Asiyan Muzeyi - Wikipedia
Aşiyan muzeyi (türk. Aşiyan Müzesi) — İstanbulun Beşiktaş mahalının Aşiyan məhəlləsində məşhur türk şairi Tofiq Fikrətin (1867–1915) evidir. 1906-cı ildə tikilib, daha sonra 1945-ci ildə muzeyə çevrilib. Muzey İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsusdur[2].
Aşiyan muzeyi | |
---|---|
Aşiyan Müzesi | |
Əsası qoyulub | 1945 |
Ölkə | |
Yerləşir | Beşiktaş |
41°04′57″ şm. e. 29°03′12″ ş. u.HGYO | |
asiyanmuzesi.com/index.p… | |
Vikianbarda əlaqəli mediafayllar |
Tikilmə tarixi
redaktəTofiq Fikrət 1906-cı ildən 1915-ci ildə vəfat edənə qədər bu evdə yaşayıb. Bina 1940-cı ildə İstanbul valisi və bələdiyyə başqanı Lütfi Kırdarın təşəbbüsü ilə T. Fikrətin həyat yoldaşı Nazimədən bələdiyyə tərəfindən alınıb və Yeni Ədəbiyyat Muzeyi (Osmanlı türkcəsində: Edebiyat-ı Cedide Müzesi)adlı muzeyə çevrilib və 1945-ci ildə açıldı. 1961-ci ildə Eyüp qəbiristanlığında dəfn edilən Tofiq Fikrətin qalıqları Boğaza panoraması ilə çox bəyəndiyi evinin həyətinə aparıldıqdan sonra muzeyin adı dəyişdirilərək Aşiyan Muzeyi adlandırıldı. Evin memarlıq layihəsini Tofiq Fikrət özü hazırlayıb və evinə fars dilindən tərcümədə "yuva" mənasını verən "Aşiyan" adını verib. Ev bağın içində üç mərtəbəli taxta tikilidir.
Muzeyin strukturu
redaktəBirinci mərtəbə inzibati ofislərdən ibarətdir. Birinci mərtəbə "Yeni Ədəbiyyat Hərəkatı"nın şairləri Əbdülhak Hamid Tarhan (1851–1937) və qadın şair Nigar Xanım (1856–1918) üçün ayrılıb. İki ayrı otaqda hər iki şairin rəsmləri, fotoşəkilləri, kitabları və şəxsi əşyaları nümayiş etdirilir. İkinci mərtəbədə Tofiq Fikrətin iş və yataq otağı yerləşir. Burada onun şəxsi əşyaları, yazı masası, kreslosu, çəkdiyi rəsmlər sərgilənir. Yataq otağında onun ölüm maskası da nümayiş etdirilir. Bu mərtəbədəki divarda Tofiq Fikrətin "Sis" (Duman) şeirindən ilhamlanaraq yaratdığı o zamanlar Osmanlı Şahzadəsi Əbdülməcid (1868–1944) bir tablosu asılıb[3].
İş vaxtı
redaktəMuzey bazar ertəsi işləmir. Ziyarət saatları 9:00–16:00 arasındadır. Giriş pulsuzdur.
İstinadlar
redaktə- ↑ 1 2 GeoNames (ing.). 2005.
- ↑ "Aşiyan Müzesi". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-14.
- ↑ "Aşiyan Müzesi restore edildi". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-14.