Badam Soyuqbulaq - Wikipedia
Badam (fars. بادام) - (az.-əski. بادام) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Badam kəndi Souyuq Bulaqın ən ucqar kəndi olaraq, elə həmin şəhərdən 50 km şimalda və Soyuq Bulaq-Qoşaçay avtomobil yolunun yaxınlığında yerləşir.
Badam | |
---|---|
fars. بادام | |
36°52′47″ şm. e. 45°55′12″ ş. u.HGYO | |
Ölkə | İran |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1913 |
Mərkəzin hündürlüyü | 1400 m |
Əhalisi | |
Əhalisi | 241 nəfər (2006) |
Milli tərkibi | azərbaycanlılar, kürdlər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +980442 |
İqtisadiyyat
redaktəƏhalisi əsasən əkinçilik, meyvəçilik, quşçuluq və toxuculuqla məşquldur. Ancaq kəndlilərin əsas qazanc qaynağı buğda və arpanın əkib-becərilməsindən əldə edilən gəlirdir.
Mədəniyyət
redaktəBu kənddə sünni olan kürdlər və şiə olan türklərin hər birinin özlərinə aid məscidləri vardır. Sünnilərin məscidi altmış il və şiələrin məscidi isə 20 ildiki xidmət göstərir. Sünni müsəlmanların məscidində 2004-ci ildə quruculq işləri aparılaraq yenidən inşa edilmişdir. Badamda bir ibtidai məktəb və bir orta məktəb fəaliyyət göstərir. Tədris farscadır.
Kəndin görməli yerləri
redaktəBadamın gözəl yerlərindən Seyid Bulağı, Kak İsmayıl bulağı, Qızıl Dağ və kəndin mərkəzindəki 120 yaşlı tut ağacını örnək göstərmək olar.
Əhalisi
redaktə2006-cı il məlumatına görə kənddə 241 nəfər[1] yaşayır (50 ailə).
Milli tərkib
redaktəKəndin milli tərkibi yerli Azərbaycan türkləri və gəlmə Kürdlərdən ibarətdir. Əhalinin yüzdə 60-ı şiə etiqadlı türk, qalanı isə sünni-şafei etiqadlı kürdlərdən ibarətdir. Bu kəndin türkləri, Azərbaycan Türkcəsinin güney ləhcələrindən biri olan Ciğatı (Qoşaçay) ləhcəsində danışır. Gəlmə kürdlər isə kürdcənin surani ləhcəsindən istifadə edirlər.
İstinadlar
redaktə- ↑ "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.