Abinsk Rayonu - Wikipedia
Abinsk rayonu (rus. Абинский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Abinsk şəhəridir.
Abinsk rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
44°51′48″ şm. e. 38°10′16″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Abinsk[1] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 2 iyun 1924 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 48 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəRayonun ərazisi 1624 km²-dir. Cənubda Gelencik şəhər dairəsi ilə həmsərhəddir, sərhəd Baş Qafqaz silsiləsi boyunca keçir. Şimalda Kuban çayı boyunca Krasnoarmeyski rayonu, qərbdə Krımski rayonu ilə, şərqdə Severnı rayonu ilə həmsərhəddir.
Coğrafiyası
redaktəAbinsk rayonu 2 iyun 1924-cü ildə Cənub-Şərq diyarının Kuban dairəsinin bir hissəsi olaraq qurulur. Buraya Kuban-Qara dəniz vilayətinin Taman şöbəsinin ləğv edilmiş Abinsk, Minqrel və Xolmsk volostlarının əraziləri daxil idi. Əvvəlcə rayon 8 kənd şurasından ibarət idi: Abinsk, Aktirski, Barnavinsk, Merçansk, Minqrelsk, Xolmsk, Şapsuqsk və Erivansk.
16 noyabr 1924-cü ildən Şimali Qafqaz diyarının bir hissəsi olur.
10 mart 1932-ci ildə Abinsk rayonu ləğv edilir və bütün ərazisi Krımsk rayonuna birləşdirilir[3].
31 dekabr 1934-cü ildə Azov-Qara dəniz diyarının, 13 sentyabr 1937-ci ildən isə Krasnodar diyarının bir hissəsi olaraq rayon bərpa edilir.
1 fevral 1963-cü ildə Abinsk rayonunun bütün kənd sovetlikləri Krımsk rayonuna verilir. Abinsk, Krımsk və Severnı rayonlarının kənd məclisləri arasından Abinsk sənaye rayonu qurulur.
12 yanvar 1965-ci ildə Abinsk Sənaye rayonu ləğv edilir və Abinsk rayonu əvvəlki sərhədlərinə bərpa edilir.
1 yanvar 2006-cı ildən etibarən Krasnodar diyarının 5 may 2004-cü il tarixli 700-KZ[4] qanununa əsasən, Abinsk rayonu 8 bələdiyyədən: 2 şəhər və 6 kənd yaşayış məntəqəsindən ibarət bələdiyyədən ibarət olur.
Əhalisi
redaktə- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
xalq | say, nəf. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|
ruslar | 81 470 | 88,64 % |
ermənilər | 2733 | 2,97 % |
ukraynalılar | 1552 | 1,69 % |
digərləri | 4059 | 4,42 % |
milliyyətini bildirməyənlər | 2095 | 2,28 % |
ümumi | 91 909 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 7319 | 6863 | 14 182 | 15,43 % |
15 — 59 yaş | 28 197 | 29 128 | 57 325 | 62,37 % |
60 yaşdan yuxarı | 7473 | 12 929 | 20 402 | 22,20 % |
ümumi | 42 989 | 48 920 | 91 909 | 100,0 % |
Kişilər — 42 989 nəf (46,8 %). Qadınlar — 48 920 nəf. (53,2 %).
Əhalinin orta yaşı — 40,9 yaş. Kişilərin orta yaşı — 38,2 yaş. Qadınların orta yaşı — 43,3 yaş.
İnzibati-ətazi vahidləri
redaktəYanaul rayonunda 2 şəhər və 6 kənd inzibati ərazi vahidliyinə 35 yaşayış məntəqəsi daxildir.
Nəqliyyat
redaktəMagistral yol və Krasnodar-Novorossiysk dəmir yolu xətti rayonu şərqdən qərbə keçir.
İqtisadiyyat
redaktəRayonda əhmiyyətli miqdarda qum, çınqıl, qumdaşı, əhəng daşı, neft və qaz hasil olunur.
İstinadlar
redaktə- ↑ 1 2 3 ОКТМО. 185/2016. Southern FD.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Всероссийский Центральный исполнительный комитет. Постановление от 10 марта 1932 года «Об изменениях в Административно-территориальном делении Северо-Кавказского края»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.
- ↑ "Закон Краснодарского края от 5 мая 2004 года № 700-КЗ Об установлении границ муниципального образования Абинский район, наделении его статусом муниципального района, образовании в его составе муниципальных образований — городских и сельских поселений, и установлении их границ". 2018-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.
- ↑ "Национальный состав и владение языками, гражданство населения Краснодарского края" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-08-19.
- ↑ "Население по возрастным группам и полу по Краснодарскому краю" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-12.