El Qaide - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Əl-Qaidə (ərəb. تنظيم القاعدة) — Üsamə bin Ladenin keçmiş lideri olduğu terror təşkilatı. 1989-cu ildə yaranmışdır. 2009-cu ildə Londonda nəşr olunan “El Kuds El Arabi” qəzetinin baş redaktoru Abdulbari Atvan bununla bağlı çox maraqlı məqalə yazıb. Bu məqalə dünyanın, o cümlədən Qərbin bir çox nüfuzlu nəşrlərində tərcümə edilərək yerləşdirilib.
Əl-Qaidə | |
---|---|
القاعدة | |
Yaranma tarixi | 1989 |
Qurucusu | |
Sədr | Seyf Əl Adil |
Vikianbarda əlaqəli mediafayllar |
Abdulbari Atvan Əl-Qaidə haqqında
redaktəA. Atvan yazır ki, 8 il əvvəl sentyabrın 11-də Nyu-Yorkda həyata keçirilən terror olayından sonra Qərbdə bəzi ekspertlər “Əl-Qaidə”nin guya zəiflədiyi haqda mülahizələr irəli sürür və bunu ABŞ başda olmaqla koalisiya qüvvələrinin Əfqanıstanda, İraqda apardıqları əməliyyatlarla əlaqələndirirlər. Sübut kimi isə London, Madrid və digər şəhərlərdə terror təşkilatının səs-küy doğuracaq əməliyyatlar həyata keçirmək yönündə cəhdlərinin uğursuzluqla nəticələnməsi qeyd olunur.
“El Kuds El Arabi” qəzetinin baş redaktoru bu mülahizələri yanlış sayır. O xatırladır ki, 20-ci ilini qeyd edən “Əl-Qaidə” bu günə qədər ABŞ-nin dövlət büdcəsini 908 milyard ABŞ dolları zərərə salıb, 5 min əsgərin ölümünə, 30 min əsgərin yaralanmasına bais olub və bütün bunların sonu hələ də görünmür.
Müəllif yada salır ki, “Əl-Qaidə”nin 8 il əvvəl ünvanı yalnız Əfqanıstandakı Tora-Bora dağları olub. İndi “Əl-Qaidə” Pakistan və Əfqanıstanın sərhəd bölgələri, Ərəbistan yarımadası, Şimali Afrika və Somalidə də güclü, təhlükəli şəbəkəyə malikdir və bu, Qərbdə də etiraf olunur: “Əl-Qaidə” təşkilatı əfsanəvi Draqon (əjdaha) kimi oldu. Hər başı kəsiləndə yerindən bir çox baş çıxır”. Baş redaktor yazır ki, “Əl-Qaidə” ABŞ hərbi qüvvələrinə qarşı ilk terror aktını 1994-cı ildə Somalidə, “Black Havk” təyyarəsini qaçırıb 18 heyət üzvünü öldürməklə həyata keçirib. İndi “Əl-Qaidə” Somaliyə yenidən, bu dəfə “Sebabul” İslam Hərəkatı adı altında qayıdıb. Bu, əslində ironiyadır. Çünki Somaliyə qonşu ölkələrdən, o cümlədən, Avropadan “Əl-Qaidə” bir çox könüllünü öz ətrafında toplayıb və Avropada təhlükəsizlik orqanları üçün əsas təhdid mənbəyinə çevrilib. “Əl-Qaidə” terror təşkilatının əsas hədəfi əvvəllər Küveyti ABŞ və Qərbin əsarətindən qurtarmaq olub. Bu missiyanı tamamlayandan sonra hədəflər sırasında ABŞ qüvvələrinin Ərəbistan yarımadasından çıxarılması gəlib. A. Atvan vurğulayır ki, sonradan ABŞ-nin axmaqlığı, Əfqanıstan və İraqdakı uğursuz savaşlar, ərəblərə və digər müsəlmanlara yönəlik alçaldıcı hərəkətlər, bunların geniş ictimaiyyətə də məlum olması “Əl-Qaidə”nin beynəlxalq terror təşkilatına çevrilməsi üçün əsas səbəb olub. Baş redaktor hesab edir ki, ABŞ artıq “Əl-Qaidə”yə qarşı apardığı savaşı qazana bilməz. Məsələn, 8 il öncə devrilən “Taliban” hərəkatı hazırda Əfqanıstanın 2/3 hissəsinə nəzarət edir və elə gün olmur ki, NATO əsgərləri qətlə yetirilməsin. Təkcə avqust ayında 50 amerikalı əsgər öldürülüb. Sentyabrda bu sayın 2 dəfə artacağı gözlənilir.
A. Atvan bu qənaətdədir ki, hərbi və mənəvi məğlubiyyət fonunda ABŞ-nin yeni alternativ planları da özünü doğrultmur. Əfqanıstanda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinin açıqlanmasından sonra yaranacaq vəziyyət daha çox “Taliban”a sərf edir. Atası puştun, anası tacik olan prezidentliyə namizəd Abdulla Abdulla indidən seçkilərdə saxtakarlıq olduğunu iddia edir. Hazırkı dövlət başçısı Həmid Kərzainin “qələbəsi”nə görə nə əfqanların, nə də qərb dövlətlərinin bayram etməsi gözlənmir. Üstəgəl, Qərb yönümlü hazırkı hökumətin korrupsiyaya uğraması barədə də əfqan xalqında birmənalı rəy formalaşmaqdadır.
Baş redaktora görə, ABŞ və onun koalisiya ortaqlarının həyata keçirdiyi hücumlar zamanı dinc insanlar arasında çoxlu sayda tələfatın olması “Əl-Qaidə” və “Taliban”ın işinə yaramaqdadır. Çünki onlar daha çox tərəfdar və özlərini qurban verməyə hazır intiharçı dəstələr qazanırlar. Digər tərəfdən, ABŞ və digər Qərb dövlətlərinin Yaxın Şərqdəki müsəlman dövlətlərin zəiflədilməsi, bu bölgədə güclü dövlətin olmamasına çalışması, böyük dövlətləri parçalama siyasətləri, eyni zamanda buradakı hakim zümrələrin korrupsiyalaşması “Əl-Qaidə”nin özünə etibarlı məkan qazanmasını asanlaşdırır.
Somali, Pakistan, Sudan, Yəmən və Suriya artıq bu siyahıya daxil olmaqdadır. Qəzzə və Livan da yoldadır. Bu isə Qərb üçün çox böyük təhdid vəd edir. Çünki Pakistanda nüvə silahı var. Yəmən Qərb iqtisadiyyatının dayağı olan Körfəz neft sənayesini təhdid edir – bu ölkə neft tankerlərinin keçdiyi dəniz yolunun sahilindədir. Təşkilatın Şimali Afrikada möhkəmlənməsi Avropada yaşayan, bir qismi irqi ayrı-seçkiliklə, işsizlik və məhdudiyyətlə üzləşən 30 milyonluq müsəlman toplumunun “Əl-Qaidə”yə yaxınlaşmasına səbəb ola bilər.
Baş redaktor bütün bunları ümumiləşdirərək vurğulayır ki, əslində “Əl-Qaidə” hazırda Yaxın Şərqdə faktiki yeni gücə çevrilib: “Bu gün Fələstin probleminin həlli üçün ərəb dövlətləri ABŞ-nin dediyi ilə oturub-durur, sülh səyləri isə nəticə vermir. Əgər “Əl-Qaidə” İsrailə qarşı böyük səs-küy doğuracaq bircə əməliyyat həyata keçirsə, müsəlman dünyasında “Əl-Qaidə”nin nüfuzu ən yüksək zirvəyə qalxacaq. Bu gün faktiki “Əl-Qaidə” ideologiyaya çevrilir. Qərb və İslam dövlətləri itirir, 20-ci ilində “Əl-Qaidə” qazanır”.[1]
“Əl-Qaida” ABŞ-yə atom bombası atmaq fikrindədir
redaktə“ƏL-QAİDA” terrorçu təşkilatının Əfqanıstandakı lideri Mustafa Əbu əl-Yazid “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, onun təmsil etdiyi təşkilat əlinə düşən ilk imkandaca Pakistanın nüvə silahından ABŞ-yə qarşı istifadə edəcək. O, “Allahın köməkliyi ilə Pakistanın nüvə silahının “Əl-Qaida”nın əlinə düşəcəyinə” inandıqlarını bildirib: “Bu an biz nüvə silahını Amerikaya atacağıq”.[2]
İstinadlar
redaktə- ↑ "Yaxın Şərqin yeni, qorxulu əfsanəsi". 2010-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-19.
- ↑ "Arxivlənmiş surət". 2011-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-15.