10 Lita - Wikipedia
10 Litva litası (lit. dešimt litų) — Litva milli valyutası əskinası. Əskinas bütün Litva əskinasları kimi (500 litalıq əskinas istisna olmaqla) 135×65 mm ölçüyə malikdir. Əskinasın üzərində "Lituanika"[rus.] təyyarəsi və pilotları Daryus Steponas[rus.] və Stasis Qirenas[rus.] təsvir olunub.[1]
10 lita | |
---|---|
Ölkə | |
Dəyər | 10 Litva litası |
Eni | 135 mm |
Uzunluğu | 65 mm |
Tarixi
redaktəİlk dəfə 1922-ci ildə istifadə edilməyə başlayıb. 1941-ci ildə SSRİ-in Litvanı ilhaq etməsi ilə dövrəyyədən kənarlaşdırıldı və rublla əvəz olundu. 1992-ci ildə yenidən lita dövriyyəyə buraxıldı. Əskinas dörd dəfə müxtəlif seriyalarda dövriyyəyə buraxılmışdır (1993-cü ildə iki dəfə, 1997 və 2001-ci illərdə bir dəfə). 2007-ci ildən bəri on litalıq əskinas ən aşağı nominallı əskinasına çevrildi, çünki bir, iki və beş litalıq əskinaslar istifadədən çıxarıldı.
Dizayn
redaktəƏskinas tünd göy rəng sxeminə malikdir və olçüsü 136 millimetr (5,4 düym) × 65 millimetr (2,5 düym)dir. Bütün Litva əskinaslarında olduğu kimi bu əskinasın da üz tərəfində məşhur şəxslər, arxa tərəfində isə məşhur məkanlar göstərilib. Əskinasın ön tərəfində iki litvalı pilot Steponas Daryus və Stasis Qirenas təsvir edilmişdir. Onlar "Lituanika"[rus.] uçuşu ilə məşhurdurlar. 1933-cü ildə Nyu-yorkdan Kaunasa doğru 6411 kilometrlik uçuş həyata keçiriblər, lakin təyinat məntəqəsindən 650 kilometr aralıda qəzaya uğrayıb və həlak olublar. Əskinasın arxa tərəfində təyyarənin Atlantik okean üzərində uçuşu təsvir olunub. Əskinasın üz tərəfində sol hissədə böyük 10 rəqəmi və Lietuvos banko valdybos pirmininkas (Litva Bankının İdarə Heyətinin sədri) sözləri həkk olunub. Əskinasın digər üzündə sağ yuxarı küncə Litva gerbi təsvir olunmuşdur.[1]
Mühafizə elementləri
redaktəMühafizə elementlərinin siyahısı:[2]
Əskinaslar kəskin bucaq altında işığa tərəf əyildikdə portretlərin sağında 10 LTL yazısı görünür.
Əskinas iti bucaq altında əyildikdə təhlükəsizlik ipində iki dəfə çap olunan 10 rəqəmi də nəzərə çarpır.
2007-ci il buraxılışının yeni 10 litası əskinaslarında mikroperforasiya edilmiş 10 rəqəmi yoxdur.
Əskinas kağızı ultrabənövşəyi şüalar altında floresan etmir(parlamır).
Su nişanı — Litvanın dövlət gerbi — əskinas gur işıq altında olduqda görünür.
Təhlükəsizlik ipi ultrabənöşəyi şüalar altında göy-qurşağı rənglərinə boyanır.
Təyyarənin təsvirində Lituanica və NR 688 E mikromətnləri yer alıb.
Üz tərəfindəki 10 rəqəminin konturları ultrabənövşəyi işıq altında qəhvəyi və sarı rəngə boyanır.
İstinadlar
redaktə- ↑ 1 2 "Info about 10 litų". 2012-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-03.
- ↑ "Security features of 10 litų". 2012-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-03.