Benjamin Spok - Wikipedia
Benjamin Makleyn Spok (ing. Benjamin McLane Spock) — ABŞ pediatr, 1946-cı ildə nəşr edilmiş və ABŞ tarixində bestsellerə çevrilən "Uşaq və ona qulluq" kitabının müəllifi.
Benjamin Spok | |
---|---|
alm. Benjamin Spock | |
| |
Doğum tarixi | |
Doğum yeri | Sürix |
Vəfat tarixi | (94 yaşında) |
Vəfat yeri | San-Diyeqo |
Təhsili |
|
Fəaliyyəti | həkim, zabit, pedaqoq, universitet müəllimi[d], psixiatr, siyasətçi, psixoloq, maarifçi |
drspock.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Spokun "Siz düşündüyünüzdən daha çox bilirsiniz" çağırışı onu məşhurlaşdırmışdır. Spok ailə münasibətlərinin inkişafı çərçivəsində uşaqların ehtiyacların qavranılması məqsədilə psixoanalizi öyrənən ilk pediatr olmuşdur. Onun uşaqlara qayğı haqda ideyaları bir neçə valideyn nəslinə , valideynlərin övladlarına qarşı münasibətlərdə daha möhkəm və incə davranmalarına, onlarla şəxsiyyət kimi rəftar etmələrinə çox böyük təsir göstərmişdir.
Həyatı
redaktəMəktəbi bitirdikdən sonra Yel Universitetinə daxil olan Spok ilk əvvəl ingilis dili və ədəbiyyatını öyrənmiş, həmçinin idmanla məşğul olmuşdur. Hündür boy olması (189 sm) və fiziki göstəricilərinə görə onu tez bir zaman çərçivəsində universitetin avarçəkmə yığmasına götürürlər. O, 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ABŞ komandasına qızıl medal qazandırmışdır. Beləliklə, Benjamin Spok olimpiya çempionu olmuşdur.
İdmanda əla göstəricilərinə baxmayaraq, Spok tibbi seçir. O, Yell və Kolumbiya Universitetində tibbi fakultədə təhsil aldıqdan sonra 1929-cu ildə həkim olur.
Vyetnamda müharibənin başlanmasından sonra uşaq həkimi olan Spok anti müharibə aksiyasına qoşulur.O bu hərəkəti haqda belə söyləmişdir: "Sonradan uşaqları diri-diri yandırmaq üçün onları böyütməyin mənası yoxdur."
1968-ci ildə antimüharibə çıxışlarının qızğın vaxtı Spok "hərbi qüvvələrdə xidmət yayınanlarla birgə cinayətkatlə əlaqədar" həbs olunur. Ona 2 il həbs cəzası verilsə də, apelyasiya məhkəməsi bu hökmü ləğv edir.
Antimüharibə aktivliyi sayəsində Spok "yeni solçuların" əhatəsində vacib fiqura çevrilir. 1972-ci ildə onun Xalq partiyasının namizədi kimi prezident seçkilərində namizədliyi irəli sürülür. Onun seçkiqabağı platforması özündə pulsuz tibbi xidməti, ailələr üçün gəlirlərin minimum zəmanətini, amerikan əsgərlərinin xarici dövlətlərin ərazindən çıxarılmasını, həmçinin abortun və marixuananın leqallaşdırılmasını birləşdirirdi. Sosial əmək partiyasının namizədi Linda Cenneslər birlikdə Spokun seçkiqabağı mitinqlərin keçirilməsinə icazə alması uğursuzluqla nəticələndi. Seçkilərin nəticələrinə əsasən Spoka 80 000 nəfər seçici səs vermişdir. 1976-cı il seçkilərində Spok yenidən Xalq Partiyasından namizədliyini irəli sürmüşdür. Lakin budəfəki
namizdəlik vitse-prezident vəzifəsinə yönəlmişdir.
Vyetnam müharibəsi bitdikdən sonra ABŞ-də yeni qüvvə ilə antinüvə çıxışları keçirilməyə başlamışdır. Benjamin Spok bu dəfə də soyuq müharibəyə qarşı aktiv şəkildə etiraz edərək nümayişçilərə yenidən qoşulmuşdur.
Uzun müddət Men ştatında yaşayan Spok ömrünün sonlarında San-Diyeqoda yaşamağa yollanır. Elə orada da 1998-ci il 15 mart tarixində 94 yaşında dünyasını dəyişir. Ölümündən bir gün sonra o ABŞ-nin sabiq prezidenti Bill Klinton tərəfindən "bir neçə nəsil ailəni müdafiə etdiyinə və müdrik məsləhətlərinə" görə ABŞ-nin fəxri vətəndaşı elan edilmişdir. Bill Klinton nitqini bu sözlərlə bitirmişdir: "O bizim hamımıza uşaqlara necə qayğı göstərməyi öyrətdi.O uşaqların həyatının yaxşılaşması işinə həsr etmiş yorulmaq bilməyən pəhləvan idi."
Tənqidi
redaktəSpok tərəfindən irəli sürülən ideyaların bəziləri zaman keçdikcə təhlükəli hesab edilmişdir. Müasir şərhçilərin fikirlərinə əsasən, Spok təzə doğulan körpələrin saatlar üzrə yedizdirilməsinin nə ixtiraçısı, nə də tərəfdaşı olmuşdur. Lakin uşaqla ünsiyyət stilində anaların seçim azadlığı hüququnu müdafiə edərək, Spok uşağın sağlamlığı ilə onun yedizdirilməsi arasındakı əlaqənin yoxluğunu göstərirdi. Sonradan bu fikrin Ümumdünya Səhiyyə təşkilatı tərəfindən yanlış olması göstəriləcəkdir.
"Milyonlarla ana həkim Benjamin Spokun "The Common Sense Book of Baby and Child Care" ("Körpəyə qulluq və uşağa qayğı") bestsellerini oxumuşdur. Onun məşhur məsləhətlərindən biri o olmuşdur ki, uşaq bel üstə yox, sinəsi üstündə yatmalıdır. Onun nə üçün bu qənaətə gəlməsi hələ də bilinmir. Lakin indi bu məsləhət ölümcül təhlükəlidir. 1980-ci illərdə aparılmış tədqiqatlara əsasən, uşaqların sinəsi üstə yatması ilə nəticələnən ölüm halları bel üstə yatmasından 4 dəfə də yüksəkdir. |
Benjamin Spoka qarş aktiv çıxanlardan biri məşhur sovet doktoru Leonid Roşal olmuşdur.