Albaniyada Insan Huquqlari - Wikipedia
Albaniyada mövcud insan hüquqları problemlərinə məişət zorakılığı, işgəncə və polis zorakılığı halları, həbsxanaların ümumi vəziyyəti, insan və cinsi alveri və LGBT hüquqlarının pozulması daxildir.
Tarix
redaktəƏnvər Xocanın (1944–1985) dövründə kommunist Albaniyası Şərqi Avropanın ən repressiv ölkələrindən biri hesab olunurdu, lakin 1992-ci ildən Demokratik Partiyanın rəhbərliyi altında bir sıra liberallaşdırma islahatları aparılmışdır[1].
İnsan alveri
redaktəİnsan alveri halları Albaniyada insan hüquqlarının pozulması hallarından biridir. Kommunizmin sonu insan alverinin artmasına gətirib çıxartnışdır, qurbanlarının əksəriyyəti fahişəliyə məcbur edilən qadınlardır[2].
Albaniya insanları cinsi istismar (əsasən qadınlar və uşaqlar) məqsədilə insan alverinə məruz qalan ölkədir. Bundan əlavə, Albaniya insan alveri üçün tranzit ölkə kimi çıxış edir. Albaniya hökuməti insan alverinə qarşı mübarizədə müəyyən öhdəliklər nümayiş etdirir, lakin insan alverinin kökünü kəsmək üçün minimum standartlara tam əməl etmədiyi və şahidlərin müdafiəsi üçün effektiv tədbirlər hazırlamadığı üçün tənqid olunur[1][3].
Hakimiyyət tərəfindən işgəncələr
redaktə1994-cü ilin əvvəlindən Beynəlxalq Amnistiya təşkilatı alban polisinin həbs və ya saxlanma zamanı insanlarla pis rəftar etdiyi, hətta bəzi məhbusların öldüyü iddia edilən hadisələrlə bağlı xəbərlər alıb. Məlumata görə, məhbuslar tez-tez xəsarət alıblar (qançırlar, dişlərin qırılması, kəsiklər), bəziləri xəstəxanaya yerləşdirilməsini tələb edirdi. Bəzi pis rəftar halları işgəncə kimi tanınıb. Bu pozuntuların çoxu Sosialist Partiyasının (adı dəyişdirilmiş Kommunist Partiyası) üzvlərinə və ya tərəfdarlarına qarşı yönəlib. Digər qurbanlar arasında homoseksuallar, yunan azlığının nümayəndələri və keçmiş siyasi məhbuslar da var. Polis məmurlarının işgəncə və ya pis rəftara görə təqib edilməsi nadir hallarda olur[4].
Bundan əlavə, Amnesty International qeyd edir ki, məhbuslara qarşı işgəncə və pis rəftar Albaniyada bu gün də adi haldır[5].
Qadınlara qarşı zorakılıq və ayrı-seçkilik
redaktəKənd yerlərində qadınların təxminən 60%-i fiziki və ya psixoloji zorakılıqdan, təxminən 8%-i isə cinsi zorakılıqdan əziyyət çəkir. Əhalinin müdafiəsi çox vaxt nəticə vermir. 2014-cü ildə Albaniya Helsinki Komitəsi qadın qurbanların sayının hələ də yüksək olduğunu bildirmişdir[6].
Ayrı-seçkilikdən Müdafiə üzrə Müvəkkil ailə qeydiyyatı haqqında qanuna görə qadınların hüquqları ilə bağlı narahatlığını ifadə edib. Nəticədə, əksəriyyəti kişilərdən ibarət olan ailə başçıları şəriklərinin icazəsi olmadan ailənin yaşayış yerini dəyişmək hüququna malikdirlər[6].
Uşaq istismarı
redaktə2015-ci ildə UNICEF uşaqların 77%-nin hansısa formada məişət zorakılığına məruz qaldığını bildirmişdir. Yüzlərlə uşaq evdə və hətta xaricdə dilənməyə məcbur edilir və ya digər məcburi əməyə məruz qalır[6].
Qisas qorxusu
redaktəƏn azı 70 ailə qisas almaq qorxusundan könüllü həbsdədir[6].
Yunan azlığının insan hüquqlarının pozulması
redaktəAlbaniyada insan hüquqları, hüquq müdafiə təşkilatlarının fikrincə, polis və xüsusi xidmət orqanlarının köməyi ilə yunan azlığını təqib edən hökumət tərəfindən pozulur[7]. Yunan icmalarının evləri Cənubi Albaniyadan[8] Şimali Epir yunanlarına edilən etnik hücumlar nəticəsində sökülmüşdür. Həmçinin, Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, hakimiyyət orqanları tərəfindən yunan azlığının nümayəndələrinə qarşı pis rəftar halları olub.
Bundan əlavə, etnik yunan azlığı hökumətin kommunist dövrünün "azlıq zonaları"ndan kənarda olan etnik yunan şəhərlərini tanımaq istəməməsindən, rəsmi sənədlərdə və etnik yunan ərazilərində ictimai işarələrdə yunan dilindən istifadə etməkdən və ya daha çox etnik yunanları ictimaiyyətə daxil etməkdən şikayətlənib[9][10][11][12][13][14][15][16][17]. 2008-ci ildə hökumət Himara bölgəsində yunan dilində deyil, alban və ingilis dillərində yazılmış bir neçə yeni yol nişanı quraşdırılır. Himara şəhərinin etnik yunan meri işarələrin götürülməsinə göstəriş verib, lakin hökumət onu ictimai əmlakı məhv etməkdə ittiham edib.
2012-ci il ABŞ-nin İllik Hesabatında qeyd olunur ki, Qırmızı və Qara Alyans kimi qatı millətçi qrupların meydana çıxması yunan azlıq qrupları ilə etnik gərginliyi artırıb[13].
İstinadlar
redaktə- ↑ 1 2 "Countries". www.amnesty.org (ingilis). 2014-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
- ↑ "A modern slave's brutal odyssey". BBC News. 3 November 2004. 2009-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
- ↑ "U.S Department of State". 2019-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
- ↑ "ALBANIA: FAILURE TO END POLICE ILL-TREATMENT AND DEATHS IN CUSTODY". 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
- ↑ "ALBANIA HUMAN RIGHTS". 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
- ↑ 1 2 3 4 "Human Rights in Albania". 2018-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
- ↑ "Albania: The Greek Minority". Human Rights Watch (ingilis). 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
- ↑ "Οι Αλβανοί αρπάζουν σπίτια από τους Βορειοηπειρώτες". Himara.gr (yunan). 2018-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
- ↑ Bureau of Democracy, Human Rights, and Labor. "2008 Country Reports on Human Rights Practices Report". U.S. Department of State (ingilis). 2009-02-25. 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
- ↑ "2009 Country Reports on Human Rights Practices Report: Albania". U.S. Department of State (ingilis). 2010-03-10. 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
- ↑ "2010 Human Rights Report: Albania". U.S. Department of State (ingilis). 2019-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
- ↑ "2011 Human Rights Report: Albania" (PDF). U.S. Embassy in Albania (ingilis). 2012-05-24. 2017-11-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-12-15.
- ↑ 1 2 "2012 Human Rights Report: Albania" (PDF). U.S. Embassy in Albania (ingilis). 2017-11-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-22.
- ↑ "2013 Human Rights Report: Albania" (PDF). U.S. Embassy in Albania (ingilis). 2017-11-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-22.
- ↑ "2014 Human Rights Report: Albania" (PDF). U.S. Embassy in Albania (ingilis). 2017-11-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-22.
- ↑ "2015 Human Rights Report: Albania" (PDF). U.S. Department of State (ingilis). 2021-03-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-22.
- ↑ Bureau of Democracy, Human Rights and Labor. "2016 Human Rights Report: Albania" (PDF). U.S. Department of State (ingilis). 2017-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-12-15.