Efqanistan Silahli Quvveleri - Wikipedia
Əfqanıstan Silahlı Qüvvələri Əfqanıstan İslam Respublikasını istənilən daxili və xarici təhdidlərdən müdafiə etmək vəzifəsi daşıyan hərbi qüvvədir. Əfqan Milli Ordusu və Əfqan Hərbi Hava Qüvvələrindən ibarətdir. Ölkə prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanıdır və silahlı qüvvələr birbaşa ona tabedir. Milli Hərbi Komanda Mərkəzi ölkənin paytaxtı Kabil şəhərində yerləşir və silahlı qüvvələrin baş qərargahı hesab olunur.
Əfqanıstan Silahlı Qüvvələri | |
---|---|
Qurulub | 1709-cu il |
Cari forma | 1 dekabr 2002 |
Daxildir |
• Əfqan Milli Ordusu • Əfqanıstan Hərbi Hava Qüvvələri |
Qərargah | Kabil, Kabil vilayəti, Əfqanıstan[1] |
Rəhbərlik | |
Prezident | Əşrəf Qani |
Canlı qüvvə | |
Hərbi yaş | 16 |
Hər il əsgərlik yaşına çatan |
378,996 nəfər kişilər, 357,822 nəfər qadınlar |
Aktiv kadr | 195,000 nəfər (2014) |
Xərclər | |
Büdcə | 11.6 milyard ABŞ dolları (2011)[2] |
ÜDM faizi | 1.9% |
Sənaye | |
Xarici təchizatçılar |
ABŞ Rusiya Hindistan ÇXR Türkiyə Braziliya |
Əlaqədar məqalələr | |
Tarix |
Sovet-Əfqan müharibəsi Əfqanıstan müharibəsi |
1709-cu il əfqan silahlı qüvvələrinin yarandığı tarix hesab edilir. 18-ci əsrdən 19-cu əsrə qədər əfqanlar Səfəvi İmperiyası və Maratha İmperiyasına qarşı bir çox döyüşdə iştirak etmişdir. Ordu Britaniya Hindistanının tərkibində əmir Əbdürrəhman xan tərəfindən idarə olunan zaman 1880-ci ildə yenidən təşkilatlanmışdır. 20-ci əsrin əvvəllərində Əmənullah xanın hakimiyyəti dövründə ilk dəfə modernizasiya olunan əfqan hərbi qüvvələri sonradan, Məhəmməd Zahir şahın 40 illik hökmranlığı dövründə ikinci dəfə yenilənmişdir. Sovet İttifaqı tərəfindən dəstəklənən Əfqanıstan Silahlı Qüvvələri 1978-ci ildən 1992-ci ilə qədər ABŞ, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən dəstəklənən çoxmillətli mücahid qruplaşmalarına qarşı mübarizə aparmışdır. Prezident Məhəmməd Nəcibullanın 1992-ci ildə istefa verməsindən sonra Sovet hökuməti tərəfindən dəstəyin kəsilməsi nəticəsində ölkə müxtəlif qruplaşmalar tərəfindən bir neçə hissəyə parçalandı və mücahidlər hökumətə nəzarəti ələ keçirdi. Həmin dövr ərzində Əfqanıstanda Taliban qruplaşmasının üstünlüyü artdı.
Taliban üzvlərinin hakimiyyətdən düşürülməsindən sonra 2001-ci ilin sonlarından etibarən Əfqanıstan Silahlı Qüvvələri ölkə daxilində yerləşdirilən NATO qoşunları, xüsusilə də ABŞ Silahlı Qüvvələri tərəfindən yenidən quruldu. Ordunun komplektləşdirilməsi və şəxsi heyətə təlimlərin keçirilməsində ilkin problemlərin yaranmasına baxmayaraq, bu qoşunlar Taliban hərəkatına qarşı mübarizədə kifayət qədər effektiv oldular. ABŞ-nin əsas qeyri-NATO müttəfiqlərindən biri hesab olunan Əfqanıstan hələ də bu ölkədən milyardlarla dollar həcmində hərbi yardım alır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Virginia National Guard's 29th Infantry Division mentors making a diff". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-01.
- ↑ C. J. Radin. "Afghan Security Forces Order of Battle" (PDF). 19 aprel 2010. 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 sentyabr 2018.