Ebdurehman Mescidi - Wikipedia
Əbdürəhman_məscidi - Haqqında Məlumat
Əbdürəhman məscidi[1] — Abşeron rayonu Görədil qəsəbəsində, Görədil kəndinin daxilindən keçən yolun sağ tərəfində yerləşir.
Əbdürəhman məscidi | |
---|---|
Din | |
Statusu | Cümə məscidi |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Abşeron rayonu |
Yeri | Görədil qəsəbəsi |
Memarlıq | |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMəscidin girişində olan mərmər lövhədə onun kənd sakini Kərbəlayi Rəsul adlı bir şəxs tərəfindən inşasına 1857-ci ildə başlanıldığı bildirilir. Məscid inşası 1902-ci ildə Kərbəlayi Rəsulun oğlu Əbdürəhman tərəfindən başa çatdırılmışdır. Hazırdada istifadədə olan məscid, gədim Görədil qəbirstanlığından qərbdə yerləşir. İlkin tikilisi dördbucaqlı formaya malik olan binaya sonradan əlavə tikililər də birləşdirilmişdir.