Ara Sozler - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər.[1] Məsələn:
Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun)
Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz)
Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur.
İfadə forması
redaktəSöz şəklində
redaktəBəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr.
Söz birləşməsi şəklində
redaktəSözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s. Sözün düzü, bunu səndən gözləməzdim. Siz bilən, o qayıdacaqmı? Mən bilən, sonu yaxşı olacaq. İndi, sözün doğrusu, hər şeyi açıq deyə bilmirəm.
Cümlə şəklində
redaktəGörünür, düzdür, doğrudur, necə deyərlər, elə bilirəm, ola bilsin (ki), olsun (ki), demək olar (ki). Düzdür, pis adam deyil, amma bir az laqeydliyi var. Ola bilsin, sabah onu görəcəyəm.[2]
Mənaca növləri
redaktəTəsdiq bildirənlər
redaktəƏlbəttə (ki), sözsüz (ki), şübhəsiz (ki), şəksiz, doğrusu, düzü, həqiqətən (də), yeri gəlmişkən və.s
Güman, şübhə bildirənlər
redaktəBəlkə (də), deyəsən, güman ki, çox güman ki, görünür, görəsən, görən, olmaya, ehtimal ki və s.
Fikrin mənbəyini bildirənlər
redaktəMəncə, sizcə, mənə görə, zənnimcə, deyilənə görə, mən bilən, eşitdiyimə görə və.s
Nitqin hissələri arasında əlaqəni bildirənlər və ya nəticə bildirənlər
redaktəNəhayət, beləliklə, demək, deməli, xülasə, ümumiyyətlə, müxtəsər, qərəz, axır ki , sözün qısası, bir sözlə, əvvəla, birincisi, ikincisi və.s
Təəssüf bildirənlər
redaktəHeyif (ki), çox heyif, təəssüf (ki), əfsus (ki) və.s
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ TQDK 2014. Sintaksis.
- ↑ Ara sözlər.