Akif Qurbanov - Wikipedia
Akif Qurbanov (3 avqust 1981, Gürcüstan) — azərbaycanlı siyasətçi, ictimai fəal; Mərkəzi Seçki Komissiyasının üzvü (2006–2016); Demokratik Təşəbbüslər İnstitutunun (IDI) həmtəsisçisi və rəhbəri; "Fakt Yoxla" və "Toplum TV" daxil olmaqla bir sıra müstəqil mediaların həm-təsisçisi; III Respublika Platformasının qurucularından biri və həmin platformanın 2024-cü ildən sədri.
Akif Qurbanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gürcüstan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
Azərbaycan Tibb Universiteti (B) V. N. Karazin adına Xarкov Milli Universiteti (B) |
Fəaliyyəti | siyasətçi, ictimai fəal, siyasi məhbus |
Fəaliyyət illəri | 2002— |
2024-cü il martın 7-də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə həbs edilmiş, yerli və beynəlxalq insan hüquqları təsisatları tərəfindən siyasi məhbus olaraq qəbul edilmiş, onun azadlığa buraxılması üçün beynəlxalq insan hüquqları təsisatları tərəfindən Azərbaycana çağırışlar edilmişdir.
Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininin İstintaq Təcridxanasında saxlanılır.
Həyatı
redaktəAkif Qurbanov 1981-ci ildə Gürcüstanda anadan olub. 1998-ci ildə 289 saylı Zəngi liseyindən məzun olub. 1998–2004-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2008-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurası yanında Siyasət Məktəbini bitirib. 2013–2016-cı illərdə isə V. N. Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsində ali təhsil alıb. 2014-cü ildə Birləşmiş Ştatların "Open World Program"ında olub.
Evlidir. Üç uşağı var.
İctimai-siyasi fəaliyyəti
redaktəAkif Qurbanov siyasi fəaliyyətinə 2002-ci ildə Ümid Partiyasında başlamışdır. 2002–2005-ci illərdə partiyada gənclərlə iş üzrə sədr müavini olaraq çalışmışdır. 2005–2006-cı illərdə Ümid Partiyasının Mərkəzi Seçki Qərargahının rəhbəri olduqdan bir il sonra partiya təqdimatına əsasən 2006 və 2011-ci illərdə Milli Məclis tərəfindən Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[1][2][3]
2015-ci il parlament seçkiləri ilə bağlı çıxış edərkən seçkilərin yerli seçki qanunvericiliyinə, beynəlxalq öhdəliklərə uyğun təşkil edilmədiyini, Azərbaycanın ATƏT-in könüllü müşahidəçilik təklifindən imtinasının demokratik əsası olmadığını, çıxış etdiyi dövrə qədər seçki məcəlləsinin 200 maddəsini əhatə edən 17 dəfə edilən dəyişikliklərin 95%-nin məhdudlaşdırıcı olmasını, vətəndaş cəmiyyəti nümayəndələrinin həbs və təzyiqlərə məruz qalmasının seçkilərə neqativ təsirini, seçkilərlə bağlı televiziya kanallarında heç bir seçki debatının keçirilməməsini, seçki saxtakarlıqlarını sübut edən görüntülərə rəğmən protokollaşdırılmış nəticələrin yenidən gözdən keçirilmədiyini bəyan edərək protokolu imzalamaqdan imtina etmişdir.[4]
2013-cü ildən həmtəsisçisi və rəhbəri olduğu Demokratik Təşəbbüslər İnstitutu (IDI) gənc hüquq müdafiəçiləri, jurnalist və liderlər yetişdirən kurslar təşkil etməklə yanaşı, seçkilərin monitorinqi,[5] siyasi sənədlərin hazırlanmasında da iştirak etmişdir.[6][7]
2015-ci ildə Azərbaycanın da üzvü olduğu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Azərbaycanın vətəndaş cəmiyyəti mühitinin təşəbbüsünün standartlarına uyğun olmadığını bəyan edərək onun üzvlük statusunu aşağı endirərək dəyişikliklərə getməsi üçün vaxt vermişdi. Akif Qurbanov 2016-cı ildə Mədən Sənayesində Şəfafflığın Artırılması (EITI) Koalisiyasının Şura üzvü seçilib.[8] EITI Şura üzvü olduğu dövrdə A. Qurbanov EITI standartları çərçivəsində Azərbaycan vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılması üçün təşəbbüslər göstərib, fəaliyyəti dövründə Azərbaycan iqtidarının formal islahatları vətəndaş cəmiyyətinin düzəldilməsi kimi təqdim etməsinə qarşı çıxıb.[9][10]
2016-cı ildə Azərbaycanda baş verən sosial və siyasi vəziyyətlə bağlı cəmiyyəti maarifləndirmək üçün yaradılan Sivil Toplum Platformasının (STP) həmtəsisçilərindən biri olub.[11]
Azərbaycan parlamentinin 105-ci ildönümündə (7 dekabr 2023-cü il) Akif Qurbanovun da qurucularından olduğu, demokratik keçid, yaxşı idarəetmə ilə qurulmuş müxalif siyasi hərəkatın yaradılması və desentralizasiya dəyərlərinə iddia edən müxalif siyasi hərəkat kimi III Respublika Platforması elan edilib.[12] O, platformanın təmsilçiliyi və qərarların qəbulunun təşkili üçün bir il müddətinə sədri seçilib.
Həbs edilməsi (2024)
redaktə6 mart 2023-cü ildə Qurbanov III Respublikanın ofisində tutularaq barəsində cinayət məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.[13] Martın altısında III Respublika Platformasının digər həmtəsisçisi Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli saxlanılıb və doqquz martda barələrində həbs-qətimkan tədbiri seçilib;[14] eyni zamanda "Toplum TV"nin daha dörd əməkdaşı- Əli Zeynalov, İlkin Əhmədov, Ramil Babayev və Müşfiq Cabbar eyni maddə ilə həbs edilib; iki əməkdaşı: Elmir Abbasov və Fərid İsmayılov barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.[15]
Akif Qurbanovun atası onun uşaqlarını məktəbə aparan zaman polislər maşında uşaqların gözü qarşısında zorakı formada axtarış edərək uşaqlara məxsus dərs və əlaqə vəsaiti kimi nəzərdə tutulan telefon və planşetlərini götürüblər. Qurbanov Məhkəmədə (23 may, 2024) çıxış edərkən özünün və digər vətəndaş cəmiyyəti nümayəndələrinin həbsinin heç bir qanuna, ədalətə, insan hüquqlarına əsaslanmadığını, qondarma ittihamlarla həbs edildiklərini və bu cəzalandırma metodunda ittiham edilənlərin şəxsi və ailə həyatına hörmət edilmədiyini dilə gətirərək Azərbaycanın Stalin və NKVD üsulu ilə idarə edildiyini demişdi. Bundan sonra ailəsi ilə telefon danışıqlarına icazə verilməyib və saxlanıldığı təcridxanaya yüksəkrütbəli məmur gələrək onu çıxışlarına davam etməməsi ilə bağlı işgəncə ilə hədələyib
İstinadlar
redaktə- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-08-17.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
- ↑ "Azərbaycan MSK-nın Ümid Partiyası tərəfindən təyin edilmiş üzvü Akif Qurbanov da Milli Məclisə seçkilərlə əlaqədar yekun protokolu imzalayıb". Apa.az (az.). İstifadə tarixi: 2024-08-17.
- ↑ AzadlıqRadiosu. "MSK üzvü seçkinin nəticələrini tanımadı". Azadlıq Radiosu (az.). 2015-11-18. 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
- ↑ TV, Meydan. "Demokratik Təşəbbüslər İnstitutu bələdiyyə seçkilərini müşahidə edəcək". MEYDAN.TV (az.). 2014-12-22. 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
- ↑ modern.az. "MSK üzvü Akif Qurbanov yeni təşkilata sədr seçildi". modern.az (az.). 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
- ↑ "Demokratik Təşəbbüslər İnstitutu: Parlament seçkilərində seçici fəallığı 25 faiz təşkil edib". turan.az (az.). 2024-08-17. İstifadə tarixi: 2024-08-17.
- ↑ "Azərbaycanın EİTİ-nin tərkibində qalması müzakirə edilir". BBC News Azərbaycanca (az.). 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
- ↑ Arqument. ""Azay Quliyev ictimaiyyəti aldadır" - Akif Qurbanov". arqument.az (ingilis). 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
- ↑ IRFS. "Members of Extractive Industries Transparency Initiative Coalition Discuss CSOs Issues – IRFS" (ingilis). 2016-11-17. İstifadə tarixi: 2024-08-17.
- ↑ "STP niyə yaradıldı?-VİDEO". 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-03.
- ↑ "Bir qrup ictimai-siyasi fəal "III Respublika Platforması"nı təsis edib". 3republic.org (az.). 2024-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
- ↑ "Akif Qurbanova cinayət işi açıldı — Yenilənib". Qafqazinfo (az.). 2024-03-06. İstifadə tarixi: 2024-08-17.
- ↑ "Ruslan İzzətli və Ələsgər Məmmədlinin saxlanıldığı bildirilir". Voice of America (az.). 2024-03-08. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.
- ↑ "Azərbaycanda siyasi məhbusların yeni siyahısına 288 nəfərin adı daxil edilib". Voice of America (az.). 2024-03-18. 2024-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-17.