Avstriya Kommunist Partiyasi - Wikipedia
Avstriya Kommunist Partiyası (AKP;[4] alm. Kommunistische Partei Österreichs, KPÖ) — Avstriyada kommunist siyasi partiya.[2]
Sədri | Günter Hopfqartner |
---|---|
Quruluş tarixi | 3 noyabr 1918[1] |
Baş qərargah | |
İdeologiya | Kommunizm[2] |
İdeoloji spektr | İfrat solçuluq |
Üzv sayı | 3,500 (2004)[3] |
Kabinetdə |
0 / 183 |
Parlamentdə |
0 / 62 |
Saytı | kpoe.at |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAvstriya Kommunist Partiyası 3 noyabr 1918-ci ildə Vyana təsis konfransında yaradılmışdır. 1933-cü ildə AKP qadağan edilmişdi. 1934–1938-ci illəri əhatə edən gizli fəaliyyət dövründə AKP ölkədə faşist çevrilişi təhlükəsinə qarşı çıxmış, 1938-ci ildə reallaşan anşlussdan sonra isə Avstriya xalqını öz ölkəsinin istiqlaliyyətini bərpa etmək uğrunda mübarizəyə çağırmışdır. Partiyanın minlərlə üzvü həbsxanalara və həbs düşərgələrinə salınmış, onların bir çoxu, o cümlədən AKP MK-nın 13 üzvü həlak olmuşdur. Faşist Almaniyası süqut auğradıqdan və Avstriya 1945-ci ilin aprelin azad olunduqdan sonra AKP açıq fəaliyyətə başlamışdır. AKP nümayəndələri 1945–1947-ci illərdə hökumətin tərkibinə daxil idi. 1958-ci ilin fevralında AKP konfransının qəbul etdiyi "Avstriyanın sosializmə doğru yolu" proqram sənədində (AKP-nin 18-ci qurultayında təsdiq olunmuşdur) göstərilirdi ki, Avstriya fəhlə sinfi xalqın etimadını və parlamentdə əksəriyyəti qazanmaqda sosializmə dinc yolla gəlib çıxa bilər. AKP-nin 1970-ci ilin mayında keçirilmiş 21-ci qurultayı partiyanın təşkilati və ideoloji cəhətdən möhkəmlənməsinə kömək etmişdir. Bu qurultayda partiyanın bəzi üzvləri sağçılıqla ittiham olunaraq oradan ixrac edilmişdir. 1974-cü ilin yanvarında keçirilən 22-ci qurultayda partiya sıralarının marksist-leninçi əsasda daha sıx birləşdiyini nümayiş etdirdi. Qurultayın qəbul etdiyi "AKP-nin siyasi-ideoloji prinsipləri" və "AKP-nin fəaliyyət proqramı" sənədlərində dövrün Avstriyasının siyasi vəziyyəti marksist-leninçi mövqedən təhlil edilmiş, zəhmətkeşlərin həyati mənafeyi və ictimai hüquqları uğrunda mübarizədə partiyanın vəzifələri müəyyən olunmuşdur. AKP qeyd edirdi ki, onun məqsədi "sosializm, fəhlə sinfinin hakimiyyətini bərqərar etməkdir". AKP 1970-ci illərdə SSRİ və sosializm birliyi ölkələrinin "beynəlxalq gərginliyin zəiflədilməsinə yönəldilən xarici siyasətinə" yüksək qiymət vermişdir. Sənədlərdə həmçinin göstərilir ki, partiya marksizm-leninizm, proletar beynəlmiləlçiliyi mövqelərində durmuş, beynəlxalq kommunist hərəkatının sıx birliyinin möhkəmləndirilməsi uğrunda çıxış etmişdir. AKP-nin yerli hakimiyyət orqanlarında, müəssisələrin istehsalat şuralarında, həmkarlar ittifaqları və zəhmətkeşlərin digər kütləvi təşkilatlarında nümayəndələri var idi. AKP nümayəndə heyətləri kommunist və fəhlə partiyalarının Beynəlxalq müşavilərində (1957, 1960, 1969, Moskva) iştirak etmiş və onların sənədlərini bəyənmişdir.[5]
İdeologiyası
redaktəKommunist bir partiya olan AKP demokratik mərkəziyyət prinsipi əsasında qurulmuşdur.[5]
Strukturu
redaktəPartiyanın ali orqanı qurultaydır.[5]
İstinadlar
redaktə- ↑ "Communist Party of Austria". BSE. SSRİ. 1979. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2021.
- ↑ 1 2 Nordsieck, Wolfram. "Austria". Parties and Elections in Europe. 2006. 1 noyabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2021.
- ↑ "Hintergrund: Mitgliederzahlen sinken konstant". Der Standard (alman). 19 sentyabr 2006. 2014-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2021.
- ↑ Австрија. Сијаси партијалар, һәмкарлар иттифаглары вә диҝәр иҹтимаи тәшкилатлар. Австрија Коммунист Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 60.
- ↑ 1 2 3 Австрија Коммунист Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 64.
Xarici keçidlər
redaktə- kpoe.at — Avstriya Kommunist Partiyasının rəsmi saytı