Berlin Roma Tokio Oxu - Wikipedia
Ox dövlətləri,[1][2] Məhvər dövlətləri[3][4] (alm. Achsenmächte, yap. 枢軸国, it. Potenze dell'Asse) və ya Berlin-Roma-Tokio oxu[5][6] — İkinci Dünya müharibəsi zamanı yaradılmış iki böyük ittifaqdan biri. Məhvər dövlətləri Antihitler koalisiyasına qarşı mübarizə aparmış və tərəflər arasında dünyanın müxtəlif nöqtələrində hərbi toqquşmalar baş vermişdir. İttifaqın adı bura daxil olan üç əsas dövlətin (Üçüncü Reyx, İtaliya krallığı və Yaponiyanın) paytaxtlarının adlarından götürülmüşdür. İttifaqın iki əsas məqsədi vardı: dünyavi müstəvidə genişlənmək, hərbi birləşmələrin hesabına dünya ağalığına nail olmaq, Birinci Dünya müharibəsi sonrası yaranmış siyasi-hərbi vəziyyətin ləğv edilməsi və Sovet kommunist sistemin məhv edilərək tamamilə aradan qaldırılması.
Üçüncü Reyx və İtaliya krallığı arasında dostluq müqaviləsinin imzalanmasından bir həftə sonra, 1 noyabr 1936-cı ildə Roma-Berlin ittifaqı yaradılmış oldu. Nasist Almaniyası ilə Yaponiya arasında 1936-cı ilin 25 noyabr tarixində SSRİ-yə qarşı antikomentern paktın imzalanması Yaponiyanında prosesə qoşulması ilə nəticələnmişdir. İtaliya krallığı 1937-ci ilin 6 noyabrında antikomentr paktda qoşulduğunu elan etdi. Üçüncü Reyx və İtaliya krallığı arasında 1939-cu ilin 22 may tarixində Polad paktıının imzalanması ilə tərəflər arasında hərbiləşdirilmiş münasibətlərin əsası qoyulmuş oldu. Polad paktında əsasən sözügedən iki dövlət öz aralarında öhdəlik qəbul edirdilər ki, əgər müttəfiqlərdən birinə hansısa üçüncü dövlət hərbi müdaxilə etsə onda digər müttəfiq dərhal ona yardım etməli idi.
1940-cı ilin 20 noyabr tarixində Macarıstan, üç gün sonra isə Rumıniya ittifaqa qoşulduğunu elan edir. Özünü müstəqil dövlət kimi tanıdan, ancaq istər siyasi istərsə də iqtisadi baxımdan Üçüncü Reyxdən aslı olan Slovakiyada 24 noyabr tarixində ittifaqa qəbul edilir. 1941-ci ilin 1 martında Bolqarıstan, 25 martında isə Yuqoslaviya birliyə daxil olan növbəti ölkələr olur.1941-ci ilin 24 iyununda Finlandiya "Müharibə müttəfiqi" olaraq Almaniyanın yanında yer alır.
İttifaqa daxil olan dövlətlər
redaktəİstinadlar
redaktə- ↑ Rüfətoğlu, Zülfüqar. "İkinci Dünya Müharibəsi: Qərbin Bakını bombalamaq planı". BBC Azərbaycanca. 9 may 2014. 21 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2021.
- ↑ "İkinci dünya müharibəsi". AzərTAc. 26 noyabr 2020. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2021.
- ↑ Zamanov, Bəxtiyar. "Tarixin qara səhifələri - Pearl Harbor [Video]". Amerikanın səsi. 10 avqust 2013. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2021.
- ↑ Həsənov, Əli. Geosiyasət. Dərslik (PDF). Bakı: Aypara. səh. 95–111. 2022-03-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-09-10.
- ↑ "NATO-nun `gizli əlləri`: sirrli `Stay Behind` şəbəkəsi - DOSYE". AzVision. 10 avqust 2015. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2021.
- ↑ Əliyeva, Pərvanə. "Əzim Əzimzadə irsinin tədqiqi" (PDF). Mədəni Maarif. dekabr 2010. səh. 14. 2021-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-09-09.