Elesgerli Terter - Wikipedia
Ələsgərli (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tərtər rayonunun Səhlabad kənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Ələsgərli kəndi adlandırılmışdır.[1]
Ələsgərli | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Tarixi
redaktəƏləsgərli kəndinin yerli əhalisini, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra vaxtı ilə Zəngəzur mahalının tərkibində olmuş Laçın rayonunun kəndlərindən köçüb gəlmiş insanlar təşkil edir. SSRİ-də böyük nüfüz sahiblərindən olan, Azərbaycanın ictimai-siyasi xadimlərindən Nəriman Nərimanov bir neçə dairələrə əhalinin bu ərazidə məskunlaşmasına mane olmaq istəyənlərə siyasi olaraq həddini bildirmiş və əhalinin bu bölgədə məskunlaşmasına köməklik göstərmişdir. Kənd sakinləri, burada məskunlaşmalarına yardım etdiyi üçün kəndin adını Nəriman Nərimanovun şərəfinə Nərimaniya (rus dilindən tərcümədə "Нариман и Я" - "Nəriman və Mən ") adlandırmışlar. Lakin SSRİ dövründə rəsmi olaraq kəndin adını, SSRİ-nin qurucusu sayılan Vladimir İliç Ulyanovun (Lenin) xatirəsinə Leninabad adlandırmışlar və müstəqillik əldə olunduqdan sonra milliləşmə siyasətinə uyğun olaraq bu ad kəndin öz sakinlərindən biri olmuş Ələsgər Zaman oğlu Ələsgərovun adı ilə " Ələsgərli " adlandırılmışdır.
Əhalisi
redaktəŞəhidlər
redaktəQarabağ müharibəsi illərində döyüşlər zamanı canlarını fəda etmiş altı şəhid,sağlamlıqlarını itirmiş üç əlil və qaziləri vardır.
İqtisadiyyatı
redaktəTərtər rayonunun Ələsgərli kəndi respublikamızda meyvə tinglərinin yetişdirildiyi məkan kimi tanınır . Bu kəndin əhalisinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilik təsərrüfatıdır.
Ələsgərli və ətraf kəndlər keçmiş Sovet İttifaqı dövründə narçılıq sovxozu olub . Bu kəndin əhalisi elə o dövrdən meyvə tingçiliyi ilə məşğuldur . Ölkəmizin meyvə tinginə olan tələbatının 70 faizindən çoxunu ödəyən kənddə hər il bir milyondan artıq ting yetişdirilir .
Kənddə respublikamızda mövcud olan milli genefonda uyğun yerli ağac cinslərinin əksəriyyəti yetişdirilir. Narın "Qırmızı mələz", "Azərbaycan güleyşəsi", "Qırmızı nazikqabıq", "Bala Mürsəl", "Bahar", alçanın "Göyçə Soltan", "İstanbul", "Hibrit-Rəcəbi-Kəhrəba ", "Qələbə", gilasın "Öküzürəyi", "Napoleon", "Ağ Krım", əriyin "Mayovka", "Qırmızıyanaq", "Ordubadi", "İrəvan", "Badamı", almanın "Qəndil-sinab", "Simerenko", "Qolden", "Qırmızı palmet", "Keyxura", "Şafran", "Qızıləhmədi", "Aydarid", şəftəlinin "Qızıl yubiley", "Fədai", "Zəfəran", armudun "Yerli düşes", "Gürcü düşesi", "Yaylıq Vilyams", "Bildirçinbud", "Meşə gözəli", "Lətifə", "Məleykə", "Pas armud", "Abbasbəyi", Şərq xirniyinin "Sidles", "Xiyakume", "Jiro", "Komo-kuro", "Karolyok", "Xaçiya", gavalının "Qara Albuxarı", "Sarı Albuxarı", "Vengerka", "Armudu", "Anna-Şpetta", "Yapon gavalısı", "Hibrit gavalı", üzümün "Ağ Hüseyni", "Ağadayı", "Rikasitella", "Rişi Baba", "Xəlili", "Mədrəsə", "Təbrizi", "İzabella", "Xatunbarmağı", "Kişmişi", tutun bir neçə növü və s. calanır. Burada meyvə və giləmeyvələrdən başqa, həm də dekorativ ağac və kollar da - palma, Amerika tuyası, konusvaris, şəms, oleandır, leylandır, ionimes, liqustur, xan çinarı, eldar şamı, küknar, qızıl gülün bir neçə növü becərilir.
Mədəniyyəti
redaktəKənddə fəaliyyəti SSRİ-nin süqutuyla dayandırlmış Tərtər Konserv Zavodu, bir məktəb, bir klub, bir tibb məntəqəsi, bir kitabxana , kənd qəbirstanlığı, şəhidlər xiyabanı, bələdiyyə binası, iki mağaza, iki çay evi, bir iaşə obyekti vardır. Qaz , işıq , telefon xətləri , yenicə istifadəyə verilmiş avtomobil yolu, əkinə yararlı torpaq sahələrinin suvarılması eyni zamanda içməli su ehtiyacının ödənilməsi üçün on subartezian quyusu vardır.
İstinadlar
redaktəHəmçinin bax
redaktə Tərtər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |