Amleset Muci - Wikipedia
Amleset Muçi (1987[1], Əddis-Əbəbə) — efiopiyalı model, aktrisa və rejissor. 2012-ci ildən efiopiyalı müğənni Teddi Afronun həyat yoldaşıdır.[2][3]
Amleset Muçi | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1987[1] |
Doğum yeri | |
Həyat yoldaşı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktrisa |
Təhsili |
Erkən həyat və karyera
redaktəAmleset 5 aprel 1987-ci ildə Əddis-Əbəbədə, Efiopiyada anadan olub. O, Nyu-York Film Akademiyasında rejissorluq, Əddis-Əbəbədəki Unity Universitetində isə jurnalistika təhsili alıb.
2004-cü ildə Miss University gözəllik yarışmasında qalib olub və Efiopiyanı təmsil edib. 2006-cı ildə isə Miss World Efiopia yarışmasının qalibi olub.
Amleset həm də rejissordur.[4] O, Min Alesh? (az. "O, Nə dedi"), "Şilə Fikir" (az. Sevgi haqqında"), Adoption (az. "Övladlığ") və "Yaşıl Efiopiya" sənədli filmini yazıb və prodüserliyini edib.[5]
Amleset Efiopiyada Etete Süd Məhsullarının sözçüsüdür[6] və ölkənin ekoloji problemləri ilə bağlı açıqlamalar verib.
2018-ci il martın 11-də o, Əddis-Əbəbədə keçirilən BMT-nin qadınlar üçün təşkil etdiyi 5 km qaçış yarışında iştirak edib və 25 dəqiqə 25 saniyə ilə Icon Women yarışının qalibi olub.
Şəxsi həyat
redaktəAmleset 27 sentyabr 2012-ci ildə Əddis-Əbəbədə Müqəddəs Üçlük Katedralində müğənni Teddi Afro ilə evləndi. Onların üç övladı var və 2022-ci ilin oktyabrında Amleset dördüncü övladını gözləyirdi.
İstinadlar
redaktə- ↑ 1 2 https://vi.wikipedia.org/wiki/?axtar=Amleset_Muchie.
- ↑ "Amleset Muchie". www.ethiosports.com. İstifadə tarixi: 10-10-2024.
- ↑ "Amleset Muchie appointed as a Goodwill Ambassador for Hamlin Fistula Ethiopia". https://hamlinfistulauk.org. 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10-10-2024.
- ↑ "Min Alesh?". www.imdb.com. 2019.
- ↑ "Amleset Muchie". https://africanfilmny.org.
- ↑ spokeswoman