Avstriya U 21 Milli Futbol Komandasi - Wikipedia
Avstriya U-21 milli futbol komandası — Avstriyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasıdır və Avstriya Futbol Assosiasiyası tərəfindən idarə olunur.
Assosiasiya | Avstriya Futbol Assosiasiyası | ||
---|---|---|---|
Konfederasiya | UEFA | ||
Baş məşqçi | Verner Qreqoritsç | ||
Kapitan | Kevin Danso | ||
Ən çox oyun keçirən | Markus Berger (36) | ||
Ən çox qol vuran | Maykl Qriqoriç (20) | ||
FİFA kodu | AUS | ||
| |||
İlk beynəlxalq oyunu | |||
Çexiya 1–2 Avstriya | |||
Ən böyükhesablı qələbəsi | |||
Avstriya 10–0 Lixtenşteyn Avstriya 10–0 Səudiyyə Ərəbistanı | |||
Ən böyükhesablı məğlubiyyəti | |||
Çexiya 6–0 Avstriya İsrail 6–0 Avstriya |
Onlar heç vaxt gənclər arasında Avropa çempionatının finalına çıxmayıb, lakin onun əksər oyunçuları sonradan 2008-ci il Avropa çempionatının iştirakçısı olub və hazırda milli komandanın əsasını təşkil edirlər.
Komandanın baş məşqçisi Verner Qreqoriç, köməkçiləri Ditmar Peqam və Raymund Hedldir.
Tarix
redaktəƏvvəllər avstriyalılar yalnız həvəskar oyunlar və klubların gənclər komandasının inkişafı üçün 21 yaşlı gənclərdən ibarət komanda toplayırdılar. Rəsmi olaraq 1980-ci ildən başlayaraq, 21 yaşlı gənclərdən ibarət futbol komanda təşkil edilməyə başlayır.
Avropa çempionatı 2006
redaktəGənclər arasında 2006-cı il Avropa çempionatının ilk rəsmi seçmə turniri 2004-cü ildə başlayıb. 2006-cı il Avropa çempionatına yollanmaq uğrunda mübarizədə avstriyalılar Almaniya, İngiltərə, Polşa, Uels və Azərbaycan komandaları ilə çıxış ediblər. Avstriyalılar oyunların yarısını uduzurlar, qalan ikisində Azərbaycan və Polşa ilə görüşlərdə xal itirərək bərabərə qalırlar. Avstriyalılar bu seçmə mərhələdə yalnız səfərdə ingilislər üzərində 2:1 hesablı gözlənilməz qələbə ilə yadda qalır.
Avropa çempionatı 2007
redaktəBir il sonra Avro-2007-yə vəsiqə uğrunda mübarizədə avstriyalılar İtaliya və İslandiya ilə bir qrupa düşurlər. İslandiya ilə qolsuz heç-heçədən sonra avstriyalılar daha sonra italyanlara 0:1 hesabı ilə uduzurlar və yalnız əlavə göstəricilərə görə qrupda ikinci yeri tuturlar.
Avropa çempionatı 2009
redaktəAvro-2009-un seçmə oyunları, Avstriya U-21 milli komandasının o vaxta qədər görsərdiyi ən uğurlusu olur — avstriyalılar 8 görüşdən 6-da qalib gəlib, yalnız ikisində heç-heçə edir. Onlar qrupda yalnız Slovakiya və İslandiya ilə heç-heçə edirlər. Qrupda tutuqları birinci yer onlara növbəti pley-off mərhələsinə yüksəlməyə imkan verir. Həmin an Avstriya yığmasına 1990-cı il dünya çempionatının iştirakçısı Manfred Zak başçılıq edirdi.
Pley-offda isə avstriyalıların qarşısını finlər kəsir. Ev oyununda Kristof Saurer və Florian Kleinin vurduğu qollar ilə avstriyalılar 2:1 hesabı ilə qalib gəlir. Cavab matçında 90 dəqiqəlik oyundan sonra finlər eyni hesabla önə keçirlər. Avstriyalılardan Marko Stankoviç qol vurur. Oyunun əlavə vaxtında qalib müəyyənləşmir və penaltilər seriyasında finlər qələbə və final hissəsinə vəsiqə qazana bilirlər.
Avro 2011 və London Olimpiadası
redaktəAvro 2011 və London Olimpiadasına vəsiqə də uğursuz olur. Avstriyalılar qrupda Belarus, Şotlandiya millilərindən sonra üçuncu yeri tutur.
Avropa çempionatı 2013
redaktəBu seçmə mərhələdə avstriyalılar qrupda Niderland, Şotlandiya və Bolqarıstandan sonra 4-cü yeri tutur.
Avropa çempionatı 2015
redaktəGənlər arasında 2015-ci il Avropa çempionatının seçmə mərhələsində Avstriya millisi İspaniya, Bosniya, Macarıstan və Albaniya komandalarına rəqib olur. Avstriyalılar qrupda İspaniyadan sonra ikinci yeri tutur və çempionatın final mərhələsinə vəsiqə qazana bilmir.
Avropa çempionatı 2017
redaktə2017-ci il çempionatına seçmə mərhələdə Avstriyalılar qrupda Almaniyadan sonra ikinci yeri tutur. Komanda pley-off oyununda İspaniya ilə qarşılaşır. İlk oyun Avstriyada baş tutur və 1–1 hesabı ilə bitir. İspaniyada baş tutmuş cavab oyununda isə qapılara qol vurulmur. Səfərdə vurulan qola görə İspaniya millisi çempionatın final mərhələsinə vəsiqə qazanır.
Avropa çempionatı 2019
redaktəSeçmə mərhələ oyunlarında avstriyalılar ikinci yeri tutur. Pley-off oyununda Yunanıstana hər iki göruşdə 1–0 hesabıyla qalib gəlir. Final mərhələsində avstriyalılar Almaniya, Danimarka və Serbiyayla birlikdə B qrupunda mübarizə aparır. İlk göruşdə Serbiya millisinə 2–0 hesabıyla qalib gəlirlər.[1] Ancaq digər göruşlərdə Danimarkaya uduzan komanda Almaniya ilə heç-heçə edir və 4 xal toplayır. Topldıqları 4 xal onları qrupda üçuncu edir və komanda turnir ilə vidalaşır.
Heyəti
redaktə- Sonuncu dəfə 1 aprel 2023 tarixində yeniləndi[2]
|
İstinadlar
redaktə- ↑ UEFA. "Serbiya 0-2 Avstriya". 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2023.
- ↑ "U21-Team startet Lehrgang mit vier Änderungen" (German). Österreichischer Fußball-Bund. 24 mart 2023. 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.