Arsakion - Wikipedia
Arsakion (Аrsakeon[1], yun. Αρσάκειον ή Αρσάκειο) — Yunanıstan və Albaniyada qeyri-kommersiya "Təhsil Dostları Cəmiyyəti" (Φιλεκπαιδευτική Εταιρεία) tərəfindən idarə olunan bir qrup özəl birgə təhsil məktəbinin adı. Buraya Afina, Psixiko, Aniksis, Saloniki, Patras, Yanina şəhərlərində və Albaniyanın paytaxtı Tirana şəhərində ümumi sayı 9 mindən çox şagirdi olan altı məktəb daxildir. Komotini və Kiprdə də kampusların tikilməsi nəzərdə tutulub.
Arsakion Liseyləri | |
---|---|
Əsası qoyulub | 1836 |
Tip | özəl |
Şagird sayı | 10,000 |
Şəhər | Saloniki, Patras, Psixiko, Aniksis, Afina, Tirana |
Ölkə | |
Sayt | arsakeio.gr |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTəhsil Dostları Cəmiyyəti 1836-cı ildə Yunanıstan krallığı qurulduqdan sonra təhsildəki boşluğu qız məktəblərinin çatışmazlığını doldurmaq üçün yaradılıb. "Cəmiyyət"in yaradılmasının təşəbbüskarları arxeoloq və müəllim İohan Kokkonis, pedaqoq Georgios Gennadios və arximandrit Misail (Apostolidis) idi. “Təhsil Dostları Cəmiyyəti”nə Yunanıstan İstiqlaliyyət müharibəsinin veteranları, yepiskoplar, siyasətçilər, nazirlərin məsləhətçiləri, hakim və alimləri daxil idi. İlk iştirakçılar arasında hakim Anastasios Polizoides, yazıçı Aleksandros Rangavis, müəllim İohann Vouros, nomarx Georgios Enian, Afina Universitetinin birinci rektoru Konstandin Sxinas, Nikolaos Kostis, general Theodoros Kolokotronis, general Dimitri Plaputas, Kanellos Delnis, Andreas Londos, milli himnin müəllifi Dionisios Solomos və s. var idi.
Arsakion məktəbi Apostol Arsak tərəfindən idarə edilirdi və 1850-ci ildə onun adını alıb. "Cəmiyyət" 1842-ci ildə Afinada Andros adasında yerləşən Aqias (Həyat verən bulaqımızın xanımı) monastırının yaxınlığında torpaq sahəsi aldı. Arsakion məktəbinin binası 1846-1852-ci illərdə tikilmişdir. Dövrün ən məşhur yunan memarı Lisandros Kavtadzoğlu tərəfindən dizayn edilmişdir.[2] Bu, əvvəlcə Afinanın mərkəzində, Panepistimiu küçəsindəki qızlar üçün internat məktəbi idi. Məktəbin nəzdində pedaqoji peşə məktəbi var idi.[1] Məktəb məzunları 1913-cü ildə Makedoniyaya Balkan müharibələri zamanı Yunan ordusu tərəfindən azad edilənə qədər Yunan dili və mədəniyyətini dəstəkləmək üçün göndərildi.
Baron Maykl Tositsasın dul arvadı Eleni Tositsa 170.000 drahmaya torpaq alıb və Aniksisdə Arsakion qızlar məktəbinin tikintisinin maliyyə xərclərini üzərinə götürüb. Tikinti onun ölümündən sonra 22 fevral 1877-ci ildə tamamlandı və məktəb onun Tositsion ("Τοσίτσειον") adını aldı. Tositsa Eleninin məktəbinə 20.000 drahma vəsiyyət etdi. 1984-1989-cu illərdə Afinadakı Arsakion məktəbi bərpa edildi və bina Yunanıstan Dövlət Şurasına verildi. 1999-cu ildə Albaniyanın paytaxtı Tirana şəhərində Arsakion məktəbi açılıb, istifadəyə verildi.
-
Psixikonda Arsakion məktəbi
-
Salonikidəki Arsakion məktəbi
İstinadlar
redaktə- ↑ 1 2 Добролюбов, Николай Александрович. Афины и Константинополь. Путевые записки А. Милюкова. СПб., 1859. Турецкая империя. Её история, статистика, география, политическое состояние, нравы и обычаи. С присовокуплением словаря турецких слов. Сочинение Альфреда де Бессе. Москва, 1860 // Собрание сочинений : В 9 т. 5: Статьи и рецензии. Июль-декабрь 1859. М. ; Л.: Гослитиздат. Подготовка текста Н. Г. Леонтьева ; Примеч. Н. Г. Леонтьева и Н. И. Сергеевой ; Ред. Н. И. Соколов. 1962.
- ↑ Полевой, Вадим Михайлович. Искусство Греции. 3: Новое время. М.: Искусство. 1975. 212.
Xarici keçidlər
redaktə- arsakeio.gr — «Общества друзей образования» rəsmi saytı