Ehmed Ayiq - Wikipedia
Əhməd Ayıq (türk. Ahmet Ayık d. 31 mart 1938; Sivas, Türkiyə) — türk güləşçi. Dünya və Olimpiya çempionu olan Əhməd Ayıq, Türkiyənin sərbəst güləş üzrə ən uğurlu idmançılarından biridir.
Əhməd Ayıq | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
türk. Ahmet Ayık | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | türk. Ahmet Ayık | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Türkiyə | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Sivas, Türkiyə | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 178 sm[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 97 kq. | ||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Sərbəst güləş | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ağırlıq dərəcəsi | 97 kq. | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Sultan Əbdüləziz pəhləvanlarından Qaraoğlanın nəvəsidir.[2] Köhnəkənddə ilk dəfə qaraqucaq güləşi ilə məşğul oldu. Əsgərliyi əsnasında döşəyə çıxdı. 1961-ci ildə milli güləş komandasına seçildi. Sərbəst güləş ilə məşğul oldu. Adriatik Kubokunda qazandığı ikincilik onun beynəlxalq sahədə əhəmiyyətli dərəcəsi oldu (1962). Ertəsi il dünya beşinciliyini əldə etdi.[3]
1964 Yay Olimpiya Oyunlarında gümüş, 1968 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmışdır. Həmçinin Dünya Güləş Çempionatında, Avropa Güləş Çempionatında, Balkan çempionatında və Ağdəniz oyunlarında çempion olub. Bu çempionatınlar zamanı İranlı Qulamrza Təxti və sovet idmançısı Aleksandr Medvedi qəbul etmişdir.
1965-ci ildə Mançesterdə təşkil edilən dünya çempionatında sərbəst güləş üzrə üçqat olimpiya çempionu (1964, 1968, 1972), 7 dəfə dünya (1962—1963, 1966—1967, 1969—1971), 4 dəfə Avropa (1966, 1968, 1971 və 1972) və 1961-1970-ci illərdə ard-arda 9 dəfə SSRİ çempionu, SSRİ Əməkdar idman ustası (1962) Aleksandr Medvedi məğlub etdi.
1963 Ağdəniz (97 kq), 1964 Balkan (97 kq), 1965 Dünya (97 kq), 1967 Avropa (97 kq) və Dünya (97 kq), 1968 Olimpiya (97 kq) və 1970 Avropa (100 kq) birinciliklərini qazandı. Həmçinin 1964 Olimpiya (97 kq), 1966 Avropa (97 kq) ve Dünya (97 kq) ikincisi oldu.[4]
1970-ci ildə idmanı buraxıb, 1977-1979 və 1996-2000 illərində Türkiyə Güləş federasiyasının rəhbəri olmuşdur. 1980-cı ildə qurulan türk güləş təsisinin üzvü olan Ayıq, 1993-cü ildə prezident seçildi. 1998-ci ildən Beynəlxalq Güləş Federasiyaları Birliyinin (FİLA) idarə heyəti üzvü olan Ayıq, 2012-ci ildə FİLA prezidenti seçildi.
30 ildir Sivasda Doğanşar məhəlləsində Ənənəvi Doğanşar Qaraqucaq güləşləri mərkəzinin adı dəyişdirilmişdir. Hazır ki adı bu cürdür: Ənənəvi Doğanşar Əhməd Ayıq Qaraqucaq güləşləri.
İş adamı olan Əhməd Ayıq evlidir. Üç övladı var.
İstinadlar
redaktə- ↑ https://www.olympedia.org/athletes/60285.
- ↑ 'Ahmet Ayık yenildi diyeceklerine öldü desinler' sözü altın madalya kazandırdı[ölü keçid]
- ↑ Ahmet Ayık (1938) Arxivləşdirilib 2011-08-14 at the Wayback Machine kimkimdir.gen.tr.
- ↑ "Medved'i Ahmet Ayık efsane yaptı". 2012-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-02.