Azerbaycanda Hicabla Bagli Etirazlar - Wikipedia
Azərbaycanda hicabla bağlı etirazlar — 2010-cu ilin sentyabr ayından etibarən Azərbaycanda və əsasən paytaxt Bakıda hicabla bağlı bir sıra etiraz aksiyalarının keçirilməsi.
Etiraz səbələri
redaktəEtirazların əsas səbəbləri aşağıdakılardır:
Məktəb şagirdlərinin dərsə hicabda gəlmələrinin qadağan edilməsi
redaktəAzərbaycanın təhsil naziri Misir Mərdanov 2010-ci il sentyabr ayinda qızların hicabla dərsə gəlməsini qadağan etdi.[1] Təhsil naziri öz açıqlamasında isə hicabın qadağan edilmədiyini, sadəcə olaraq orta məktəblərdə vahid məktəbli formasına keçdiyini qeyd etdi.[2] Mərdanovon bu sözlərinlən sonra etirazlar Azərbaycanın müxtəlif şəhərlərin bürüdü və bundan əlavə bir neçə ölkədə o cümlədən Türkiyə [3], Gürcüstan [4][5], Ukraynada [6] və İranda da etiraz aksiyaları keçirildi .[7][8][9][10] Lakin İranın mövqeyini düzgün hesab etməyən bir qrup vətəndaş bu hərəkətlərə etiraz aksiyası ilə cavab vermişlər.[11][12][13][14][15]
İctimai və dini fəalların həbs olunması
redaktəEtiraz səbəblərindən biri də dini[mənbə göstərin] və ictimai fəallarin həbs olunması olmuşdur. Bu hadisələr dindar cəmiyyətdə narahatliğa səbəb oldu. Həbs edilənlərin sırasında Arif Hacılı, Nemət Pənahlı [16][17] və Mövsüm Səmədovu [18][19][20] misal göstərmək mümkündür. Nemət Pənahlı 2011-ci il, 11 yanvarda, bir vətəndaşı döymək şübhəsi ilə polis tərəfindən saxlanmışdı.[21] Lakin onun tərəfdarları Nemət Pənahlının həbsinin siyasi sifariş olduğunu iddia etmişdi.[16]. 17 iyulda o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə 6 il azadlıqdan məhrum edildi.[22][23] 5 oktyabr 2012-ci ilin etiraz aksiyası zamanı saxlanılanlara 20 il 5 ay həbs cəzası verildi.[24] Azərbaycanın müxalifət partiyalarından AXCP Rəyasət Heyətinin 3 iyun 2013-cü ildə keçirtdiyi iclasda 5 oktyabr 2012-ci il tarixində keçirilən “Hicaba azadlıq” aksiyası zamanı həbs olunan daha altı məhbusa uzun müddətli azadlıqdan məhrum etmə cəzası verilməsini insan hüquq və azadlıqlarına amansız qəsd kimi qiymətləndirib.[25]
Etiraz aksiyaları
redaktəBu səbəblərə görə bir sıra şəxs Azərbaycanın müxtəlif bölgələrində etiraz aksiyaları keçirdilər. Aksiyalarda Azərbaycan İslam Partiyası və Nida Vətəndaş Hərəkatı da iştirak etmişdir. Aksiyalar azərbaycanin müxtəlif şəhərlərində o cümlədən Gəncə [26][27][28][29], Masalli [30][31] və Lənkəranda [32] keçirilib . Ən izdihamli aksiya Bakı şəhərində 2011-ci il 6 mayda təhsil nazirliyi binasinin qarşısinda keçirilib [33][34].[35][36][37][38][39][40][41][42]. Bu aksiya polis tərəfindən dağıdıldı.[43] 5 oktyabr 2012-ci ildə növbəti bir "Hicaba azadlıq" aksiyası keçirildi. Aksiya zamanı 32 nəfər həbs olundu.[44]
100 min imza kampaniyası
redaktə2011-ci ilin iyulun 4-də ayında Dini Etiqad və Azadlıqların Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlunun təşəbbüsü ilə orta məktəblərdə hicab probleminin həlli üçün prezident İlham Əliyevə müraciət ünvanlanması üçün 100 min imza toplanması prosesinə start verildi. İyul ayının 27-də İlqar İbrahimoğlu 100 min imzanın artıq toplandığını bildirdi.[45][46][47][48][49][50][51]
Yerli reaksiya
redaktəTəhsil naziri Misir Mərdanov məktəb yaşlı qızların sinifdə hicab taxmasının qeyri-normal qəbul etdiyini bildirib.[52] Həmçinin, o, öz açıqlamasında bu qadağanın universitet tələbələrinə və müəllimlərə aid edilmədiyini də deyib.[53]
İstinadlar
redaktə- ↑ "Misir Mərdanov "hicab qadağandır!" dedi". 2014-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-10.
- ↑ Hicaba konkret qadağa qoyulubmu?[ölü keçid]
- ↑ "İstanbulda Azərbaycandakı hicab qadağasına etiraz aksiyası keçirilib". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Gürcüstanda hicab qagağası lənətləndi". 2014-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Gürcüstan azərbaycanlılarından etiraz aksiyası". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ Ukraynada hicab qadağasına etiraz[ölü keçid]
- ↑ "İran-Azərbaycan: təpəgözlərin döyüşü?". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "İRANDA AZƏRBAYCAN SƏFİRLİYİ QARŞISINDA AKSİYA". 2011-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ TƏBRIZDƏKI KONSULLUĞUMUZ QARŞISINDA HICAB AKSIYASI[ölü keçid]
- ↑ "Təbrizdəki konsulluğumuz qarşısında hicab aksiyası". 2011-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ İranın Azərbaycandakı səfirliyi qarşısında bir gündə iki etiraz aksiyası keçirilib
- ↑ İranın Bakıdakı səfirliyi qarşısında daha bir aksiya[ölü keçid]
- ↑ Bakıda İran səfirliyi qarşısında aksiya[ölü keçid]
- ↑ "Bakıda İran səfirliyi qarşısında etiraz aksiyası". 2012-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib". 2011-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ 1 2 "Nemət Pənahlı niyə həbs edilib?". 2016-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Nemət Pənahlı adamdöymədə ittiham olunur". 2011-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Azərbaycan İslam Partiyasının lideri polis tərəfindən saxlanıb". 2011-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "MÖVSÜM SƏMƏDOV ƏSLİNDƏ NECƏ HƏBS OLUNUB?". 2011-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Mövsüm Səmədovun həbsinin təfərrüatları". 2011-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Nemət Pənahlı saxlanıdı". 2011-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Nemət Pənahlı 6 il həbs cəzası aldı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ Nemət Pənahlı 6 il azadlıqdan məhrum edilib
- ↑ Hicab məhbuslarına 20 il 5 ay həbs cəzası verildi[ölü keçid]
- ↑ AXCP hakimiyyəti "reket kimi davranmaq"da suçladı[ölü keçid]
- ↑ Azərbaycanda hicab problemi davam edir
- ↑ "Gəncədə hicab yasağına etiraz aksiyası keçirilib". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-04.
- ↑ "Gəncə möminləri Hicab qadağasına etiraz aksiyası keçirdilər". 2010-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ GƏNCƏDƏ HİCAB YASAĞINA ETİRAZ AKSİYASI KEÇİRİLİB[ölü keçid]
- ↑ "Masallda dindarlar ayağa qalxdı". 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Masallıda polis-dindar qarşıdurması". 2011-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Hicab etirazı Lənkərana çatdı". 2014-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ Bakıda dindarlar ayağa qalxdı
- ↑ "İslamçılar orta məktəblərdə hicaba qadağaya etiraz edib". 2011-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Hicaba azadlıq" şüarı ilə mitinq keçirildi[ölü keçid]
- ↑ Təhsil Nazirliyinin qarşısında mitinq[ölü keçid]
- ↑ "Dindarlar Təhsil Nazirliyinin qarşısında aksiya keçirir". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ Təhsil Nazirliyinin qarşısında aksiya keçirilib[ölü keçid]
- ↑ "Təhsil Nazirliyinin qarşısında aksiya keçirmək istəyən bir neçə şəxs saxlanıldı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "TƏHSİL NAZİRLİYİNİN QARŞISINDA HİCAB AKSİYASI". 2011-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ Gerilikçilər Təhsil Nazirliyinin qarşısında aksiya keçiriblər…[ölü keçid]
- ↑ Təhsil Nazirliyinin qarşısında aksiya keçirildi[ölü keçid]
- ↑ "Dindarlara cinayət işi açılıb". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ “Hicaba azadlıq” aksiyasına görə 32 nəfər həbs olunub. azadliq.info Arxivləşdirilib 2012-10-17 at the Wayback Machine (az.)
- ↑ Hicaba dəstək üçün 100 min imza toplandı[ölü keçid]
- ↑ HİCAB AKSİYASI: 100 MİN İMZA HƏDDİ KEÇİLDİ[ölü keçid]
- ↑ ""100 min imza" gecikmiş addımdır?". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ ""100 min imza" Sumqayıtda". 2012-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Uca Allahın lütfü ilə 100 min imza toplanıldı! İmzatoplama davam edir". 2013-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ "Ətraflı məlumat". 2018-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-03.
- ↑ HİCAB AKSİYASI: 100 MİN İMZA HƏDDİ KEÇİLDİ[ölü keçid]
- ↑ "Orta məktəb yaşlı qızların sinifdə hicab taxması normal deyil"[ölü keçid]
- ↑ "Misir Mərdanov: "Müəllimələrə və universitet tələbələrinə hicab qadağası qoyulmayıb"". 2011-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Əfvdən sonra həbsdə qalan islamçıların SİYAHISI" ( (az.)). islamazeri.az. 2014-12-29. 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2016.
- "AZTV-dəki hicab qadağası ilə bağlı ictimai və rəsmi mövqe" ( (az.)). islamazeri. 2016-02-28. 2017-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.