Sulqan Das Magarasi - Wikipedia
Şulqan Daş[2][3][4][5] (başq. Шүлгәнташ), həmçinin Kapova mağarası, Belskaya [6][7] — Rusiyanın Başqırdıstan ərazisində yerləşən karst mağarası. Ağidel çayı sahilində, eyni adlı Şulqan Daş qoruğu ərazisində yerləşir. Mağara ibtidai icma quruluşu dövrünə aid (paleolit) qayaüstü rəsmləri ilə məşhurdur.[8].
Şulqan Daş mağarası | |
---|---|
başq. Шүлгәнташ | |
| |
Ümumi məlumatlar | |
Dərinliyi | 165 m |
Uzunluğu | 3045[1] |
Kəşf tarixi | 1950 |
Tipi | karst |
Ətraf süxurları | əhəng daşı |
Yerləşməsi | |
53°02′40″ şm. e. 57°03′50″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Şulqan Daş mağarası | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adın mənası
redaktəŞulqan Daş adı başqırd dili mənşəlidir. «Тaş» daş, Şulqan isə çay deməkdir. Məhs mağaranın girişi yaxınlığında Şulqan çayı var və Ağidelə birləşir. Bundan başqa Şulqan başqırd eposu olan Ural Batırda əsas qəhrəmanın qardaşıdır. Mağaranın digəri adı Kapovanı isə iki formada izah edirlər. Birincisi - su damcılarının səsi, və ikinci məna «kapişe» (məbəd) deməkdir. Ehtimal olunur ki, mağaradan qədim zamanlarda məbəd kimi istifadə etmişlər.
Coğrafiyası
redaktəUzunluğu 3 km, hündürlüyü 165 metr olan bu mağara üç mərtəbəli bir sistemdən ibarət və çox az şaxəlidir.[1] Mağara böyük zaldan, yer altı göldən və çaydan ibarətdir. Üç hipsometrik səviyyədən (mərtəbə) ibarət olan mağaranın aşağı səviyyəsini Şulqan çayı təşkil edir və mağaranıda məhs bu çay formalaşdırıb.[9] Mağara yaxınlığından dərin karst mənşəli Şulqan kanyon keçir. Dərənin də uzunluğu 3 km-dən çoxdur. Ərazidə karst mənşəli qıflar və göllər çoxdur.
Mağaraya giriş Sarıkuskan dağının cənub yamacında yerləşir və hündürlüyü 30 metr olan arka formasındadır. Mağara girişindən solda göl yerləşir. Şulqan çayı burdan başlayır. Gölün diametri 3 metr, dərinliyi isə 35 metrdir. Faktiki olaraq əslində bu göl deyil, çayın şaquli dərinləşmiş hissəsidir. Göl suyu içməli deyil və müalicə vannaları üçün istifadə olunur.[10]
Qayaüstü rəsmlər
redaktəMağara paleolit dövrünə aid qayaüstü rəsmləri ilə məşhurdur. Rəsmlər ilkin solyutrey mədəniyyəti ilə orta madlen mədəniyyəti dövrünə aid olunur. [11] Şəkillər düz divar üzərinə çəkilmiş və birinci mərtəbənin Xaosa otağındadır.
Şəkillər
redaktəŞulqun Daş mağarasının xəritə-sxemi | Birinci mərtəbənin sxemi | Çexiyada qayaüstü rəsmlərin sürəti | Qədim insan rəsminin sürəti |
İstinadlar
redaktə- ↑ 1 2 Перечень подземных полостей Республики Башкортостан длиннее 50м. Соколов Ю. В. Сайт Уфимского спелеоклуба им. В. Нассонова[ölü keçid]
- ↑ Заповедник Шульган-Таш Arxivləşdirilib 2015-09-29 at the Wayback Machine // Официальный сайт
- ↑ Уникальные геологические объекты России Arxivləşdirilib 2015-12-22 at the Wayback Machine // «Всероссийский научно-исследовательский геологический институт им. А. П. Карпинского» по заказу Федерального агентства по недропользованию
- ↑ Государственный природный заповедник «Шульган-Таш» Arxivləşdirilib 2015-12-22 at the Wayback Machine // Туристский информационный портал Республики Башкортостан
- ↑ "Комитет Республики Башкортостан по делам ЮНЕСКО". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- ↑ С. П. Меч. «Россия: учебник отечественной географии», 1895.
- ↑ Топографические карты ГГЦ
- ↑ Ольга Червяцова Археологические исследования Arxivləşdirilib 2010-07-07 at the Wayback Machine Официальный сайт государственного природного заповедника «Шульган-Таш»
- ↑ "В. С. Житенёв. Капова пещера — многослойный памятник археологии: предварительное сообщение // Первобытные древности Евразии. К 60-летию Алексея Николаевича Сорокина, 2012". 2016-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-16.
- ↑ Кудряшов И. К. Путеводитель по Каповой пещере Уфа, 1956
- ↑ Об ископаемых носорогах эласмотериях. Жегалло В.И и др. из Геологического музея им. В. И. Вернадского[ölü keçid]. 2002.