Aukstaytiya Milli Parki - Wikipedia
Aukştaytiya Milli Parkı (lit. Aukštaitijos nacionalinis parkas) — Litvanın şimal-şərqində, Vilnüsün 100 km şimalında yerləşən milli park. 1974-cü ildə təşkil olunmuşdur və Litvanın 5 milli parkından ən qədimidir. Milli parkın ölkədə ilk olduğunu vurğulmaq məqsədi ilə milli parkın ilk adı Litva SSR Milli Parkı olmuşdur. 1991-ci ildə 4 yeni milli park yaradılmış və bütün milli parkların adı etnoqrafik adlarla dəyişdirilmişdir. Həmin il milli parkın adı Aukştaytiya Milli Parkı olmuşdur.
Aukştaytiya Milli Parkı | |
---|---|
lit. Aukštaitijos nacionalinis parkas | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 405.7 km2 ha |
Yaradılma tarixi | 29 mart 1974 |
Yerləşməsi | |
55°20′28″ şm. e. 26°03′25″ ş. u.HGYO | |
Ölkə | Litva |
Yaxın şəhər | İqnalina |
www.anp.lt | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park 405.70 km2 ərazini əhatə edir. Parkın yarısı İqnalina rayonundadır. Qalan 50 %-i isə Şbençönski və Utena rayonlarında yerləşir. Ciddi qorunan sahə isə milli parkın 2,1 %-ini təşkil edir. Bu əraziyə ancaq park işçisinin nəzarəti ilə daxil olmaq olar. Milli parkın 70 %-i ağaclarla örtülüdür. Ağacların 80 %-i isə bəziləri 200 il yaşında olmaqla şam ağaclarıdır.
Milli parkda müəyyən olunan 64 bitki növü, 8 göbələk növü və 48 quş növü Litvanın Qırmızı kitabındadır. Milli park biomüxtəlifliyinə görə fərqlənir: Litva ərazisinin cəmi 1 %-ini əhatə etməsinə baxmayaraq Litvada tapılan növlərin 59 %-i buradadır.
Su hövzələri
redaktəMilli parkda 126 göl yerləşir. Çoxu dərələrdə və çaylardadır və ekstremal idman növləri üçün istifadə olunur. Bölgədə su turizmi xeyli inkişaf etmişdir. Burada kayak icarə götürmək üçün xeyli yer vardır. Göllərin ümumi sahəsi 59,30 km²-dir. (ərazinin 15,5 %) Ən böyük gölü sahəsi 8,29 km² olan Kretuonas gölüdür. Buradakı Tauraqnas gölü isə Litvanın ən dərin gölüdür. (60,5 m) 6 göl 0,5–1 ha sahədə, 35 göl isə 5–50 ha sahədə yerləşmişdir.
Baluoşas adasında 7 ada yerləşir və adaların birində də göl mövcuddur. Bu göldən Baluoşas gölünə kiçik çay axır. Milli parkda ən uzun çay Jeymena çayıdır. (ümumi uzunluğu 114 km, parkdan keçən hissəsi 22 km) Bu çay çox təmizdir və Neris çayına qarışır. Bütün dərələr və göllər Jeymena hövzəsinə bağlıdır.
Ən maraqlı yerlərdən biri də Ladakalnis təpəsidir və bu təpədən 6 gölü birdən görmək mümkündür. Təpə geomorfoloji abidədir.
Kəndlər
redaktəPark ərazisində 116 kənd mövcuddur və 2300 sakini vardır. İlk kənd haqqında məlumatı XIV əsrə aid mənbələr vermişdir. Ən məşhur kənd parkın idarəedici orqanının yerləşdiyi Paluşe kəndidir. Milli parkda 1750-ci ildə tikilən bir kilsə isə Litvanın ən qədim taxta kilsəsidir və 1 Litva litasında təsvir olunmuşdur. Litva Qədim Arıçılıq muzeyi ilə tanınan Stripeykyay isə ən qədim kənddir. Qinuçyay kəndi də ən məşhur kəndlərdən biridir və burada XIX əsrdən qalma qədim su dəyirmanı yerləşir. Ən böyük kənd 300 sakini olan Kaltanenay kəndidir.
1972-ci ildə Litva xalq qəhrəmanı Tadas Blinda haqqında film Şuminay kəndində çəkilmişdir. Bu və digər 5 kənd Litvanın milli abidəsi elan edilmişdir.
Arxeologiya
redaktəMilli park ərazisində aşkar olunan tapıntılar buranın e.ə. 8000–9000-ci ildə məskunlaşıldığını göstərir. Tapıntıların çoxu e.ə. 3000-cü ilə aiddir. Hesab olunur ki, Litvada ən qədim yaşayış məskənləri burada salınmışdır. Burada IV–XII əsrlərə aid olunan 45 qəbiristanlıq və 400 kurqan tapılmışdır. Kurqanlar daşlarla və ya dayaz xəndəklərlə əhatə olunmuşdur. Burada dəfn olunan insanların yanında zinət əşyaları, alətlər, silahlar və hətta atları da tapılmışdır.
Parkda 11 qəsr yerləşir.
Qalereya
redaktə-
Litva markasında (10 aprel 1999)
-
1 Litva litasında Paluşe kilsəsinin təsviri
Xarici keçidlər
redaktə- VikiSəyahətdə Aukştaytiya Milli Parkı haqqında səyahət məlumatları var.
- Tourism.lt
- Rəsmi sayt Arxivləşdirilib 2012-12-27 at the Wayback Machine
- Litvaya səyahət