Sortepe Nekropolu - Wikipedia
Şortəpə nekropolu — Şərur rayonunun ərazisində arxeoloji abidə.
Şortəpə | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Naxçıvan Muxtar Respublikası |
Aidiyyatı | Şərur rayonu |
Üslubu | Arxeoloji abidələr |
Kateqoriya | Qədim yaşayış məskəni |
Əhəmiyyəti | Region əhəmiyyətli |
|
Şortəpə nekropolu İbadulla kəndindən şərqdə eyniadlı yaşayış yerinin yaxınlığındadır. 1934-cü ildə bu ərazidə kanal qazılarkən nekropol dağıdılmış, buradan xeyli monoxrom boyalı qablar aşkar edilmişdir.
Aşkarlanmış maddi-mədəniyyət nümunələri
redaktəBaşlıca olaraq küpə, çölmək və kasa tipli qablardan ibarət olan arxeoloji materiallar hazırda Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Aşkar edilmiş tapıntılar küpə, çölmək, kasa, çaynik tipli qablardan ibarətdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə, keyfiyyətli bişirilmişdir. Qabların bir qrupu qırmızı rəng üzərindən qara rənglə, həndəsi motivdə naxışlanmışdır.
Polixrom boyalı qablar bir küpə ilə təmsil olunmuşdur. Onun ağzının kənarı bir qədər yanlara doğru genişlənərək ucda dəyirmiləşdirilmişdir. Boğazı silindirik, gövdəsi qabarıq, oturacağı yastıdır. Gövdəsinin mərkəzi hissəsi sarı anqobla örtülərək qara və qırmızı rəngdə çəkilmiş bir-birinin içərisində olan üçbucaqlarla naxışlanmışdır. İçəridəki üçbucaqlar qırmızı rənglə çəkilmiş torla doldurulmuşdur. Naxışlar aşağıdan və yuxarıdan qara rənglə çəkilmiş düz xətlərlə məhdudlaşdırılmışdır.
Qəbirlərin forması və dəfnlər haqqında heç bir məlumat qalmamışdır.
Tarixi dövrləşdirilməsi
redaktəO. H. Həbibullayev[rus.] nekropolun materialını e.ə. XVII–XV əsrlərə aid edir. Şortəpə nekropolundan tapılmış monoxrom boyalı qabları II Kültəpənin, Şahtaxtının, Nəhəcirin eyni dövr qabları ilə müqayisəli şəkildə e.ə. III–II minilliklərə aid edirik.
Mənbə
redaktə- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007
- Abbas Seyidov, Vəli Baxşəliyev. Şortəpə. Bakı: "Təhsil+" Q. R, 2013
- Abbas Seyidov. Naxçıvan e.ə. VII–II minilliklərdə. Bakı: Elm, 2003
- Vəli Baxşəliyev. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008