Baffin Denizi - Wikipedia
Baffin dənizi (ing. Baffin Bay, fr. Baie de Baffin) — bəzən Baffin körfəzi də adlandırılır. Dəniz Şimal Buzlu okeanına daxildir. Atlantik okeanına daxil olan Labrador dənizi ilə cənubdan hüdudlanır. Qərb sahilləri Qrenlandiya adası ilə hüdudlanır. Şimaldan - cənuba uzunluğu 1130 km təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Burada çoxlu aysberqlər əmələ gəlir. Atlantik okeanıın isti suları ona təsir göstərir. Viliyam Baffinin şərəfinə adlandırılmışdır.
Baffin dənizi | |
---|---|
ing. Baffin Bay fr. Baie de Baffin | |
Ümumi məlumatlar | |
Tip | Adalar arası |
Sahəsi | 689 000 km² |
Uzunluğu | 1130 km |
Eni | 550 km |
Dərin yeri | 2136 m |
Orta dərinliyi | 861 m |
Yerləşməsi | |
73° şm. e. 70° q. u.HGYO | |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1585-ci ildə ingilis araşdırmaçısı Con Devis onun sularında üzən ilk avropalı olur. Dənizin öyrənilməsində ən böyük rol Viliyam Baffin oynamışdır. Dənizin öyrənilməsi üçün Baffin bölgəyə 5 ekspedisiya təşkil etmişdir. Viliyam Baffin Şimal-Qərb keçidinin Hudzon körfəzindən keçdiyini sübuta yetirmişdir.[1]
Coğrafiyası
redaktəBaffin dənizi Şimal Buzlu okeanının bir hissəsidir. Dəniz qərbdə Baffin Torpağı, şərq hissədə Qrenlandiya, şimalda isə Elsmir (ada)sı ilə hüdudlanır. Atlantik okeanının şimalında yerləşən Labrador dənizini [2]. Devis boğazı ilə dənizə birləşdirir. Dənizin şimalında isə Nares boğazı vadtəsi ilə Şimal Buzlu okeanla birləşir. Dənizin ən dərin yeri 2136 m, orta dərinlik isə 861 m təşkil edir. Sahəsi 689,000 km² təkil edir. Terrigen dib çöküntüləri geniş yayılmışdır, mərkəzi his səsində 1000 m-dən yuxarı dərinliklərdə alev rit-pelit lilləridir. Baffin dənizi ilin çox hissəsi üzən buzlarla örtülü olur; aysberqlər çoxdur. Duzluluq 30–34‰-dir. Qabarmalar 4 m-ə dək olur, əsasən, yarımgünlükdür.
İqlimi
redaktəBaffin dənizi üzərində hava nın temperaturu ən soyuq fevral ayında 16°C-dən (cənub-şərqdə) – 36°C-yədək (şimalda və qərbdə), ən isti iyul ayında 4–6°C olur. İl ərzində 200–300 mm yağıntı düşür. Səth suyunun temperaturu yayda 5°C-dən (cənub-şərqdə) 0°C-yədək (şimal-qərbdə), qışda – 1°C-dən aşağıdır.
Təbiəti
redaktəBaffin dənizində 21,000 ağ balina yaşayır ki, onlarda əsasən xırda balıqlar və xərcəngkimilərlə qidalanır. Onlar buz tələlərinə bəzən isə digər təhlükələrlə qarşılaşırlar.[3] Zəngin balıq (treska, siyənək və s.) ehtiyyatına sahibdir.
İstinadlar
redaktə- ↑ Discovery and Exploration of Canada Arxivləşdirilib 2007-03-10 at the Wayback Machine (ing.)
- ↑ Baffin Bay PDF (ing.)
- ↑ Fisheries and Oceans Canada Arxivləşdirilib 2009-02-16 at the Wayback Machine (ing.)