Afroamerikalilar - Wikipedia
Afroamerikalılar (ing. African American) — ABŞ zənciləri, ABŞ-də etnoirqi birlik, amerikalıların bir hissəsi. zənci irqinə tam və ya qismən aid olan ABŞ vətəndaşları. İfadə ingilis dilinə rəsmi dairələrdə zənci sözünün işlədilməsinin (isp. Negro) qeyri-korrekt olması barəsində fikir möhkəmləndikdən sonra daxil olub. Həmçinin neytral söz olan "qaralar" (Black people) ifadəsi də geniş yayılıb.[1]
Afroamerikalılar | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəAfroamerikalı ya da Qara Amerikalı, mənşəyi Afrikadakı hər hansı bir zənci əhaliyə söykənən Amerika Birləşmiş Ştatları vətəndaşları ya da sakinləridir. Termin, Birləşmiş Ştatlarda soyu ümumiyyətlə (heç olmasa qismi olaraq) Səhraaltı Afrikaya söykənən Amerikalılar üçün istifadə edilir. Afroamerikalıların çoxu Şimali Amerikaya gətirilmiş qaradərili qulların nəslindəndir. Lakin bəziləri, Afrikalı, Karibli, Orta Amerikalı ya da Cənubi Amerikalı xalqlardan könüllü olaraq köç etmişlər ya da kökləri bu bölgələrə söykənir. Afroamerikalılar Amerika Birləşmiş Ştatlarındakı etnik azlıqların ən böyük hissəsini təşkil edir.1964-cü ildə Con Kennedi Mədəni Hüquqlar haqqında Qanun hazırlamışdır, ancaq bu qanunu imzalaya bilməmişdir, çünki sui-qəsdə məruz qalmışdır. Bu qanunu Lindon Conson 1964-cü ildə imzalamışdır. Qanunun şərtlərinə görə Afroamerikalılar (Qaradərililər) ilə ağdərililər arasında heç bir politik (siyasi) , ekonomik (iqtisadi) və hüquqi fərq qoyulmayacaqdır.[2]
Amerika zənciləri
redaktəSayı 36,4 mln.-dur (2000). İngilis dilinin Amerika variantında və cənub zəncilərinin dialektində (Black English) danışırlar. Dindarlarının əksəriyyəti xristiandır, müsəlmanlar və iudaistlər də var.[mənbə göstərin]
17,19-cu əsrlərdə Şimali Amerikaya gətirilmiş afrikalı qulların nəsilləridir. Müstəmləkəçilik dövründə əvvəl mədəni, sonra isə ictimai assimilyasiya prosesi başlamışdır. Qadağalara baxmayaraq zəncilərin ağ amerikalılar və hindilərlə nikahları nəticəsində artıq 19-cu əsrin ortalarında azad zəncilərin 1/3-i, qulların isə 10 %-i mulat idi. 20-ci əsrin 30-cu illərində mulatlar amerikalıların 75%-ni təşkil edirdilər. Vətəndaş müharibəsindən (1861–1865) sonra quldarlığın ləğvi ABŞ-də əhali arasındakı bərabərsizliyə rəsmən son qoydu. Lakin 1890–1910 illərdə Amerikanın cənub ştatlarında qəbul olunmuş konstitusiyalar irqi ayrı-seçkiliyi qanuniləşdirdi. Birinci dünya müharibəsi (1914–1918) illərində Amerikanın şəhərlərə, cənubdan (Afroamerikalıların 90% burada yaşayırdı) şimala və qərbə köçməsi sürətləndi. Nəticədə Afroamerikalılar ölkənin ən çox urbanizasiyaya məruz qalmış etnoirqi birliyinə çevrildilər. 20-ci əsrin 60-cı illərində Afroamerikalılar irqi ayrı-seçkiliyi qadağan edən bir sıra qanunun qəbuluna nail oldular. Folklorda və musiqi mədəniyyətində Afrika ənənələrinin təsiri qalmaqdadır.[mənbə göstərin]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "The Black Population: 2010" (PDF). Census. 2021-01-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 aprel 2020.
- ↑ "Lewis Mumford Center Census 2000 Metropolitan Racial and Ethnic Change Series". web.archive.org. 12 oktyabr 2007. Archived from the original on 2007-10-12. İstifadə tarixi: 11 aprel 2020.
Xarici keçidlər
redaktə ABŞ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |