Arif Niftullayev - Wikipedia
Arif Sabir oğlu Niftullayev (5 mart 1953 — 2000) — Sovet İttifaqını təmsil edən yunan-roma güləşçisi, 1978-ci il Dünya Çempionatının qalibi.[1]
Arif Niftullayev | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
|||||||
Doğum tarixi | ||||||||
Vəfat tarixi | ||||||||
Vəfat yeri | ||||||||
Çəkisi | 74 kq | |||||||
İdman növü | Güləş | |||||||
Karyera illəri | 1967–1982 | |||||||
Medallar
|
Həyatı
redaktəArif Niftullayev 1953-cü il martın 5-də anadan olub.
Arif Niftullayev 1967-ildən güləşlə məşğul olurdu. 1971-ci ildə SSRİ idman ustası normativini yerinə yetirdi.
Dəfələrlə SSRİ Çempionatlarında və beynəlxalq turnirlərdə mübarizə aparan Arif Niftullayev, 1978-ci ildə baş tutan Dünya Çempionatının qalibi oldu.[1]
Arif Niftullayev Dünya çempionu olmaqla adını güləş tariximizə qızıl hərflərlə yazdı.Qazandıqı uğurla ilk dünya çempionu kimi Azərbaycan Güləş tarixində silinməz iz buraxdı.
Karyerasını başa vurandan sonra bizneslə məğlub olan Arif Niftullayev, 2000-ci ildə Rusiyada öz villasında xüsusi amansızlıqla öldürüldü.[1]
Arif Niftullayev ailəli idi. Oğlu Arif də güləşçidir və o ilk dəfə iştirak etdiyi böyüklər arasında dünya çempionatında bürünc medal qazanmaqla 97kq çəki dərəcəsində bir ilkə imza ataraq atası kimi tarixə düşdü.
Ən maraqlısıda odur ki, ata Arif Niftullayev tarix yazarkən 25 yaşıda idi və oğlu Arif Niftullayev də 25 yaşında tarix yazdı...
İstinadlar
redaktə- ↑ 1 2 3 Kriminal Azərbaycan. ""İKİ BAKILI": birini öldürüb yandırdılar, o biri isə soyadını dəyişib, qeyb oldu..." www.criminalaz (az.). 2017-03-01. 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.