Ebulfez Soltanov - Wikipedia
Əbülfəz Ağasoltan oğlu Soltanov (24 sentyabr 1962) — Tibb elmləri doktoru, professor, Onkoloq-Torakal cərrah.[1]
Əbülfəz Soltanov | |
---|---|
Əbülfəz Ağasoltan oğlu Soltanov | |
Doğum tarixi | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Tanınır | Onkoloq-Torakal |
Həyatı
redaktəƏbülfəz Soltanov 24 sentyabr 1962-ci il tarixində anadan olmuşdur. 1980–1985-ci ildə Azərbaycan Tibb Universiteti Müalicə-profilaktika fakültəsini bitirmişdir.
1988–1991-ci ildə SSRİ T.E.A. Ümumittifaq onkoloji elmi mərkəzinin torakal onkologiya şöbəsində məqsədli aspirantura.[1]
Fəaliyyəti
redaktəElmi fəaliyyəti
redaktəSoltanov Ə.A. klinik onkologiya üzrə yüksək ixtisaslı mütəxəssisdir.[2] 1991-ci ildə "Ağciyər xərçənginin cərrahi müalicəsinin çətinliklərı, səhvləri və fəsadları" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
2012-ci ildə "Ağciyər xərçənginin Azərbaycan Respublikasında yayılmasının epidemioloji xüsusiyyətləri" mövzusunda tibb elmləri doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiə etmişdir.
170 dən çox elmi işi çap olunmuşdur. Bunlardan 1-i monoqrafiyadır. Soltanov Ə.A. rəhbərliyi altında bir sıra elmi tədqiqatlar icra olunmuşdur.[3]
İş fəaliyyəti
redaktə- 1985–1987-ci illərdə Moskva şəhərində Ümumittifaq onkoloji elmi mərkəzində kliniki ordinatura;
- 1987–1988-ci illərdə Azərbaycan SSR SN Rentgenologiya radiologiya və onkologiya Elmi tədqiqat institutunda kiçik elmi işçi;
- 1991–1992-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Elmi Mərkəz -də kiçik elmi işçi;[2]
- 1992–1999-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının torakal cərrahiyə şöbəsinin rəisi;
- 1999-cu ilin yanvar ayından hal-hazırkı dövrə qədər Milli Onkologiya Mərkəzində çalışır.
İstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan online Tibb Ensiklopediyası". wikimed.az.
- ↑ 1 2 "Milli Onkologiya Mərkəzində: Qida borusunu bədxassəli şişlərinin cərrahi müalicəsi". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ "Milli Onkologiya Mərkəzi". mom.gov.az. 17 aprel 2020 tarixində arxivləşdirilib.