Battle Angel Ova - Wikipedia
Battle Angel (azərb. Döyüş mələyi) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu?, azərb. Silah yuxusu) – Yukito Kişironun "Battle Angel Alita" manqası əsasında çəkilmiş anime OVA-sı. 1993-cü ildə çəkilmiş, "Paslı mələk" və "Göz yaşı işarələri" adlı iki seriyadan ibarət OVA manqaya giriş xarakteri daşıyır. OVA orijinal manqanın I və II cildlərinin adaptasiyasıdır və xeyli fərqlər var. Manqa müəllifi Kişiro manqa ilə məşğul olduğunu və anime ilə ciddi maraqlanmadığını bildirmişdir. Onun yeni anime adaptasiyası çəkmək planları yoxdur.[1] 21 dekabr 2018-ci ildə böyük büdcəli Hollivud film adaptasiyasının buraxılması planlaşdırılır.
Battle Angel | |
Üzlük. | |
銃夢 (Gunmu) azərb. Döyüş mələyi | |
---|---|
Janr | kiberpank, postapokaliptika |
Anime | |
Rejissor | Hiroşi Fukutomi |
Bəstəkar | Kaoru Vada |
Studiya | Madhouse |
Digər lisenziyalar | |
Buraxılış tarixi | 21 iyun 1993 – 21 avqust 1993 |
Vaxt | 30 dəq. |
Seriyalar | 2 |
OVA yaddaqalan saundtreki və "Cyborg Mermaid" mahnısı ilə xatırlanır. Yaponiyada kifayət qədər maraq əldə etməsə də, ABŞ-də tənqidçilər OVA-nı 1990-cı illərdə ingilis dilinə tərcümə edilmiş ən yaxşı animelərdən biri hesab edir. OVA ADV Films tərəfindən Şimali Amerika üçün, Manga Entertainment tərəfindən Avstraliya və Yeni Zelandiya regionu üçün lisenziyalaşdırılmışdır. Manga Entertainment iki seriyanı tək film şəklində buraxmışdır.
Məzmun
redaktəPaslı mələk
redaktəZalem şəhərindən atılan tullantıların içində yararlı parçalar axtaran kibertibb mütəxəssisi Daysuke İdo hələ sağ olan qız kiborqun qalıqlarını tapır. Onu evinə götürür, ona yeni bədən verir və ona Qalli adını verir.
Qısa müddət sonra Daysukenin ailəsi olan Qalli Yuqo adlı oğlanla tanış olur və ona vurulur. Yuqo ona Zalemə getmək arzusunda olduğunu və bunu etmək üçün hər şeyi etməyə hazır olduğunu bildirir.
Gecə ovçu-döyüşçülüyə çıxan İdo Raşa və Qrevsika adlı iki cinayətkarın hücumuna məruz qalır. Lakin o gecə İdonu təqib edən Qalli İdonu sürpriz şəkildə öz döyüş bacarığı ilə xilas edir. Qalli İdonun etirazlarına baxmayaraq ovçu-döyüşçü olmağa qərar verir. Qallinin hücumundan sağ qurtulan Qrevkisa İdonun keçmiş sevgilisi Çirendən kömək istəyir. İdonun işin içində olması Çirenin marağını cəlb edir.
Çiren Qrevkisanı əvvəlkindən də güclü edir və onu Qalli ilə döyüşməyə göndərir. Kanzas barında Qrevkisa ilə Qalli qarşılaşır. Qalli onun duel təklifini qəbul edir. Şəhərin xarabalığında döyüş başlayır. İdo, Çiren və adsız ovçu-döyüşçü (Qime) döyüşü izləyirlər. Qalli əvvəlcə çətinlik çəkir, lakin Qrevkisanı öldürə bilər. Döyüşün sonunda Qalli bu döyüşkənliyindən narahat olan İdoya "həmişəki Qalli" olduğunu bildirir.
Göz yaşı işarələri
redaktəYuqo və yoldaşı Tanci yenə bir kiborqun onurğasını oğurlayarkən onların bossu Vektor gəlir və kiborqu öldürür. Vektor ona iş təklifi edir, lakin Yuqo təklifi rədd edir, sadəcə ondan onu Zalemə aparmasını istəyir. Yuqo içkili halda evə qayıdanda onu qapıda gözləyən Qalli ilə rastlaşır. Yuqo Qalliyə Zalemə getmək arzusundan və 10 milyon çip yığdıqda Vektorun onu Zalemə aparacağını bildirir. Qalli Yuqoya pul yığmaqda kömək etməyə qərar verir.
Yuqo yenə bir nəfəri – Zapanı aldadıb onurğasını satmağa çalışarkən Zapan onu tutur və həmkarlarını öldürür. Yuqo qaça bilir, amma Zapan əsl şəxsiyyətini öyrənir. Yuqo Vektora zəng edir, Vektor ona sakin olmaq və yığdığı pulları ona gətirmək tapşırığı verir. Bu zaman Vektor qəzetdə Qalli haqqında məlumat oxuyur, onda kolizey döyüşlərində döyüşdürmək arzusu yaranır. Vektor Çirenə Qallini izləməyi əmr edir və əvəzində onu Zalemə göndərəcəyini bildirir.
Qalli İdoya pul yığıb Yuqo ilə Zalemə getmək istədiyini bildirir. Bu zaman Yuqonun axtarılan cinayətkar siyahısında göndərəndə şoka düşür və onu axtarmağa başlayır. Qalli Yuqonu tərk edilmiş bir fabrikdə tapır və 10 milyon çipdən cəmi 5 min çip uzaqlıqda olduğunu öyrənir. Qalli ona sevgisini etiraf edir və onu öpür. Yuqo ona qardaşının da Zalemə getmək arzusunda olduğunu, lakin arvadının onu satmasından sonra öldürüldüyünü danışır.
Yuqo fabrikdən çıxanda Qime ona hücum edir və onu ağır yaralayır. Qalli Qimeni öldürür, onu izləyən Çiren kömək etmək qərarına gəlir və Yuqonun başını Qallinin bədəninə qoşur. Qalli Yuqonun başını İdoya aparır və İdo Yuqo üçün kiborq bədən hazırlayır. İdo Qalliyə Vektorun Yuqonu aldatdığını, Zalemə getməyin mümkünsüz olduğunu bildirir. Bu söhbəti eşidən Yuqo dəliyə çevrilir və İdonun evindən qaçır.
İdo Vektorun ofisinə gedir və Çirenin də Vektor tərəfindən öldürüldüyünü və orqanlarının qablaşdırıldığını görür. O, Vektor və onun mühafizəçisi Zarikini öldürür.
Yuqo Zalemə gedən borulara dırmaşaraq şəhərə çatmağa çalışır. Qalli də onun dayandırmağa çalışır. Qısa söhbətdən sonra o, Yuqonu qayıtmağa razı sala bilir, lakin yuxarıdan borular boyunca buraxılan dişli çarxlardan biri Yuqonun bədənini parçalayır. Qalli onun əlindən tutsa da, Yuqonun qolu qopur və aşağı düşür.
Fərqlər
redaktəAdlar
redaktəOVA-nın ADV Films və Viz Media tərcümələri arasında fərqlər var. ADV Films Xaraba Dəmir Şəhər və Zalem adlarından istifadə etdiyi halda, Viz Media bu yerləri, uyğun olaraq, Xarabalıq və Tifares olaraq adlandırmışdır. Həmçinin personajların adlarında da fərqlər var: ADV Films tərəfindən Qalli, Yuqo, Zariki, Raşa, Qonz, Qime, Zavan adları ilə verilən personajların adları Viz Media tərəfindən, uyğun olaraq, Alita, Hüqo, Zaariki, İzuçi, Qonzu, Kliv Li, Zapan şəklində verilmişdir. Orijinal OVA-da isə orijinal manqada olduğu kimi Qalli və Zalem adlarından istifadə olunur.[2]
Manga Entertainment OVA-nı Avstraliya və Yeni Zelandiya regionunda "Battle Angel Alita" adı ilə buraxmışdır.
Personajlar
redaktə- Manqada Qalli ikinci bədənə transfer edilsə də, OVA-da bu baş vermir.
- Manqada göstərilən "Panzer Kunst" döyüş texnikasının adı OVA-da çəkilmir.
- OVA-da Qonzun rolu azaldılmışdır. Belə ki, manqada Qallini ikinci bədənə transfer edən Qonz olsa da, OVA-da bu göstərilmir.
- Orijinal manqada Çiren adlı personaj yoxdur. Ancaq OVA-da görünür. Ümumiyyətlə, İdonun orijinal manqada sevgilisi olmayıb.
- Orijinal manqada olan Makaku və Kinuba personajları əvəzinə onların qarışığı olan Qrevsika personajı görünür. Orijinal manqada belə bir personaj yoxdur.
- Zapanın rolu OVA-da azaldılıb. Belə ki, Yuqonun ifşa olunmasında və Qalliyə maneçilik törətməsində rolu manqada daha böyükdür.
- Orijinal manqada Vektorun kolizey döyüşləri ilə heç bir əlaqəsi yoxdur. OVA-da isə bu yarışların təşkilatçısıdır. Həmçinin manqada Alita ilə də maraqlanmır və "Döyüş mələyi" ifadəsini ortaya çıxarmır.
Məzmun
redaktə- OVA-da Raşa Qalli tərəfindən öldürülən ilk şəxsdir. Manqa isə bu şəxs mutant bir qadın idi.
- OVA-da Yuqonun yeganə köməkçisi kimi Tanci göstərilib. Əslində manqada Van adlı başqa köməkçisi də var.
- OVA-da Qalli ilə Yuqo İdonun emalatxanasında tanış olurlar. Manqada isə onların bir zamanlar Yuqonun evi olmuş fabrikdə qarşılaşırlar.
- Manqada Kliv Li ilə Qalli arasındakı döyüş daha uzundur və Linin silahı fərqlidir.
- OVA-da Yuqonun başını Qallinin həyat dəstək sisteminə Çiren qoşur. Orijinal manqada isə bunu Qalli özü edir.
- OVA-da Yuqo Zalemlə bağlı həqiqətə öyrənəndə birbaşa Zalemə çatmağa çalışır. Manqada isə Yuqo əvvəlcə İdo ilə mübahisə edir, sonra Vektorun ofisinə gedir, sonra Zalemə çatmağa çalışır
- OVA-da Vektorun ofisinə İdo gəlir, Zarikini və Vektoru öldürür. Manqada isə Qalli və Yuqo gəlirlər, Zarikini öldürürlər, Vektor isə sağ qalır.
- OVA-nın sonunda İdo və Qalli Yuqonun xatirəsinə səmaya şar buraxırlar. Manqada elə səhnə yoxdur.
Musiqi
redaktəGunnm: Image Album
redaktəGunnm: Image Album | |
---|---|
Növü | Saundtrek albomu |
Yayımlanma tarixi | 21 may 1993 |
Janr | anison |
Müddət | 44:16 |
Leybl | KSS Records |
"Gunnm: Image Album" OVA saundtreki üçün nəzərdə tutulmuş əsas görüntü albomudur. Lakin bağlanış mahnısı "Cyborg Mermaid" və iki instrumental istisnadır. Alboma stiker və OVA-dan qısa səhnə daxil edilmişdir.[3][4]
№ | Başlıq | Növü | Müddət |
---|---|---|---|
1. | "Rusty Angel" | vokal | 4:19 |
2. | "Absolute Miracle" | vokal | 3:36 |
3. | "Gunnm I" | instrumental | 3:14 |
4. | "Aim" | vokal | 4:55 |
5. | "Cyborg Mermaid" | vokal | 5:13 |
6. | "Dear Sweet Heart" | vokal | 4:34 |
7. | "Keep My Dream" | vokal | 4:25 |
8. | "Gunnm" | instrumental | 3:59 |
9. | "The One I Love" | vokal | 5:32 |
10. | "Believe In The Fate" | vokal | 4:23 |
Ümumi müddət: | 44:16 |
Gunnm: Another Story
redaktəGunnm: Another Story | |
---|---|
Növü | Saundtrek albomu |
Yayımlanma tarixi | 21 iyun 1993 |
Janr | anison |
Müddət | 41:38 |
Leybl | KSS Records |
"Gunnm: Image Album" OVA üçün nəzərdə tutulmuş əsas saundtrek albomudur. Bağlanış mahnısı "Cyborg Mermaid", bir görüntü treki və iki dorama treki istisnadır.
№ | Başlıq | Növü | Müddət |
---|---|---|---|
1. | "Satsuriku no Enjeru (Angel of Massacre) Part I" | dorama | 8:39 |
2. | "Believe In The Fate" | vokal | 4:24 |
3. | "Satsuriku no Enjeru (Angel of Massacre) Part II" | dorama | 13:18 |
4. | "Cyborg Mermaid" | vokal | 5:12 |
5. | "Ido's Theme" | arxaplan | 1:41 |
6. | "Infinity" | arxaplan | 1:54 |
7. | "Joh's Bar" | arxaplan | 1:36 |
8. | "Gally's Theme" | arxaplan | 1:31 |
9. | "Scrap Iron" | arxaplan | 1:14 |
10. | "Action" | xor | 2:05 |
Ümumi müddət: | 41:38 |
İstinadlar
redaktə- ↑ "MNS Exclusive Interview: Battle Angel (GUNNM) Creator Yukito Kishiro". Anime News Service. 17 November 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-14.
- ↑ Hiroshi Fukutomi. Battle Angel (DVD). ADV Films. 1999.
- ↑ "GUNNM CDs". 2009-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-14.
- ↑ "Anime CD Information - Gunnm Image Album". Colette. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-14.
Ədəbiyyat
redaktə- Kishiro, Yukito. Battle Angel Alita (11th). San Francisco: Viz Communications. October 2000. ISBN 1-56931-003-3.
- Kishiro, Yukito. Battle Angel Alita: Tears of an Angel (1st). San Francisco: Viz Communications. 1994. ISBN 1-56931-049-1.
Xarici keçidlər
redaktə- Battle Angel (anime) Anime News Network Ensiklopediyasında
- Battle Angel — Internet Movie Database saytında