Abs Bayragi - Wikipedia
ABŞ bayrağı (ing. Flag of the USA) və ya Amerika bayrağı (ing. American Flag) — Amerika Birləşmiş Ştatlarının dövlət bayrağı. Növbələşən qırmızı (yuxarıda və aşağıda) və ağ on üç bərabər üfüqi zolaqdan, kantondakı göy dördbucaqlıda (xüsusilə "birliyi" bildirmək məqsədi ilə) hər sırada altı ulduzun (yuxarıda və aşağıda) beş ulduzla növbələşdiyi doqquz üfüqi sırada düzülmüş əlli ağ və kiçik beşguşəli ulduzdan ibarətdir. Bayraqdakı 50 ulduz ABŞ-nin 50 əyalətini və 13 zolaq Böyük Britaniya Krallığından müstəqilliyini elan edən və ilk ABŞ ştatı olan on üç Britaniya koloniyasını təmsil edir.[1] Bayrağın digər ləqəblərinə Ulduzlar və Zolaqlar (ing. The Stars and Stripes),[2] Köhnə Şərəf (ing. Old Glory)[3] və Ulduzlarla Bəzədilmiş Bayraq (ing. The Star-Spangled Banner) aiddir.
ABŞ bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadəsi | Milli bayraq və dəniz bayrağı |
Ləqəb | Amerika bayrağı (ing. The American flag) |
Proporsiya | 10:19 |
Dizayn | Növbələşən qırmızı və ağ 13 üfüqi zolaq; kantonda göy fonda hər üfüqi sırada beş və altı ədəd olmaqla 50 ağ ulduz |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəABŞ bayrağının hazırkı dizaynı 27-cidir, bayrağın dizaynı 1777-ci ildən bəri rəsmi olaraq 26 dəfə dəyişdirilib. 4 iyul 1959-cu ildə 49 ulduzlu bayraq rəsmiləşənə qədər 48 ulduzlu bayraq 47 il qüvvədə olmuşdur. 50 ulduzlu bayraq 21 avqust 1959-cu ildə prezident Eyzenhaver tərəfindən sifariş edilmiş və 1960-cı ildə qəbul edilmişdir. Bu, ABŞ bayrağının ən çox istifadə edilən versiyasıdır və 64 ildən çox müddətdir istifadə olunur.[4]
İlk bayraq
redaktə-
Kontinental rənglər
(həmçinin "Böyük İttifaq bayrağı") -
Ost-Hind şirkəti bayrağı (1707–1801)
Kontinental Konqres 1776-cı ilin iyulunda istiqlal bəyannaməsindən bir il sonra "göy sahədə olan ağ ulduzlar" bayrağını rəsmi şəkildə qəbul etdi. Həmçinin "Kontinental Rənglər" kimi də tanın bu bayraq tarixən ilk milli bayraq olaraq qəbul edilir.[5]
Kontinental Hərbi Dəniz Qüvvələri Rəngləri ABŞ İstiqlal müharibəsində pərvazlanan xalqın dəniz bayrağı kimi qaldırdı; ehtimal ki, əvvəlki qırmızı Britaniya dəniz bayrağına ağ zolaqlar əlavə etmiş və özündən sonrakı de-yure dizaynların əsasını təşkil etdiyi 1777-ci ilə qədər istifadə etmişdilər.[5][6]
İlk dəfə "Böyük İttifaq" adı Corc Prebl tərəfindən özünün 1872-ci ildə nəşr olunan ABŞ bayrağının tarixi (ing. History of the American Flag) əsərində Kontinental Rənglərə tətbiq edilmişdir.[6]
Bayraq dövrün Britaniyanın Ost-İndia Kompani bayrağına çox bənzəyir və Ser Çarlz Fosett 1937-ci ildə şirkətin bayrağının dizaynına ilham verdiyini qəbul etdi.[7] Hər iki bayraq vaxtilə Britaniya İmperiyası tərəfindən istifadə edilən üç dəniz bayrağından biri olan qırmızı Britaniya dəniz bayrağına ağ zolaqlar əlavə edərək asanlıqla inşa edilə bilərdi. Baxmayaraq ki, Ost-İndia Kompani bayrağı doqquzdan on üçə qədər zolağa malik ola bilərdi və yalnız Hind okeanından kənarda istifadə edilməsinə icazə verilmirdi.[8]
Hər halda, zolaqlar (barri) və ulduzların (mullet) hər ikisi klassik heraldika nümunələridir. Erkən müasir heraldikada mulletlər nadir idi, lakin ABŞ bayrağından əvvəl ərazi bölgüsünü göstərən mulletlər yeddi rayonu təmsil edən yeddi mulletə malik 1618-ci ildə Vale gerbində var idi.
1777-ci il bayraq qətnaməsi
redaktəİlk ulduzların və zolaqların dizayneri
redaktəSonrakı bayraq aktları
redaktə"Çiçək Bayrağı" Asiyaya gəldi
redaktəDizaynların tarixi inkişafı
redaktəBayrağın gələcəyi
redaktəSimvolizm
redaktəDizayn
redaktəYaranması
redaktəXüsusiyyətləri
redaktəRəngləri
redaktə31 və 52 ulduzlu ittifaq
redaktəDekorasiya
redaktəBayraq etiketi
redaktəNəqliyyat vasitələrində nümayişi
redaktəUniformalarda nümayişi
redaktəPoçt markaları
redaktəMuzeylərdə nümayişi
redaktəDaimi nümayiş yerləri
redaktə- Ağ Ev
- Kapitoli
- Leksinqton
- Baltimor
- Dəniz Piyadasına Hərbi Abidə
- Corc Vaşinqtona Abidə
- Naşvill Milli Qəbiristanı
- Cənub Qütbü
- Ay
Nümayiş üçün xüsusi günlər
redaktəYarıyadək endirilmiş halda nümayişi
redaktəBayraq aşağı hallarda yarıyadək endirilir:
- 15 may
- Xatirə Günü (günorta qədər)
- Vətənpərvərlər Günü
- Oktyabrın birinci bazar günü
- 7 dekabr
- Prezidentin vəfatı ilə əlaqədar — 30 gün ərzində
- Prezident müavini, Ali Məhkəmənin hakimi və ya Nümayəndələr Palatasının spikeri vəfatı ilə əlaqədar — 10 gün ərzində
- Konqresmenlərin, məhəlli deleqatların yaxud Puerto-Rikonun Daimi Nümayəndəsinin vəfatından bir gün sonra
Saxlama üçün qatlanması
redaktəDəfnlərdə istifadəsi
redaktəƏlaqəli bayraqlar
redaktəƏlaqəli bayraqlar qalareyası
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ John Warner. "Senate Concurrent Resolution 61" (PDF). U.S Government Printing Office. 1998. 2014-01-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 aprel 2014.
- ↑ "History of the American Flag". www.infoplease.com. 2017-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2015.
- ↑ "USFlag.org: A website dedicated to the Flag of the United States of America - "OLD GLORY!"". www.usflag.org. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2015.
- ↑ Duane Streufert. "A website dedicated to the Flag of the United States of America – The 50 Star Flag". USFlag.org. 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2013.
- ↑ 1 2 Leepson, Marc. Flag: An American Biography. 2004.
- ↑ 1 2 Ansoff, Peter. "The Flag on Prospect Hill" (PDF). Raven: A Journal of Vexillology. 13. 2006: 91–98. 2015-02-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-05.
- ↑ The Striped Flag of the East India Company, and its Connexion with the American "Stars and Stripes" Flags of the World saytında
- ↑ East India Company (United Kingdom) Flags of the World saytında