Banska Styavnisa - Wikipedia
Banska Ştyavnisa (slovak. Banská Štiavnica, alm. Schemnitz, mac. Selmecbánya) — Slovakiyanın mərkəzində, Ştyavnisa Vrxi dağ massivinin yaxınlığında yerləşir. Əhalisi 11 min nəfərdir.
Şəhər | |||||
Banska Ştyavnisa | |||||
---|---|---|---|---|---|
Banská Štiavnica | |||||
|
|||||
48°27′31″ şm. e. 18°53′35″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1156 | ||||
İlk məlumat | 1156 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 621 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +421 45 | ||||
Poçt indeksi | 969 01 | ||||
Nəqliyyat kodu | BS | ||||
Digər | |||||
banskastiavnica.sk | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBanska Ştyavnisada ilk təbii ehtiyatların çıxarılmasına b.e.ə III əsrdə keltlər tərəfindən başlanılmışdır. 1156-ci ildə Banska Ştyavnisa bir şaxtaçı şəhəri olması qeyd edilir. 1217-ci ildə şəhər ətrafında gümüş çıxarılması məlumatı vardır. 1238-ci ildə Banska Ştyavnisa şəhər statusu almışdır. XIII əsrdə Tirol və Saksoniyadan olan kolonistlər tərəfindən məskunlaşılmışdır. 1443-ci ildə şəhər güclü zəlzələ nəticəsində dağılmışdır. XV əsrin ortalarında Yeni və Köhnə Qəsrlər inşa edilir. Bu qəsrlər Osmanlı imperiyasına qarşı möhkəmləndirilmişdir. 1627-ci ildə dünyada ilk dəfə olaraq faydalı qazıntıların çıxarılması məqsədi ilə partlayıcı maddədən istifadəı edilmişdir. 1735-ci ildə Banska Ştyavnisada Macarıstan tarixində ilk dəıfə Dağ mədən məktəbi, 1763-cü ildə Dağ Akademiyası təşkil edilmişdir. 1782-ci ildə Banska Ştyavnisa Macarıstan tarixində Bratislava və Depresendən sonra 3-cü iri şəhər idi.
Hazırda Banska Ştyavnisa özünün sənaye əhəmiyyətini itirmiş və 1993-cü ildən YUNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Görməli yerləri
redaktə- Köhnə qəsr
- Yeni Qər
- Kammerxof
- Müqəddəs Mariya katolik kilsəsi
- Müqəddəs Yekaterina katolik kilsəsi
- Lüteran Kirxası
- Sveti Antan qəsri
Şəxsiyyətlər
redaktə- M S mester — macar və ya alman rəssamı 1500 və 1510-cu illərdə fəaliyyət göstrərmişdir).
- Maqda Varşariova.
- Olqa Qrabar — ictimai xadim.
- Samuil Mikovini (1700—1750) — tanınımış riyaziyyatçı, mühəndis, kartoqraf, professor.
- Pattantyoş Abraxan Qeza (1885—1956) — macar alim, maşınqayırma mühəndisi. Pedaqoq, professor, texniki elmlır doktoru. Macar elmlər akademiyasının üzvü. Koşuta adına Macarıstan Dövlət mükafatının lauriyyatı.
- Yozef Koral (1713—1789) — mədən mühəndisi və ixtiraçı.
- Andrey Xmelko (1908—1998) — slovak yazıçı, dramaturq, rejisor.
Mənbə
redaktəbanskastiavnica.sk — Banska Ştyavnisanın rəsmi saytı
- Banska Ştyavnisa şəhərində turizm Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine (rus.)
- ↑ The 2021 Population and Housing Census. Bratislava: Statistical Office of the Slovak Republic.