Belasnisa - Wikipedia
Belaşnisa dağı (bosn. Bjelašnica) — Bosniya və Herseqovina ərazisində yerləşən dağ. Zirvə Sarayevodan 25 kilometr cənub-qərbdə yerləşir. Dinar öndağlığı ərazində yerləşir. Dağ ərazisində bütün ölkə ərazisində məşhur olan dağ-xizək kurort turizm obyekti yerləşir. Dağda yerləşən idman kompleksində 1984-cü ildə XIV Qış Olimpiya oyunları keçirilmişdir.
Belaşnisa dağı | |
---|---|
bosn. Bjelašnica | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Dinar öndağlığı |
Dağ silsiləsi | Dinar dağları |
Mütləq hündürlüyü | 2067 m |
Yerləşməsi | |
43°42′14″ şm. e. 14°15′24″ ş. u.HGYO | |
Ölkə | Bosniya və Herseqovina |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
XIV Qış Olimpiya oyunları
redaktə1978-ci ildə Sarayeo Olimpiyadanı keçirmək yarışmasında qalib gəldikdən sonra Belaşnisada dağ xizək yolu inşa edilməsinə qərar verilmişdir. Tikinti işlərinə 10 iyun 1980-ci ildə başlanılmışdır. Artıq həmin ilin 30 sentyabr tarixində obyektin inşası başa çatdırılmış və istifadəyə verilmdir. Xizək yolunun inşası 361 570 000 Yuqoslaviya dinarına başa gəlmişdir. Mətbuat mərkəzinin inşası isə 129 803 000 dinar təşkil etmişdir[1]
Bosniya müharibəsi (1992-95)
redaktəSarayevo mühasirəsi zamanı serb ordusu Bosniya müharibəsinin gedişində əsas Belaşnisa və İqman zirvələərində qərar tutmuşdu[2]. Zirvələrin ələ keçirilməsi uğrunda şiddətli döyüşlər getmişdir[3]
D-0 hərbi obyekti
redaktəKonisdən 8 kilometr aralıda, Belaşnisanın cənub ətəklərində atom zərbəsinə davamlı olan bunker inşa edilmişdir. Bunkerin ümümi sahəsi 6 500 m² təşkil edir. Burada yaşayış və işçi yerlərindən başqa xəstəxana belə vardı. Bunker 350 nəfər yerə sahib idi. Bunker komanda məntəqəsinə və zərərsizləşdirmə otağına sahib idi. Tikilinin inşa 26 il davam etmişdir. Onun inşası 1979-cu ildə bitmişdir.
2011-ci ildə bunker müasir incəsət sərgisi üçün qalereya təşkil edilmişdir. Burada «Zaman maşını» rəssamlıq sərgisi[4] təşkil edilmişdir.
İstinadlar
redaktə- ↑ Qış Olimpiya oyunlarının ümumi xərc hesabatı. Arxivləşdirilib 2018-11-13 at the Wayback Machine (ing.) (fr.) (serb-xor.)
- ↑ Bosnian Serbs Hold Igman As NATO Lies In Waiting. Arxivləşdirilib 2021-07-29 at the Wayback Machine (ing.)
- ↑ Talks on Bosnia Teeter as Serbs Roll Over Hill Near Sarajevo. Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine (ing.)
- ↑ Tito’s top secret nuclear shelter goes arty.[ölü keçid] (ing.)