Ellez Veliyev - Wikipedia
Əlləz Nəbi oğlu Vəliyev (13 fevral 1952, Ormeşən, Dmanisi rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, (2020-2021) Prezident təqaüdçüsü.
Əlləz Vəliyev(Ormeşənli) | |
---|---|
Əlləz Nəbi oğlu Vəliyev | |
Doğum tarixi | 13 fevral 1952 (72 yaş) |
Doğum yeri | |
Uşaqları | oğulları: Elçin Vəliyev, Anar Vəliyev, Nizami Vəliyev |
Üzvlüyü |
Həyatı
redaktəƏlləz Ormeşənli 13 fevral 1952-ci ildə Ulu Borçalıda, qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Ormeşən kəndində anadan olub.[1] 1966-ci ildə Ormeşən 8 illik məktəbi, 1968-ci ildə Darvaz orta məktəbini, 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunun meşəçilik fakültəsini bitirib. 1971-1973-cü ildə hərbi xidmətdə olmuş. 1974-1975-ci ildə Qomareti meşəçiliyində sahə rəisinin köməkçisi, sonralar isə uzun müddət Ormeşən meşəçiliyində müxtəlif vəzifələrdə işləmiş.[1]
Fəaliyyəti
redaktəİşlədiyi müddətdə doğma elinə, təbiətə, o yerlərin insanlarına daha çox bağlanmış. Bu məhəbbətin təzahürü olaraq “Borçalıda qədim Ormeşən eli” kitabını yazıb.[2] Bu kitaba görə “Qızıl qələm” mükafatı laureatı adına layiq görülmüş. Ormeşən kəndi haqqında yazmış olduğu kitab XIX əsrdən müasir dövrümüzə qədər olan dövrü əhatə edir. Burada Ormeşən kəndinin ağsaqqalları, ağbircəkləri, ziyalıları, iş adamları, İkinci Dünya müharibəsinin iştirakcıları, zabitləri, əzəli torpağımız olan Qarabağ uğrunda döyüşən oğullarmız haqqında məlumatlar geniş və əhatəli göstərilmişdir. Həm də kitabda bu unudulmaz kəndin füsunkar gözəllikləri, yamyaşıl ormanları, sıx meşələri, Şır-şır axan bulaqları, dərələri, dağları gözəl təsvir olunub. İkinci kitab “Xalqa – elə məhəbbətin bəhrəsi” kitabıdır.[3] Bu kitabda isə müəllifin həyatı boyu gördüyü və bildiyi həqiqətləri; 1958- 1966-cı illərdə Ormeşən 8-illik məktəbində, 1966-1968-ci illərdə Darvaz orta məktəbində; məktəb yoldaşları və müəllimləri; 1968-1971-ci illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda oxuyan zaman, tələbə və dərs deyən müəllimlər; bununla bərabər 27 mart 2011-ci ildə “Nərgiz” nəşriyyatı tərəfindən buraxılmış “Borçalıda qədim Ormeşən eli” kitabı haqqında ziyalıların və bir sıra qələm sahiblərinin yazmış olduğu rəy və xoş sözləri kitabda yerləşdirilmişdir. Meşəçilər haqqında yazmış olduğu “Təbiətdə izi qalan meşəçilər” kitabı üçüncü kitabıdır.[1] “Təbiətdə izi qalan meşəçilər” kitabı AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Kitabında Azərbaycan Respublikasının tanınmış təbiətşünasları, meşə təsərrüfatı işinin görkəmli təşkilatçıları, meşəçi alimlər, meşələrin qorunmasında xüsusi əməyi olan meşəçilər, meşə gözətçiləri və onların sayəsində salınmış və qorunub bu günümüzə ərmağan edilmiş gözoxşayan meşəliklər haqqında məlumatlar yer almışdır. Geniş oxucu kütləsi, təbiətsevərlər və ziyalılar tərəfindən bu kitab maraqla qarşılanmışdır. “Meşə Təsərrüfatının görkəmli təşkilatçısı və dövlət xadimi Mehdi Mustafayev-100” kitabı isə onun dördüncü kitabıdır.[4] Bu kitab meşə təsərrüfatının görkəmli təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Həsən oğlu Mustafayevin anadan olmasının 100 illik yubleyi ilə əlaqədar olaraq tərtib edib hazırladığı bu kitabda Mehdi Mustafayevin təbiətə, xüsusilə meşələrə vurğunluğu, respublikada meşəçilik sahəsində böyük uğurları, hərtərəfli dünyagörüşü, Vətənə, xalqa bağlılığı, cəmiyyətdə qazandığı nüfuz, hörmət və ehtiram, nəcib insan keyfiyyətləri haqqında məlumat verilmişdir. Eyni zamanda Mehdi Mustafayevi yaxından tanıyan, onunla ünsüyyətdə olan respublikanın tanınmış ziyalıları və elm adamlarının bu görkəmli şəxsiyyət haqqında səmimi duyğuları, ürək sözləri və yaxın qohumları haqqında məlumatlar təqdim edilmişdir. Meşə təsərrüfatının görkəmli təşkilatçısı və dövlət xadimi, meşəçilərin yaxın dostu olmuş Mehdi Mustafayevin həyat və əmək yolu tarixcəsini əks etdirən bu kitabın geniş oxucu kütləsi, təbiətsevərlər və meşəcilər tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.[1]
"Əlləz Vəliyev(Ormeşənli-70" kitabı isə müəllifin beşinci kitabıdır.Bu kitab Əlləz Vəliyevin anadan olmasının 70 illik yubleyi ilə əlaqədar olaraq tərtib edilmişdir. Bu kitabda Əlləz Vəliyevin uğurları, hərtərəfli dünyagörüşü, Vətənə, xalqa bağlılığı, cəmiyyətdə qazandığı nüfuz, eyni zamanda Əlləz Vəliyevin yazmış olduğu məqalələr, yaxından tanıyan, onunla ünsüyyətdə olan respublikanın tanınmış ziyalıları və elm adamlarının bu şəxsiyyət haqqında səmimi duyğuları, ürək sözləri və yaxın qohumları haqqında məlumatlar təqdim edilmişdir.
Ailəsi
redaktəAiləlidir, 3 oğlu, 6 nəvəsi var. Həyat yoldaşı Fəridə Məmmədova, oğulları: Elçin Vəliyev, Anar Vəliyev, Nizami Vəliyev. Nəvələri: Murad Elçin oğlu, Rəşad Anar oğlu, Aysun Elçin qızı. Sunay Anar qızı, Fəridə Nizami qızı, Anastasiya Nizami qızı.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Əlləz Vəliyev (Ormeşənli)". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
- ↑ "Borçalıda Qədim Ormeşən Eli - Əlləz Vəliyev". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
- ↑ "Xalqa - Elə məhəbbətin bəhrəsi" (PDF). 2021-12-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-12-16.
- ↑ "Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayevin 100 illik yubileyinə həsr olunan kitab işıqüzü görüb". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.