Abbasqulu Sultanhuseynbeyov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Abbasqulu Hacı Molla Əlinağı bəy oğlu Sultanhüseynbəyov (Ordubad, Naxçıvan qəzası – 24 iyul 1910, İrəvan) — İrəvan quberniya ruhani məclisinin rəisi, qazı.
Abbasqulu Sultanhüseynbəyov | |
---|---|
İrəvan müsəlmanlarının II rəisi | |
1874 – 1892 | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Ordubad |
Vəfat tarixi | |
Vəfat yeri | İrəvan |
|
|
Təltifləri |
Həyatı
redaktəAbbasqulu bəy Hacı Molla Əlinağı bəy oğlu Sultanhüseynbəyov Ordubad şəhərində anadan olmuşdu. İbtidai təhsilini əvvəlcə atası Hacı Molla Əlinağı bəy Sultanhüseynbəyovdan, sonra dini mədrəsədə almışdı. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi.
Abbasqulu bəy Sultanhüseynbəyov ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdı.
Abbasqulu bəy Sultanhüseynbəyov Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı.31 yanvar 1863-cü ildə İrəvan Quberniya Ruhani Məclisinın göndərişi ilə Ordubad şəhər məscidi axundu kimi dini fəaliyyət göstərmişdi.
Abbasqulu bəy Sultanhüseynbəyov sonra Ordubad qəza qazısı təyin olunmuşdu. 1872-ci ildə İrəvan Quberniya Ruhani Məclisinın üzvülüyünə seçilmişdi.
Abbasqulu bəy Sultanhüseynbəyov uzun müddət İrəvan quberniya ruhani məclisinin rəisi olmuşdu.
Abbasqulu bəy Sultanhüseynbəyov öz dərin bilikləri və elmi təcrübəsilə uzun illər boyu yorulmaq bilmədən din və fəlsəfəyə qarşı yönəlmiş hücumlara sinə gərmiş, ideoloji opponentləri ilə elmi mübahisələr təşkil etmiş, İslam mədəni bölgəsi fəlsəfi irsinə, mənəvi dəyərlərinə, zəngin mədəniyyətinə qarşı ideoloji mübarizə aparan erməni emissarlarla elmi mübarizə apararaq mənəvi dəyərlərimizin keşiyində dayanmışdı. İslam mədəni bölgəsi fəlsəfəsi ilə yanaşı, Qərb fəlsəfəsinə də dərindən bələd olması onun bu diskussiyalarda uğur qazanmasında xüsusi rol oynamışdı. Əql və məntiq əsasında aparılan bu misilsiz fəaliyyətlər əcnəbi təsirinə qapılmış bir çox alim və ziyalıların doğru yola yönəlməsində müstəsna rol oynamış, həqiqət axtarışında olanları elmi və dini həqiqətlərlə yaxından tanış etmişdi.
Abbasqulu bəy Sultanhüseynbəyov 1907-1910-cu ildə bütün Qafqazın şeyxi olub.
Abbasqulu bəy Sultanhüseynbəyov 24 iyul, 1910-cu ildə İrəvan şəhərində vəfat edib.
Mükafatları
redaktəAbbasqulu bəy Sultanhüseynbəyov rus dövləti tərəfindən gümüş medalla, Qacarlar dövləti tərəfindən isə 3-cü dərəcəli "Şire-Xurşid" ordeni ilə təltif olunmuşdu. Müzəffərəddin şah Qacar şəxsən onu briliyant qaşlı üzüklə mükafatlandırmışdı. Bu barədə "Qafqaz" qəzeti 1900-cü il 296-cı nömrəsində məqalə verilmişdi.
Ailəsi
redaktəAbbasqulu bəy Məhbubə xanım Əli bəy qızı Sultanhüseynbəyova ilə ailə qurmuşdu. Ondan boşanmış, Zinyət xanım Vəli bəy qızı Ayrımla, Güllü xanım Hacı Cəfər bəy qızı ilə evlənmişdi. Mehdi bəy, Əlinağı bəy, Hüseyn bəy, Əsədulla bəy, Yusif bəy, Həsən bəy adlı oğlanları vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, İrəvan Quberniya Ruhani Məclisi və məşhur din xadimləri, "Soy" еlmi-kütləvi dərgi, 2011, №3, səh.23-32.