Arif Memmedov Arxeoloq - Wikipedia
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017).
Arif Mamedov | |
---|---|
Mamedov Arif Mamedoviç | |
Doğum tarixi | 25 fevral 1961 (63 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | arxeologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktə25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur.
1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası;
1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti;
2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial.
AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur.
Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır.
Fəaliyyəti
redaktəBərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir.
Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir
Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir
Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir.
Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir.
6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Elmi əsərləri
redaktə- Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər)