Alen Furnye - Wikipedia
Alen-Furnye (fr. Alain-Fournier; d. 3 oktyabr 1886 - ö. 22 sentyabr 1914) — Fransız yazıçı və hərbçi. Ssenarisi əsasında iki dəfə film çəkilən və Fransız ədəbiyyatının klassiklərindən sayılan "Adsız ölkə" romanı onun yeganə kitabıdır.
Həyatı
redaktəAlen-Furnye, bir müəllimin oğlu olaraq Fransanın mərkəzindəki La Şapel-d'Anqilyonun Şer adlı şəhərində anadan olub.Paris yaxınlığındakı Şeaux, Hauts-de-Seyndəki "Lysee Lakanal" məktəbində təhsil aldı. Burada Ekole Normale Superieure universiteti üçün çox çalışdı, amma uğurlu ola bilmədi. Bundan sonra Brest şəhərindəki dəniz ticarət məktəbinə yollandı."Lysee Lakanal" məktəbində oxuyarkən Jak Rivyera ilə tanış olmuş və o gündən yaxın dost olmuşlar. 1909-cu ildə Jak Rivyera Alayn-Furner kiçik bacısı İzabella ilə evləndi.
Yaradıcılıq fəaliyyəti
redaktə1907-ci ildə işlərini dayandırdı və 1908-1909-cu illərdə əsgərliyə yollandı. Bu müddətdə esselər, şeirlər və hekayələr yazdı və sonradan, bunları toplayaraq bir ad altında yenidən nəşr etdirdi. Bu müddət ərzində "Adsız ölkə" romanı haqqında düşündü.
1910-cu ildə Parisə qayıtdı və ədəbiyyat tənqidçisi kimi "Paris-Jurnal" adlı gündəlik qəzetdə işləməyə başladı.Bu müddət ərzində Andre Jid və Pol Klodel ilə tanış oldu. "Adsız ölkə" romanını 1913-cü ilin əvvəlində bitirdi və bu roman "Nuvelle Revue Françase" ( 1913-cü ilin iyul-oktyabr arası) adlı qəzetdə nəşr olundu və sonradan kitab halında çap olundu. Roman, Qonkur Akademiyası Ədəbiyyat mükafatına namizəd göstərildi, lakin mükafatı qazana bilmədi