Asif Imameliyev - Wikipedia
Asif İmaməliyev (29 aprel 1969, Qafan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı[1]; Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini[2], Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dissertasiya Şurası Nəzdində "Siyasi Nəzəriyyə" ixtisası üzrə Elmi Seminarın üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru.
Asif İmaməliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 aprel 1969 (55 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Həyatı
redaktəAsif İmaməliyev 1969-cu il aprelin 29-da Ermənistan SSR Qafan şəhərində müəllim ailəsində anadan olmuşdur.1976–1986-cı illərdə orta təhsilini Sumqayıt şəhər 9 və 10 saylı məktəblərdə almışdır.1987–1989-cu illərdə hərbi xidmətdə olmuşdur.1986-cı ildə qəbul olmuş 1995-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini, 2000-ci idə daxil olmüş 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
Siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyəti
redaktə- 1986–1987-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında çilingər, idman üzrə instruktor – metodist
- 1987–1989-cu illərdə Sovet ordusu sıralarında taqım komandiri
- 1989–1992-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında mexannik
- 1992–1997-ci illərdə Azərbaycan Respublikası Tikinti və Yenidənqurma üzrə İstehsalat Birliyinin 4 saylı Təmir-tikinti İdarəsində iş icraçısı, 26 saylı Təmir-tikinti İdarəsində rəis, 2 saylı Təmir-tikinti Trestində baş mühəndis, Birliyin Kommersiya işləri üzrə baş direktorunun müavini, 17 saylı Təmir-tikinti Trestinin baş mühəndisi və müdir əvəzi
- 1997–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində su ehtiyatları üzrə müfəttiş
- 2000–2003-cü illərdə Sumqayıt şəhər bələdiyyəsində təşkilat işi və daimi komissiyalarla iş şöbəsinin müdiri
- 2003–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat, regional məsələlər daimi komissiyasının üzvü
- 2005–2017-ci illərdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri
- 2017–2021-ci illərdə Yeni Azərbaycan Partiyası İcra Katibliyində seçkilər ilə əlaqədar sektor müdiri
- 2021-ci ildən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini vəzifəsində işləyir.
İctimai-siyasi fəaliyyəti
redaktə- 1988-ci ildə Sverdlovsk vilayətinin Novouralsk şəhər Partiya Komitəsinin qərarı ilə Kommunist partiyasının üzvlüyünə namizəd
- 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü
- 1997–2006-cı illərdə YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Sumqayıt şəhər Gənclər Birliyinin sədr
- 1997–2005-ci illər YAP Sumqayıt şəhər təşkilatının təşkilatı işlər üzrə sədr müavini
- 2005–2017-ci illər YAP Sumqayıt şəhər təşkilatının sədri
- 1999–2001-ci illər YAP Siyasi Şurasının üzvü
- 2001–2021-ci illər YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Seçkili orqanlarda iştirakı
redaktə- Sumqayıt şəhər bələdiyyəsinin I çağırış üzvü
- Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı
Ailəsi
redaktəAiləlidir. 4 övladı, 2 nəvəsi var.
Atası Ağalar Bəylər oğlu İmaməliyev(10.04.1939–16.05.2022) kimya elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin müəllimi.
Anası Elmira Ziyəddin qızı Hacıyeva (20.03.1951–22.12.2021).
Mükafatları
redaktə- 19.11.2009 — "Tərəqqi" medalı[3] (Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə).
- 02.02.2024 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı.
Elmi məqalələri
redaktə- Yeniləşmə və inkişaf yolu ilə. "Məslək" qəzeti, 24.11.2006 (az.)
- Qəzet daim öndə getməlidir. "Məslək" qəzeti, 14.02.2007 (az.)
- "Azərkimya" yüksəlişə doğru. "Azərbaycan" qəzeti, 22.07.2007 (az.)
- Partiyanın ən qabaqcıl dəstələrindən biri. "Məslək" qəzeti, 28.02.2008 (az.)
- Cəmiyyət İlham Əliyevin namizədliyinin irəli sürülməsində israrlıdır. "İki sahil" qəzeti, 29.02.2008 (az.)
- Heydər Əliyev dünyanın ən böyük, ən fədakar azərbaycanlısı idi. "Sumqayıt" qəzeti, 26.04.2008 (az.)
- Sumqayıt şəhəri ölkənin dinamik inkişafında inamla iştirak edərək, bu prosesə layiqli töhfələr verir. "Yeni Azərbaycan" qəzeti, 07.11.2009 (az.)
- Политический анализ западных моделей местного самоуправления // Межкультурные коммуникации. Международное научно-периодическое издание. Тбилиси, 2011, № 2, с.146[4]. (rus.)
- Heydər Əliyev və Azərbaycanda yerli özünüidarəetmənin formalaşması // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı illiyinə həsr olunmuş Elmi konfransın tezisləri. DİA, Bakı, 2012. s.172[4]. (az.)
- Böyük Britaniyada və Fransada yerli özünüidarəetmənin xüsusiyyətləri // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci illiyinə həsr olunmuş Elmi konfransın tezisləri. DİA, Bakı, 2013, s.212[4]. (az.)
- Yerli hakimiyyət institutu probleminə nəzəri yanaşmalar // Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə, 2015, № 1, s.219[4]. (az.)
- Azərbaycan Respublikasında yerli özünüidarəetmənin konstitusion-hüquqi əsasları // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı — mart 2015, № 3, s.10[4]. (az.)
- Azərbaycan Respublikasında bələdiyyələrin strukturu və fəaliyyət istiqamətləri // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı — mart 2015, № 7, s.134[4]. (az.)
- Yerli hakimiyyətin həyata keçirilməsində icra hakimiyyəti və bələdiyyə orqanları münasibətləri // Bakı Avrasiya Universitetinin Sivilizasiya jurnalı. mart 2016, №.3, s.175[4]. (az.)
- "İlham Əliyev və yeni Sumqayıt" məqaləsi. "İlham Əliyev – 8 il hakimiyyətdə" Elmi-praktik konfransın materialları. Sumqayıt, 2011. "Şərq-Qərb", Bakı-2011[5]
- "İlham Əliyev və yeni Sumqayıt" məqaləsi. "İlham Əliyev – 10 il hakimiyyətdə" Elmi-praktik konfransın materialları. Sumqayıt, 2013. "Şərq-Qərb", Bakı-2013, s.13. ISBN 978-9952-489-10-1[6][7]
İstinadlar
redaktə- ↑ İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-06-29 at the Wayback Machine (az.)
- ↑ YAP Icra katibliyində yeni sektor müdiri təyin edildi Arxivləşdirilib 2020-02-04 at the Wayback Machine. yap.org.az, 19.06.2017 (az.)
- ↑ "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2009-cu il tarixli 590 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2017-11-11 at the Wayback Machine (az.)
- ↑ 1 2 3 4 5 6 7 "AZƏRBAYCAN RESPUBLİKASINDA YERLİ HAKİMİYYƏT SİSTEMİNDƏ BƏLƏDİYYƏLƏRİN YERİ VƏ ROLU" (AVTOREFERAT) [ölü keçid]
- ↑ e-kataloq ek.anl.az (az.)
- ↑ Kitab haqqında Arxivləşdirilib 2019-09-14 at the Wayback Machine (az.)
- ↑ "İlham Əliyev – 10 il hakimiyyətdə" Elmi-praktik konfransın materialları. Sumqayıt, 2013 (az.)
Xarici keçidlər
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |