Bel Kelefi - Wikipedia
Bel_kələfi - Haqqında Məlumat
Bel kələfi lat. plexus lumbalis üç yuxarı bel və qismən XII döş (ThXII) və IV bel sinirlərinin (L4) ventral şaxələrindən təşkil olunur. IV bel sinirinin ventral şaxəsinin çox qismi bel kələfində iştirak edir, az bir hissəsi isə V bel sinirinin venteral şaxəsi ilə birləşərək bel-oma kötüyünü (lat. truncus lumbosacralis) təşkil edir. XII döş sinirinin ancaq kiçik bir şaxəsi bel kələfində iştirak edir. Bel kələfi bel fəqərələrinin köndələn çıxıntılarının önündə lat. m. psoas major daxilində yerləşmişdir.
Bel kələfi | |
---|---|
| |
Latınca | plexus lumbalis |
Qrey | subyekt 209 924 |
Başlanır | L1L3, qismən Th12 |
Dorlands/Elsevier | 12566109 |
Vikianbarda əlaqəli mediafayllar |
Verdiyi şaxələr
redaktə- Əzələ şaxəsi lat. rami musculares
- Qalça-qarınaltı sinir lat. n.iliohypogastricus(Th12L2)
- Qalça-qasıq siniri lat. n. ilioinguinalis(L1)
- Cinsiyyət-bud siniri lat. n. genitofemoralis (L1L2)
- Budun bayır dəri siniri lat. n.cutaneus femoris lateralis (L2L3)
- Bud siniri lat. n. femoralis (L2-L4)
- Qapayıcı sinir lat. n.obturatorius (L2-L4)