Bazarstore - Wikipedia
Bazarstore — Azərbaycanda fəaliyyət göstərən supermarketlər şəbəkəsi.
Bazarstore | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1991 |
Baş qərargahın yeri | Azərbaycan |
Struktur | |
Ana şirkət | Azərsun Holdinq |
Rəhbərlik | |
Təsisçi | Abdolbari Gozal |
bazarstore.az |
Tarixçə
redaktə1991-ci ildən başlayaraq Azərbaycanda qida istehsalı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkəti “Azərsun Holdinq” 2011-ci ildə növbəti uğurlu layihəsini həyata keçirərək pərakəndə sektoruna böyük bir töhfə verdi və “Bazarstore” Mağazalar Şəbəkəsini yaratdı. Uzun illərdir ki, “Bazarstore” Azərbaycanda pərakəndə sahəsinin öndəri və söz sahibi missiyasını uğurla davam etdirir. Ölkənin ən geniş coğrafiyasında xidmət göstərən “Bazarstore”da məhsulların təzəliyi, keyfiyyəti, çeşidliliyi, alış-verişin münasibliyi və xidmətin yüksək olması prioritetdir.
Market Sayı
redaktəÖlkə ərazisində 78 mağaza ilə fəaliyyət göstərən “Bazarstore” Mağazalar Şəbəkəsi ümumilikdə 127.674 m2 ərazini əhatə edir və 3200 nəfər işçi ilə müştərilərinə yüksək səviyyədə xidmət göstərir.[1][2][3]
Web saytı
redaktəEyni zamanda Bazarstore "bazarstore.az" saytını müştərilərin ixtiyarına verib. Bu sayt vasitəsilə müştərilər onlayn sifariş edə, mağazaların ünvanlarını öyrənə, "Onlayn Chat" vasitəsi ilə əlaqə saxlaya, işə müraciət edə, qeydiyyatdan keçərək "Super Kart" əldə edə bilirlər.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "76-cı "Bazarstore" açıldı". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
- ↑ "Bazarstore mağazalar şəbəkəsi ölkənin ən böyük supermarketini açdı (FOTO)". 2015-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
- ↑ "Bazarstore» marketlərinin sayı 51 oldu – «SAKİNLƏR ÖZLƏRİ XAHİŞ EDİRLƏR»". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
- ↑ "Bazarstore saytını yenilədi". 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.