Ezize Agahuseynqizi - Wikipedia
Əzizə Ağahüseynqızı (20 aprel 1960, Dünyamalılar, Jdanov rayonu) — şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.[1]
Əzizə Ağahüseynqızı | |
---|---|
Təxəllüsü | Ağahüseynqızı |
Doğum tarixi | 20 aprel 1960 (64 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Şamo |
Uşağı | Turqut |
Təhsili | |
Fəaliyyəti | şair |
Üzvlüyü |
Həyatı
redaktəƏzizə Ağahüseynqızı 1960-cı il apelin 20-də Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Orta təhsilini doğma kənddə bitirmişdir.
1984-cü ildə Politexnik Texnikumunu bitirmişdir. 1984–1989-cu illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsində oxumuşdur.
2005-ci ildə 36 saylı Xətai seçki daairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi verilmişdir.
Hazırda Xətai rayonunda Əhalinin Sosial-Müdafiə Mərkəzində işləyir.
Dövrü mətbuatda 1975-ci ildən çap olunur. "Ulduz", "Azərbaycan", "Ədəbiyyat" qəzetlərində, jurnallarda və almanaxlarda şeirləri dərc olunub. Üç şeir kitabının müəllifidir.
"Dirili Qurbanı", "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Qızıl qələm" media mükafatı laureatıdır.
Əsərləri
redaktə- "Ürəyim qəm adası", Bakı, "Vektor" nəşrlər evi, 2005. səh.122, 500 tiraj.
- "Payız yağışı", Bakı, 2016.
Məqalələri
redaktə- "Əsl vətənpərvər şair", Bütöv Azərbaycan qəzeti, № 46(86), 14 dekabr 2010-cu il.
İstinadlar
redaktə- ↑ "ƏZİZƏ AĞAHÜSEYNQIZI (1960)". 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.