Anastasiya Qolovina - Wikipedia
Anastasiya Qolovina (bolq. Анастасия Головина) — rus əsilli bolqar qadın həkim, psixiatr[1]; Bolqarıstanda ali təhsilli ilk qadın həkim və Varnada ilk uşaq mərkəzinin qurucusu. Aleksandr Qolovinin həyat yoldaşı[2][3].
Anastasiya Qolovina | |
---|---|
bolq. Анастасия Ангелова Головина | |
Doğum tarixi | 17 oktyabr 1850 |
Doğum yeri |
|
Vəfat tarixi | 5 mart 1933 (82 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | həkim, psixiatr |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktə1850-ci il oktyabrın 17-də Kişinyovda bolqar ailəsində anadan olmuşdur. Ata - Angel Petroviç Nikolaou, Kişinyov meri. Ana babası - Kirill Minkov, Kaloferdən olan Kişinyov taciri olmuşdur. O, doğma şəhərində fransız məktəbini bitirib, sonra stenoqraf işləyib. Atasının ölümündən sonra Sürixə köçüb, orada universitetə daxil olaraq tibb təhsili alıb. O, Rusiya tələbə inqilabi hərəkatının üzvü olub, bundam ötrü universitetdən qovulmuş və Parisdə təhsilini davam etdirmişdir. O, 1878-ci ildə Paris Universitetini bitirib, Sorbonnada "Damar divarlarının histoloji tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək psixiatr Jan Martin Şarkonu heyran edib və məzun olan ilk bolqar qadın olub[4].
Sonradan Anastasiya Bolqarıstana köçür və burada müxtəlif təşkilatlarda psixiatr kimi çalışır: Tırnovo icmasının səhiyyə xidmətinin əməkdaşı, qızlar üçün 1-ci Sofiya gimnaziyasının həkimi və Aleksandr Xəstəxanasında. 1888-ci ildə Plovdivdə işləmiş, sonra Varnaya qayıtmış, 1889-1893-cü illərdə burada çalışmışdır. Həm Balkan müharibələrində, həm də Birinci Dünya müharibəsində iştirak etmişdir. Varna Arxeoloji Cəmiyyətinin və "Mərhəmət" Qadın Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur. 1922-ci ildə Bolqarıstan Qırmızı Xaç Cəmiyyətinin fəxri nişanı ilə təltif edilmişdir[5].
Tədqiqat fəaliyyəti
redaktəQolovina müxtəlif psixi pozğunluqların fonu və simptomları ilə maraqlanır, axmaqlıq, meqalomaniya, demensiya, Huntington xəstəliyi və s. kimi xəstəlikləri təsvir edir. Onun yeniliklərindən Bolqarıstanda məhkəmə-tibb ekspertləri ölüm səbəblərini açmaq və aydınlaşdırmaq zamanı istifadə ediblər. Qolovina tibb sahəsində bolqar və xarici nəşrlərdə dərc edilmiş bir çox elmi və elmi-populyar əsərlərin müəllifidir.
Xeyriyyə
redaktəQolovina ictimai və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. 1915-ci ildə “Mərhəmət” Qadınlar Xeyriyyə Cəmiyyətinin sədri kimi Varnada uşaq evinin açılmasına dəstək verir. 1919-cu ildə həyat yoldaşı Aleksandr Fedoroviç Qolovinin xatirəsinə I Ferdinand Varna Kişi Gimnaziyasının kasıb və istedadlı şagirdlərinə dəstək olmaq üçün ianə edir. 1919-cu il mayın 27-də onun səyləri ilə xeyriyyə fondu açılır. O, gimnaziyanın müəllimlər şurasına rəhbərlik etmiş, onun fondu “Vəsiyyətnamələr və donorlar” fonduna daxil edilmişdir. 1944-cü ilə qədər fondda 13350 bolqar levası var idi. Fond 1940-cı ilə qədər Varna kişi gimnaziyasının yoxsul şagirdlərinə kömək üçün hər il 380-780 leva məbləğində yardım ayırırdı: Todor Stoiçkov, Georgi Tripçev, Yanaki Vatev, İvan Dobrev və başqaları yardım alanlar sırasında idilər. 1948-ci ildə fond bağlanılır.
1927-ci ildə onun evi Uşaqları Müdafiə İttifaqının Varna filialına bağışlanır. Evdə gənc qızlar və analar üçün tibbi savad kursları keçirilir və evdə uşaqlar üçün tibbi konsultasiya açılır. Ömrünün sonunda Anastasiya Qolovinanın vəsaitinin bir hissəsi əri Aleksandrın oxuduğu Beloretskdəki (Başqırd MSSR) məktəbə köçürülüb. Tibbi ədəbiyyatın əhəmiyyətli bir hissəsi Penço Slaveikov adına Varna Şəhər Kitabxanasına vəsiyyət edilmişdir.
İstinadlar
redaktə- ↑ Първият български психиатър Д-р Анастасия Головина[ölü keçid] (bol.)
- ↑ Итоги конкурса “София-Москва, Болгария-Россия: вчера, сегодня, завтра” Arxivləşdirilib 2020-04-11 at the Wayback Machine (rus.)
- ↑ "Nazarska, Georgeta: Bulgarian women medical doctors in the social modernization of the Bulgarian nation state (1878-1944). In: Historical Social Research 33 (2008), 2, pp. 232-246". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Bulgarian women medical doctors in the social modernization of the Bulgarian nation state (1878-1944)". Researchgate.net. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-07.
- ↑ "Александър Головин" (bolqar). daritelite.bg. İstifadə tarixi: 2018-08-31.[ölü keçid]