Alberiko Centili - Wikipedia
Alberiko_Centili - Haqqında Məlumat
Alberiko Centili (14.1.1552, San-Cenezio – 19.6.1608, İngiltərə, Oksford) — italyan hüquqşünası, sonsxolastika dövrü nümayəndəsi və beynəlxalq hüquq üzrə mütəxəssis.[1]
Alberiko Centili | |
---|---|
ing. Alberico Gentili | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1.14.1552 |
Doğum yeri | San-Cenezio |
Vəfat tarixi | |
Vəfat yeri | İngiltərə, Oksford |
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas, universitet müəllimi[d], vəkil |
Atası | Dr Matteo Centili |
Həyat yoldaşı | Lakrezia Pertelli |
Uşağı | Roberto Centili |
Dini | protestantlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTəhsilini Peruca şəhərindəki universitetdə almışdır. Dini təqiblərə məruz qalaraq, İtaliyadan İngiltərəyə qaçmışdır, Oksfordda mülki hüquqdan dərs demişdir. Beynəlxalq hüquqda xalqlar hüququnu təbliğ etmiş, qall adətlərinə (mos gallicus) qarşı italyan adətlərini (mos italicos) müdafiə etmişdir. Bu mənada onu “xalqlar hüququnun atası” adlandırırlar. Qanunların şərhi məsələləri ilə də məşğul olmuşdur.[1]
Əsərləri
redaktəAşağıda adı sadalanan bütün əsərlər müasir dövrümüzdə çap olunub və ya yenidən dərc edilmişdir.
- De Iuris Interpretibus Dialogi Sex. Torino 1937.
- De Legationibus Libri Tres. Nyu York 1924.
- De Iure Belli Libri Tres. 2 həcmdə. Mətn və tərcümə Con Rolfe tərəfindən həyata keçirilmişdir. Oksford 1933.
- Hispanicae Advocationis Libri Duo. Mətn və tərcümə Frank Frost Abbott tərəfindən həyata keçirilmişdir. Nyu York 1921.
- Ad titulum Codicis ad legem juliam de adulteriis Commentarius, in G. Minnucci, Alberico Gentili tra mos italicus e mos gallicus. L'inedito Commentaro ad l. Juliam de adulteriis, Boloqna 2002.
İstinadlar
redaktə- ↑ 1 2 Centili// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 223.