Aeromobil - Wikipedia
Aeromobil — 1990-cı ildə Stefan Klein tərəfindən hazırlanmış və o vaxtdan bəri davamlı inkişafda olan Slovakiya uçan avtomobil layihəsi. Rəsmi internet saytından verilən məlumata görə, avtomobil 2023-cü ilin əvvəlində satışa çıxmalıdır.
Aeromobil | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəİlk avtomobil layihəsi 1990-cı ildə hazırlanır (çexoslovakiyada) və Aeromobil 1.0 adlandırılır.[1] Yalnız 2014-cü ilə qədər ilk uça bilən model hazırlanır, o, həmin ilin oktyabrında ilk uçuşunu edən Aeromobil 3.0 idi.[2][3] Layihəçilərin fikrincə, onlar fəlakət zamanı avtomobildə ballistik paraşüt hazırlamaq istəyirlər.[4]
Layihənin qurucuları Stefan Klein və Yuray Vasulikdir. İnkişaf Bratislavada həyata keçirilir. Şirkətin rəsmi adı Aeromobil s.r.o-dur.
20 aprel 2017-ci il tarixində Monakonun Monte-Karlo şəhərində dizayn baxımından tamamilə fərqli yeni prototip – istehsal modelinə çevrilməli olan Aeromobil 4.0 təqdim olunur. Şirkət 500 avtomobildən ibarət ilk seriya üçün ilkin sifarişlərin başladığını elan edir.
Əvvəlcə avtomobilin buraxılışı 2018-ci ilə planlaşdırılır, lakin sonra o, əvvəlcə 2020-ci ilə, sonra isə 2023-cü ilə təxirə salınır.[5][6][7]
2022-ci ildə ikinci model rəsmi internet saytında peyda olur – dördyerlik olan AM Next (birincisi "AM 4.0" adı ilə verilmişdir). Planlaşdırılan istehsala başlama tarixi 2027-ci ildir. Model yalnız hava taksisi kimi istifadə olunacaq.[8]
8 may 2015-ci il hadisəsi
redaktə8 may 2015-ci ildə AeroMobil 3.0 prototipi sınaq uçuşu zamanı Nitra hava limanında qəzaya uğrayır. Avtomobil fırlanır və ballistik paraşüt işə düşür. Stefan Klein avtomobil idarə edir. Qəza sonrası bel ağrısı şikayəti ilə təcili yardımla xəstəxanaya aparılır, lakin həmin gün evə buraxılır[9]. Aeromobil ön hissədən zərbə alır. Şirkət layihənin inkişafının davam edəcəyini bildirir[10][11][12][13][14]. 2015-ci ilin iyun ayında şirkət yeni prototipin hazırlandığını açıqlayır.
İstinadlar
redaktə- ↑ "About". AeroMobil. 2 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2015.
- ↑ Francis, Govers III. "Aeromobil flying car prototype gets off the ground for the first time". Gizmag. 17 October 2013. 2015-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2015.
- ↑ Thisdell, Dan. "To fly or drive – why choose?". Flightglobal. Reed Business Information. 31 October 2014. 2014-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2015.
- ↑ Grady, Mary. "Next For Aeromobil: Self-Flying Cars". avweb.com. 16 March 2015. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2015.
- ↑ "This $1.2 million dollar flying car will transition from road to air in 3 minutes". 2021-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
- ↑ Mack, Eric. "Finally! A Flying Car Could Go On Sale By 2017". Forbes. 16 March 2015. 2021-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2015.
- ↑ AFP. "Slovak makers of flying car press on after crash". yahoo.com. 5 June 2015. 2015-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2015.
- ↑ "AM 4-seater". AeroMobil. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2015.
- ↑ Jasom Dotnet. "Aeromobil 3.0 flying car crash landed, test pilot survived and walked away". Jasom.net (ingilis). 2015-05-09. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-21.
- ↑ "Lietajúce auto havarovalo pri nitrianskom letisku, šoféra zachránil padák". dennikn.sk. 8 May 2015. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2015.
- ↑ Bergqvist, Pia. "Test Pilot Survives Flying Car Crash". Flying. 12 May 2015. 2015-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2015.
- ↑ "Aeromobil Flying Car Crashed, Pilot OK". AVweb. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.
- ↑ Hojčušová, Miriam. "V Nitre padol aeromobil aj s jeho vynálezcom". nitra.sme.sk. 8 May 2015. 2015-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2015.
- ↑ "Bei Testflug: Flugauto Aeromobil in der Slowakei abgestürzt - Golem.de". golem.de. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.