Agkend Sisyan - Wikipedia
Ağkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.[2]
kənd | |
Ağkənd | |
---|---|
39°28′35″ şm. e. 45°59′52″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Sisyan rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.680 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon mərkəzindən 5–6 km cənubda, Bazarçayın sağ qolu, Sisyan çayının sol qolu olan Taxtakörpü çayının aşağı axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində [3] qeyd edilmişdir.
Toponim «kiçik» mənasında işlənən ağ sözü ilə[4] kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 17.IV.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aşotavan qoyulmuşdur.
Əhalisi
redaktəKənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-29- cu illərdə Türkiyənin Xoy və Salmas vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmiş[5] və azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.5
- ↑ Əhmədov T.M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985. s.68
- ↑ Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.295