Apokaliptika Ve Postapokaliptika - Wikipedia
Apokaliptika və postapokaliptika — Elmi fantastika, elmi fantaziya və qorxu fantastikanın altjanrı. Bu janrlarda olan əsərlərin süjetləri qlobal fəlakət yaşamış br dünyada inkişaf edir. Əsərlərdə baş verən apokalipsis hadisəsi qaçınılmaz qlobal istiləşmə kimi iqlimi, zərbə hadisəsi kimi təbbi, nüvə müharibəsi və ya təbii ehtiyatların tükənməsi kimi süni, pandemiya kimi tibbi, qiyamət günü, parusiya və ya raqnarök kimi esxatoloji və ya zombi-apokalipsi, maşınların üsyanı, texnoloji tekillik, disgenetika və ya əcnəbilərin hücumu kimi bədii ola bilər. Əsərin süjeti fəlakət hadisəsinin qarşısının alınması cəhdi, hadisənin nəticələriylə ilə məşğul olmaq və yaxud postapokaliptik, fəlakətin sonrasıyla bağlı ola bilər. Vaxt çərçivəsi sağ qalanların psixologiyası və çətinlikləri, insan irqinin canlı qalması üçün etdikləri üzrə mərkəzləşərək fəlakətdən dərhal sonra, yaxud fəlakət əvvəli insan mədəniyyətinin unudulması (və ya mifləşdirilməsi) üzrə mərkəzləşərək fəlakət hadisəsindən xeyli sonra başlaya bilər. Postapokaliptik məzmunlar adətən texnologiyasız və ya cəmiyyətin və texnologiyanın səpələnmiş halda olduğu bir gələcəkdə baş verir.
Babilistan və ibranilər daxil olmaqla, müxtəlif qədim cəmiyyətlər "Gilqameş dastanı" (təx. b.e.ə. 2000–1500) kimi dünya və insan cəmiyyətinin sonuna həsr olunmuş apokaliptik ədəbiyyat və mifologiya əsərləri yaratmışdır. XIX əsrin əvvəllərində Meri Şellinin "Sonuncu adam" romanı nəşr olunandan bəri müasir apokaliptik əsərlər yazılır.[1] Lakin, ədəbiyyatın bu janrı İkinci Dünya müharibəsindən sonra, Soyuq müharibə dövründə, nüvə silahının partlaması nəticəsində qlobal məhv ehtimalının ictimai şüura daxil olanda məşhurluq qazanmışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Booker, M. Keith & Thomas, Anne-Marie. The Science Fiction Handbook. John Wiley and Sons. 2009. 2016-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
Biblioqrafiya
redaktə- Uaqar, U. Uarren. Terminal Visions: The Literature of Last Things. Bluminqton: Indiana University Press. 1982. ISBN 0-253-35847-7.[ölü keçid]
Xarici keçidlər
redaktə- "Sub-Genre [sic] Spotlight: Post-Apocalyptic Science Fiction". 2005-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18. "Internet Review of Science Fiction" saytında altjanrın ümumi incələnməsi.
- Quiet Earth – Apokaliptik mediaya həsr olunmuş veb-sayt.
- A Sense of an Ending: Take Shelter's Inconclusive Apocalypse – "Alternate Takes" saytında müasir apokaliptika kinosu barədə məqalə.