Ebdulrehman El Gilani - Wikipedia
Əbdülrəhman əl-Gilani (ərəb. عبد الرحمن الگيلاني) və ya tam olaraq Qütbül Əqtəb Naqib əl-Əşrəf Seyid Əbdülrəhman əl-Qədri əl Gilani (11 yanvar 1841, Bağdad, Bağdad əyaləti[d] – 13 iyun 1927, Bağdad) — İraqın ilk baş naziri.[1]
Əbdülrəhman əl-Gilani | |
---|---|
ərəb. عبد الرحمن الكيلاني النقيب | |
11 noyabr 1920 – 20 noyabr 1922 | |
Monarx | I Feysəl |
Sonrakı | Əbdül Möhsün əl-Sədun |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 yanvar 1841 |
Doğum yeri |
|
Vəfat tarixi | 13 iyun 1927 (86 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
1841-ci ildə Bağdadda sufi ailəsində dünyaya gəldi.[2] XII əsr sufi alimi Əbdülqadir Gilaninin nəslindəndir.[3] Bağdaddakı Qureyş qəbiləsinin Bəni Haşim sülaləsinin rəhbəri idi. Həyatının çox hissəsini Osmanlı vətəndaşı olaraq yaşadı və gənclik illərində Osmanlı sultanı II Əbdülhəmidin yanında təlim-tərbiyə aldı.[1]
Osmanlı imperiyasının parçalanmasından sonra 1920-ci ildə İraqın ilk baş naziri seçildi. İngilislərə yaxınlığı səbəbilə İraq taxt-tacına namizəd göstərilsə də, bunu qəbul etmədi və baş nazir olmağı seçdi. I Feysəlin İraq kralı seçilməsinə qarşı mübarizə aparsa da, buna mane ola bilmədi. Nəticədə istehfa versə də, I Feysəl müxalifəti nəzarət altında saxlamaq üçün bu istehfanı qəbul etmədi və Əbdülrəhman əl-Gilani baş nazir olaraq qaldı.[3]
Ancaq ölkədə artan ingilis təzyiqinə qarşı çıxdı və 1922-ci ildə vəzifədən öz istəyilə ayrıldı. Qalan illərini evində dövlət məsələlərindən uzaq keçirdi. 13 iyun 1927-ci ildə Bağdadda vəfat etdi. Keçirilən cənazə mərasiminə vəliəhd Qazi əl-Haşim başda olmaqla, bir çox dövlət xadimi qatıldı. Ulu babası Əbdülqadir Gilaninin məzarı yaxınlığına dəfn olundu.[2]
İstinadlar
redaktə- ↑ 1 2 "عبد الرحمن النفيب الكيلاني بقلم جمال الدين فالح الكيلاني". falih.ahlamontada.net (ərəb). İstifadə tarixi: 2025-01-08.
- ↑ 1 2 "الگاردينيا - مجلة ثقافية عامة - النقيب الكيلاني أول رئيس وزراء عراقي شخصية لن تتكرر". www.algardenia.com. İstifadə tarixi: 2025-01-08.
- ↑ 1 2 ʻAṭīyah, Ghassān. Iraq, 1908-1921: A Socio-political Study (ingilis). Arab Institute for Research and Pub. 1973.