Acaristan Naxcivan Munasibetleri - Wikipedia
Acarıstan–Naxçıvan münasibətləri — Gürcüstan Respublikasının Acarıstan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Gürcüstan münasibətlərinin tərkib hissəsidir.
Acarıstan–Naxçıvan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Tarixi
redaktəNaxçıvan Muxtar Respublikası ilə Gürcüstan Respublikası və onun Acarıstan Muxtar Respublikası arasında tarixən müxtəlif əlaqələr, xüsusən də ticarət, təhsil və mədəniyyət əlaqələri mövcud olmuşdur[1].
XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış "Pələng dərisi geymiş pəhləvan" əsərində mədəniyyət və ticarət mərkəzi kimi Naxçıvandakı Gilan şəhərini göstərilmişdir[1].
Naxçıvan xanlığı dövrü
redaktəAcarıstanla Naxçıvan arasında mövcud olmuş siyasi-mədəni əlaqələr XVIII əsrin ortalarında daha da inkişaf etməyə başlamışdır[1].
Tarixi mənbələrdə qeyd olunur ki, Naxçıvan xanlığının yaradıcısı olan Heydərqulu xan Kəngərli Gürcüstanın Kartli-Kaxetiya çarlığı ilə hərbi münasibətlər qurmuşdur[1].
Çar Rusiyası dövründə
redaktəTarixçi alim, tədqiqatçı Musa Quliyev qeyd edir ki, 1916-cı ilə aid sənədlərdə naxçıvanlı yazıçı Əli Səbri Qasımovun Batumidə müsəlman-qaçqın cəmiyyətinin üzvü kimi çox fəal iştirakı öz əksini tapmışdır. Hətta yazıçı öz xatirələrində yazır ki, "Batumidən Trabzona qədər ərazidə yaratdığımız xeyriyyə cəmiyyətinin fondundan müsəlman qaçqınlarına müxtəlif yardımlar göstərirdik." Naxçıvanlı digər bir şair – Ələkbər Qərib də bu cəmiyyətdə təmsil olunmuşdur[1].
Araşdırmalardan məlum olur ki, həmin illərdə naxçıvanlı polkovnik İbrahim bəy Qədimov Ərdəhan və Batumidə hərbi fəaliyyət göstərmiş, zorakılığa məruz qalan dinc müsəlmanların mənafeyini qorumuşdur[1].
Eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəllərində naxçıvanlı milyonçu Mirzə Heydər Nəsirbəyovun Batumi ilə yaxından ticarət əlaqələri olmuşdur[1].
Həmin vaxt Acarıstanın pambığa olan tələbatının bir hissəsi Naxçıvan pambığı ilə ödənilmiş, bu və digər Naxçıvan məhsulları Batumidən Trabzona aparılmaqla Avropa bazarlarında da satılmışdır[1]. Zaqafqaziya statistik məlumatlar toplusuna əsasən, 1909-1913-cü illərdə Batumi gömrükxanası vasitəsilə Naxçıvandan xaricə 359804 pud əmtəə ixrac edilmişdir[1].
Tarixi oxşarlıqlar
redaktəAcarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikasının tarixində bir sıra oxşar məqamlar da vardır[1]. Belə ki, hər iki muxtar respublikanın yerləşdiyi ərazi coğrafi baxımdan strateji cəhətdən əlverişli məkan olduğundan müxtəlif imperiyaların mübarizə meydanı olmuş, lakin yerli əhalinin qəhrəmanlığı və mübarizliyi sayəsində yerli idarəçilik qorunub saxlanılmışdır[1].
İki muxtar respublikanın tarixində ən böyük oxşarlıq isə 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələridir[1]. Belə ki, Gürcüstanın tərkibində Acarıstan Muxtar Respublikası da 1921-ci il martın 16-da Moskvada imzalanmış Türkiyə-Rusiya müqaviləsinin və həmin il oktyabrın 13-də Türkiyə və üç Cənubi Qafqaz respublikası – Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanmış Qars müqaviləsinin müddəalarına əsasən yaradılmışdır[1].
Sovet dövrü
redaktəHər iki muxtar dövlət SSRİ-nin tərkibində muxtar respublika olmuşlar.
Müasir dövr
redaktəİki ölkə arasındakı əməkdaşlığa uyğun olaraq 2012-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında hərtərəfli əməkdaşlıq əlaqələri qurulmuşdur[2]. Belə ki, 2012-ci ilin yanvar və iyun aylarında hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri olmuş, "Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum" imzalanmışdır[3]. 2012-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Gürcüstanın Acarıstan Muxtar Respublikasına 3 günlük işgüzar səfəri ikitərəfli əlaqələrin inkişafının başlanğıcı olmuşdur[1].
Tərəfin səyləri nəticəsində Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında ticarət-iqtisadi, təhsil, səhiyyə, nəqliyyat[4] və digər sahələrdə əməkdaşlıq mövcuddur. Misal üçün, Naxçıvan Dövlət Universiteti ilə Batumi Dövlət Universiteti arasında əməkdaşlıq, acarıstanlı uşaqların müalicə üçün Naxçıvana - Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunması və s.[2]. Qeyd edək ki, Batumi Dövlət Universitetində "Acarıstan-Naxçıvan Muxtar Respublikası" dostluq auditoriyası fəaliyyət göstərir[2].
Nəqliyyat sahəsində birbaşa Naxçıvan-Batumi avtobus marşrutu açılmışdır[4].
Qarşılıqlı səfərlər
redaktəAcarıstandakı görüşlər
redaktəNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 28 iyul 2014-cü ildə Gürcüstanın Acarıstan Muxtar Respublikasında işgüzar səfərdə olmuş və həmin gün Batumidə Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze ilə, 29 iyulda isə Acarıstan Ali Sovetinin Sədri Avtandil Beridze ilə görüşmüşdür[3].
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 5 may 2017-ci ildə Gürcüstanın Acarıstan Muxtar Respublikasında səfərdə olmuş və Batumidə Acarıstan Muxtar Respublikası Hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşmüşdür[2].
Naxçıvandakı görüşlər
redaktə11 iyun 2016-cı ildə Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərdə olmuşdur. Səfər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadzenin iştirakı ilə nümayəndə heyətləri arasında görüş keçirilmişdir[5].
Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradzenin rəhbərlik etdiyi nümayəndə heyəti 1 fevral 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş və Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ilə görüşmüşdür[4].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Elnur Kəlbizadə. Qardaşlaşan muxtariyyətlər: Naxçıvan və Acarıstan[ölü keçid]. serqqapisi.az, 01.03.2013 (az.)
- ↑ 1 2 3 4 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Acarıstan Muxtar Respublikasında səfərdə olub Arxivləşdirilib 2017-08-10 at the Wayback Machine. serqqapisi.az, 09.05.2017 (az.)
- ↑ 1 2 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Acarıstan Muxtar Respublikasında işgüzar səfərdə olmuşdur[ölü keçid]. serqqapisi.az, 31.07.2014 (az.)
- ↑ 1 2 3 Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir Arxivləşdirilib 2017-10-02 at the Wayback Machine. serqqapisi.az, 01.02.2017 (az.)
- ↑ Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir Arxivləşdirilib 2016-06-19 at the Wayback Machine. serqqapisi.az, 11.06.2016 (az.)