlığı Ruminiyaya verildi
- Bunlardan əlavə bir necə qəza Çernoqoriyaya verildi
- Vanın şərqindəki Qotur bölgəsi İrana verildi.
Bundan başqa konqres dövründə Fransanın etdiyi pərdəarxası işlər nəticəsində. müqavilədə olmadığı halda 3 il sonra Tunis fransızlar tərəfindən işğal edilmiş, əsas kimi də Berlin müqaviləsi göstərilmişdir.
Krit, Şərqi Bəyazit və Alaşkert bölgələri Osmanlıya buraxıldı.[4]
Etnik azlıqlar məsələsi
redaktəOsmanlı imperiyası, Vilayət-i Sittə adlanan Şərqi Anadoludakı bölgələrdə ermənilər lehinə islahatlar edəcəkdi. Ancaq qanunlara görə ermənilərin sayları bəs etmədiyi üçün ayrıca bəylik qura bilmədilər. Buna bənzər islahatlar Manastr əyalətində də reallaşdırılmalı idi ( Bu iki maddə heç vaxt həyata keçirilmədi).
Nəticə
redaktə- Berlin müqaviləsi Karlovitsa müqaviləsindən sonra Balkanlardakı Osmanlı varlığının yox edilməsi yolundakı ikinci böyük addımdır. Ancaq San-Stefano müqaviləsinin əksinə Osmanlı imperiyasının 35 il daha Balkanlarda qalmasını təmin etdi.[5]
- Rusiya San-Stefano ilə ldə etdiyi bir çox üstünlükdən məhrum olmuş, xüsusilə Balkanlarla bağlı planları baş tutmamışdır.
- Müqavilədən ən çox faydalanan yeni qurulan krallıqlar və İngiltərə olmuşdur.
- Dunay çayı üzərindəki Adaqalanın adı Berlin müqaviləsində keçmədiyi üçün bu ada Osmanlı idarəçiliyində qaldı.
- Müqavilə Osmanlının geri çəkilməsi ilə başqa dövlətlərə verilən torpaqlardakı müsəlman əhalinin haqqları barədə bir qayda nəzərdə tutmadığı üçün, bu müharibə ilə başlanan köç dalğası Osmanlı imperiyasının sonuna qədər davam etdi.
- Müqavilə Paris müqaviləsində qərara alınmış olan Osmanlının ərazi bütünlüyü anlayışının artıq aradan qaldırıldığını açıq şəkildə göstərdi. Müqavilədə göstərilən torpaq itkiləri müqavilə imzalaanndan sonra da davam etdi. 1881-ci ildə Fransa Tunisi, 1882-ci ildə İngiltərə Misir və Sudanı, 1885-ci ildə Bolqarıistan Şərqi Rumelini, eyni ildə İtaliya Həbəş vilayətini işğal etdi.
İstinadlar
redaktə- ↑ Берлинский конгресс (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1892. Т. IIIа. С. 544–545.
- ↑ Берлинский конгресс (rus.). // Военная энциклопедия СПб: Иван Дмитриевич Сытин, 1911. Т. 4. С. 503–505.
- ↑ Krasner, Stephen D. Arxivlənmiş surət. Princeton University Press. 1999. səh. 31. ISBN 0-691-00711-X. 2016-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
- ↑ Schem, Alexander Jacob. Chapter IX [Third Book]: The Berlin Congress // War in the East: An Illustrated History of the Conflict Between Russia and Turkey, With a Review of the Eastern Question. H.S. Goodspeed & Co. 1878. 685–700.
- ↑ Bogaert, Sina Van den. "Berlin Congress (1878)". Max Planck Encyclopedia of Public International Law [MPEPIL]. 2018-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.