2312 Roman - Wikipedia
2312 – Kim Stenli Robinson tərəfindən yazılmış və 2012-ci ildə nəşr olunmuş elmi fantastika romanı. Cəmiyyətin bütün Günəş sisteminə yayıldığı 2312-ci ildən bəhs edir. Roman 2013-cü ildə Ən yaxşı roman kateqoriyasında Nebula mükafatını qazanmışdır.[1]
2312 | |
---|---|
ing. 2312 fr. 2312 alm. 2312 isp. 2312 yap. 2312 太陽系動乱 çin. 2312 | |
Müəllif | Kim Stenli Robinson |
Janr | elmi fantastika |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 23 may 2012 |
Rəssam | Kirk Benşoff |
Nəşriyyat | Orbit |
Səhifə | 576 |
Növ | çap və audio-CD |
ISBN | ISBN 978-0-316-09812-0 |
Məzmun
redaktəRomanda hadisələr 2312-ci ildə baş verir. Terminator Merkuri planetində dəmiryolları üzərində hərəkət edən (planetin yaşanıla bilən bölgəsində sabit qalması üçün) müasir kosmik şəhərdir. Rəssam və keçmiş asteroid terrariumu dizayneri Svan Er Hon Terminator şəhərinin tanınmış sakinlərindən, ögey nənəsi Aleksin ölümünün yasını tutur. Dəfn mərasimindən sonra ailə üzvləri və Aleksin yaxın dostları (onların arasında Svanın bəyənmədiyi Titan peykinin sakini Fits Uahram da var) arasında görüş baş tutur. Görüşdən sonra Svan Yupiterin İo peykində yaşayan, ən yaxşı kub və kvant kompüteri dizaynerlərindən biri, Aleksin yaxın dostlarından biri olmuş Vanqı ziyarət etməyə qərar verir. Svan Vanqı İoda ziyarət edərkən qəfildən uğursuzluqla nəticələnən bir hücum baş verir. Qısa müddət sonra isə naməlum şəxs və ya şəxslər tərəfindən Terminator şəhərinin meteorit hücumu təşkil edilir. Nəticədə, Terminator şəhəri hərəkət etməyi dayandırır və Günəşin yandırıcı şüaları altında məhv olur. Svan səyahət etdiyi müddətcə Aleksin ölümü və şəhərinin məhvi haqqında daha çox şey öyrənir. Uahram və Cenette ilə birlikdə Svan Günəş sistemində bənzər hadisələrin arxasınca düşür.
Müfəttiş Cenette nəhayət Terminator şəhərini məhv edən süni meteoritin necə yaradıldığını kəşf edir: əvvəlcə kiçicik parçalar şəklində olan meteorit bunun sayəsində planetin müdafiə sistemi tərəfindən aşkarlanmır, daha sonra atmosferin üstündə birləşir. Hücumun mürəkkəbliyi aktın kvant kompüterləri tərəfindən təşkil olunduğu barədə düşünmələrinə vadar edir.
Hadisələr davam edərkən Svan və Uahram Yerdə məhv olmuş minlərlə canlı növünün bərpası ilə də məşğul olurlar.
Personajlar
redaktə- Svan Er Hon - rəssam və keçmiş asteroid terrariumu dizayneri.
- Fits Uahram - Titan peykindən diplomat.
- Cin Cenette - Aleksin yaxın dostu və müfəttiş.
- Aleks - diplomat və Svanın nənəsi.
- Mqaret - alim və Aleksin partneri.
- Kiran - Yerdə Svanın həyatını xilas edən oğlan.
Elm və texnologiya
redaktəRomandakı qurmaya görə Merkuri, Mars və Venera planetləri, eləcə də, Yupiter və Saturnun bir çox peykləri insanlar tərəfindən məskunlaşılıb. İnsanlar asteroidləri dəlib terrarium halına salırlar: bu terrariumlarda dünyada mövcud olan biom və ya biom kombinasiyaları yaradılır, Yerdə nəsli kəsilmiş heyvan növləri yaşayır. Bəzi terrariumlar heyvan ferması və ya qoruq funksiyası daşıyır. İnsanlar bu asteroidlərə itələyicilər qoşub Günəş sistemi boyunca nəqliyyat vasitəsi kimi istifadə edirlər. Lakin bəzən terraiumlarda proqramlaşdırma səhvi ucbatından işlər tamamlanmır və terraium yarımçıq qalır.
Cəmiyyət insan təkmilləşdirməsi, digər planetlərdə məskunlaşma, terraformasiya kimi texnoloji üstünlərdən istifadə edir. Bir başqa texnologiya isə kublar və ya kvant kompüterləridir. Kublar müəyyən süni intellektə malik olur, istənilən şəxs onları başına implantasiya edib istifadə edə bilər.
Kapitalizmi Mondraqon konsepsiyasına əsaslanan və kvant kompüterləri tərəfindən nəzarət olunan planlaşdırılmış iqtisadiyyat əvəz edib. Lakin Yerdə hələ də bazar iqtisadiyyatının qalıqlarına rast gəlmək mümkündür.
Seks və cinsiyyət
redaktəRomanda cinsiyyət və gender çox dəyişkən və genişdir. Əsas seksual anlayışlara qadınsayağı, kişisayağı, androgik, biseksual, yevnux, aseksual, gey, lezbiyan, homoseksual, kvir, polimorf, poliamorik, iki ruhlu, hicra daxildir.
Bir çox şəxs interseksual xarakteristika nümayiş etdirir: həm penisə, həm vajinaya malikdirlər.
Yazılması
redaktəMerkuri planeti boyunca hərəkət edən Terminator şəhəri ilk dəfə Robinsonun "Bəyazlıq xatirəsi" romanında peyda olmuşdur.[2] Həmçinin "Mars" trilogiyasında və 2015-ci ilin "Aurora" romanında adı çəkilmişdir.
Qəbul
redaktə"2312" romanı müsbət rəylər almışdır.[3][4] Strange Horizons saytı "oxuyucular özləri qərar verməlidir" açıqlamasını vermişdir.[5] Slate Magazine və Guardian romanı dəyərləndirmişdirlər. Slate romanı "möhtəşəm" adlandırsa da, Guardian isə romanın sonluğunu "uydurulmuş" hesab etmişdir.[6][7] "Los Angeles Times" üçün yazan Ceff Vandermir romanı "hərarətli hekayə nəqlini sevən fanatlar üçün hədiyyə" adlandırmışdır.[8]
Roman 2013-cü ildə "Ən yaxşı roman" kateqoriyasında Nebula mükafatını[1] və Artur Klark mükafatını[9] qazanmışdır. Bunlardan əlavə, "Ən yaxşı roman" kateqoriyalarında BEFA (2012)[10] və Hüqo (2013)[11] mükafatlarına, eləcə də, Ceyms Triptri mükafatına[12] və Goodreads Seçim Mükafatına namizəd göstərilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 "2012 Nebula Award Winners Arxivləşdirilib 2017-08-02 at the Wayback Machine," Locus Magazine, 2 mart 2018.
- ↑ Geek's Guide to the Galaxy. "Kim Stanley Robinson Sees Humans Colonizing the Solar System in 2312". Wired. June 13, 2012. August 21, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2018.
- ↑ Kaveney, Roz. "2312, By Kim Stanley Robinson". The Independent. June 12, 2012. February 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2018.
- ↑ Canavan, Gerry. "Struggle Forever". Los Angeles Review of Books. June 14, 2012. August 1, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2018. (#apostrophe_markup)
- ↑ Yanarella, Ernest J. "2312 by Kim Stanley Robinson". Strange Horizons. June 4, 2012. August 29, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2018. (#apostrophe_markup)
- ↑ M John Harrison. "2312 by Kim Stanley Robinson – review". The Guardian. June 14, 2012. February 21, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2018.
- ↑ Sicha, Choire. "What Will Be". Slate. June 1, 2012. December 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2018.
- ↑ VanderMeer, Jeff. "Review: Kim Stanley Robinson's '2312' a masterful, moving vision". Los Angeles Times. 2012-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2018. (#apostrophe_markup)
- ↑ 2013 Shortlist, Serendip, April 4, 2013, January 3, 2014 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2 mart 2018
- ↑ BSFA Shortlist Announced, British Science Fiction Association, January 18, 2013, May 24, 2018 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2 mart 2018
- ↑ Hugo Award Finalists, LoneStarCon, March 31, 2013, February 21, 2012 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2 mart 2018
- ↑ Kiernan and Salaam Win Tiptree Awards, Locus Magazine, March 5, 2013, March 3, 2016 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2 mart 2018