Arnold Cikobava - Wikipedia
Arnold Çikobava (gürc. არნოლდ ჩიქობავა ; 14 (26) mart 1898 – 5 noyabr 1985, Tbilisi) — gürcü qafqazoloq, dilçi və filoloq. Nikolay Marrın "Yafetik" dil nəzəriyyəsinin ən fəal tənqidçilərindən biri.[1]
Arnold Çikobava | |
---|---|
gürc. არნოლდ სტეფანეს ძე ჩიქობავა | |
Doğum tarixi | 14 (26) mart 1898 |
Vəfat tarixi | 5 noyabr 1985 (87 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | dilçilik, filologiya, qafqazşünaslıq |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəArnold Çikobava 14 mart 1898-ci ildə Gürcüstanın qərbində yerləşən Sameqrelo bölgəsinin Saçikobavo kəndində anadan olmuşdur. 1922-ci ildə Tiflis Dövlət Universitetində təhsilini başa vurmuşdur.[2] Daha sonra həmin universitetdə müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. 1926-cı ildə dostent, 1933-cü ildə isə professor elmi dərəclərinə yüksəlmişdir. 1933–1960-cı illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Qafqaz Araşdırmaları bölməsinə, 1936–1985-ci illərdə isə Dilçilik İnstitutunun "İber-qafqaz dilləri" bölməsinə rəhbərlik etmişdir. Arnold Çikobava 1950–1952-ci illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutuna müvəqqəti olaraq rəhbərlik etmişdir. Sonradan həmin instituta onun adı verilmişdir. O, həmçinin Gürcüstan SSR Elmlər Akademiyasının qurulmasında rol oyanayan şəxslərdən biri olmuşdur. 1950–1963-cü illərdə akademiyaya rəhbərlik etmişdir. Fəaliyyətinə görə Sovet İttifaqı və beynəlxalq qurumlar tərəfindən ona bir çox mükafat və titul verilmişdir.[3] Arnold Çikobava tərəfindən Qafqaz dillərinin quruluşuna və tarixinə dair bir sıra əsərlər yazılmışdır.
O, həmçinin Nikolay Marrın "Yafetik" dil nəzəriyyəsini tənqid etməsi ilə tanınmışdır. Belə ki, Sovet dövründə "Yafetik" dil nəzəriyyəsinin əleyhinə olanların çoxu Sovet rəsmilərinin təzyiqləri səbəbindən səslərini eşitdirə bilmirdilər. Arnold Çikobava Gürcüstan Mərkəzi Komitəsinin birinci katibi Kandid Çarkviani ilə yaxın əlaqələrə malik idi. O, bundan istifadə edərək Marrın fərziyyələrini tənqid etməyə davam etmişdir. Nəhayət hesabatını İosif Stalinə göndərmiş və 1950-ci ildə Stalinlə şəxsən tanış olmuşdu. Tezliklə Stalin Pravda qəzetindəki dilçilik barədə məqaləsində Marrın nəzəriyyəsini qınamışdır (yüksək ehtimal ki, həmin məqalənin müəllifi Arnold Çikobava olmuşdur).[4][5]
Arnold Çikobava 5 noyabr 1985-ci ildə, 87 yaşında vəfat etmişdir. Onun nəşi Tilis Dövlət Universitetinin ərazisində dəfn edilmişdir.
İstinadlar
redaktə- ↑ Tuite, K. "The Rise and Fall and Revival of the Ibero-Caucasian Hypothesis" (PDF). Historiographia Linguistica. 35 (1). 2008: 23–82. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-27.
- ↑ "Первые выпускники ТГУ: Варлам Топурия, Симон Джанашия, Георгий Джакобия, Арнольд Чикобава вместе с педагогами Акакием Шанидзе, Корнели Кекелидзе и Георгием Ахвледиани. 1922 год". 2019-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.
- ↑ Mikaberidze, Alexander (ed., 2007), Chikobava, Arnold Arxivləşdirilib 2020-06-28 at the Wayback Machine. Dictionary of Georgian National Biography. Accessed on July 3, 2007.
- ↑ Dahrendorf, Ellen (2005), The Unknown Stalin, p. 205. I. B. Tauris, ISBN 1-85043-980-X.
- ↑ Smith, Graham (1998), Nation-building in the Post-Soviet Borderlands: The Politics of National Identities, p. 178. Cambridge University Press, ISBN 0-521-59968-7.